Arxiv

Archive for the ‘Siyasi’ Category

HAKİMİYYƏT SEVDASI

Avqust 22, 2009 2 şərh

  Yazı illərdir hakimiyyətə gəlmək eşqiylə alışıb-yanan müxalifətçi “bəylərə” ithaf olunur.

  Yaşadığımız cəmiyyət başdan-başa eybəcərliklərlə doludur desəm heç də yanlış etmərəm. Çox təəssüflər olsun ki, bu eybəcərliklər gözəlləşmir, əksinə günbəgün daha da ifrat bir hala varır. Azərbaycan adlı məmləkətin də ən böyük eybəcərləri hazırki iqtidar və onun müxalifətidir. Yap iqtidarından danışmasam yaxşı olar. Onsuzda ondan hamı danışır. Düşdüyümüz bu çətin situasiyanın, yaşadığımız əzablı günlərin hamısının günahı indiki müxalifətdədir. Qüdrətli DTK generalı olan H. Əliyevi Bakıya bu üzdəniraq cəbhəçi bəylər dəvət etmədilərmi? Azərbaycanda diktaturanın qurulmasında əvəzsiz rol oynadılar. Xalqımıza qurtuluş adlı bayramın sırınmasında müstəsna xidmətlər göstərdilər. Vətən torpağının işğal olunmasına sakitcə tamaşa etdilər. Hətta İsa Qəmbər özüdə etiraf etdi ki, qarşımızda iki yol var idi: Ya Qarabağ, ya hakimiyyət. Ətraflı…

Kateqoriyalar: Siyasi

“Siyasətlə məşğul olmuram” deyənlərə

İyul 26, 2009 10 şərh

Son zamanlar ən çox eşitdiyim cümlə – “Mən siyasətlə məşğul olmuram…” Kimlə söhbət edirsən, kimlə danışırsan – bu cavabı alırsan.

– Qazın qiymətin qaldırdılar…
– Mən siyasətlə məşğul olmuram…

– Filankəs filankəsdən filan qədər rüşvət aldı…
– Mən siyasətlə məşğul olmuram…

– Sahibkardan qanundan kənar “vergi” istəyirlər…
– Mən siyasətlə məşğul olmuram…

Bax belə-belə işlər… Nədir bu siyasət ki, heç kəs bununla məşğul olmur və olmaq istəmir?

Ətraflı…

Kateqoriyalar: Düşüncə, Siyasi Etiketlər: , ,

Türkiyəsiz Yaparteid

Aprel 6, 2009 8 şərh

Son günlərin ən aktual məsələsi heç şübhəsiz Amerika Birləşmiş Ştatlarının ilk qaradərili və yeni seçilmiş prezidenti Barak Obamanın aprelin 6-da Türkiyəyə səfəri və bu səfərin fonunda Türkiyaə-Ermənistan sərhədlərinin açılması məsələsidir.Ermənistanla müharibə şəraitində olan və Türkiyəni özünə böyük qardaş hesab edən məmləkətimiz Azərbaycanın müxtəlif dairələrində də bu böyük səfər çox müxtəlif prizmalardan böyük narahatçılıqla izah edilir. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Siyasi, Xəbər Etiketlər: , ,

Vətənpərvərlik yoxsa dövlətçilik ?

Aprel 2, 2009 6 şərh

Azərbaycanda həm mətbuatda (əsasən ANS-çilər), həm də siyasətçilərimizin ən çox danışdıqları mövzulardan biri vətənpərvərlikdir. Cəmiyyətdə vətənpərvərliyin səviyyəsindən, insanlara  vətənpərvərliyin aşılanmasından danışılır.  Görəsən vətənpərvərlik lazımdırmı bizə?  Bəlkə dövlətçilik lazımdır?  Ətraflı…

mass grave- sign of genocide

Mart 24, 2009 1 şərh

23032009003Yesterday i was in Quba, Azerbaijan and  visited mass grave. This grave  was  found  in april 2007 during the  construction process  near  the  river.  Archaeologists explored 500 m² of ground and found   that there were burried more than 700  bodies. They were killed  with a special violence.  On most of  skelets there are signs of  sharp tools. Ətraflı…

Kateqoriyalar: Siyasi, Xəbər Etiketlər: , , , ,

Dilənçilər birliyinin müraciəti

Mart 22, 2009 8 şərh

Biz azərbaycan dilənçilər birliyi bütün  YAP-çıları və hökümətimizi referendumun nəticələri münasibəti ilə təbrik edirik. Dilənçilər olaraq  hakimiyyətin siyasətini bəyənir və onun bütün fəaliyyətini dəstəkləyirik.

Onların fəaliyyəti nəticəsində ölkəmiz  günü gündən inkişaf edir. İqtisadi göstəriciləri dayanmadan artır. Heç maaliyyə krizisi də ölkəmizə təsir etmir. Bu uzaqgörən siyasətin nəticələri  biz dilənçilərdən də yan keçməyib. Bizim də aramızda sürətlə inkişaf gedir. Günü-gündən bizim birliyimizə yeni dilənçilər üzv  olurlar. Ətraflı…

NEFT SƏLTƏNƏTİNDƏ DİLƏNÇİLİK

Mart 16, 2009 Bir şərh yazın

,,AZƏRBAYCAN : XƏZƏRIN ŞƏRQ SAHILINDƏ YERLƏŞƏN ƏMIRLIK,,

,,LE MONDE,,QƏZETI

Neft adlanan təbii sərvət bir çox ölkələri xoşbəxt, bir çoxlarını isə bədbəxt vəziyyətə salıb. Reallıqlar bunu tam şəkildə diqtə edir. Konkret  götürsək bir çox ekspertlərə görə, neft ölkələri iki fərqli qrupa bölünür: Xalqın olan nefti xalqın arasında ədalətli şəkildə paylayan ölkələr, Məs: BƏƏ, SƏUDİYYƏ ƏRƏBISTANI, KÜVEYT, QATAR və s., digərləri isə xalqın olan nefti hakimiyyət təmsilçiləri arasında bölən, yəni neftdən öz diktaturalarını möhkəmlətmək üçün istifadə edən ölkələr, Məs: Səddamın Iraqı, Qəddafinin Liviyası, Nigeriya və BIZIM AZƏRBAYCAN. Bəli, təəcüblənməyə dəyməz. Bu məsələ barədə bir qədər sonra. Ancaq bu iki qrup neft ölkələri ikisi də çox geridə qalmış hesab olunmalıdırlar. Deyə bilərsiniz ki, niyə BƏƏ-də əhali neftin hesabına yağ-bal içində yaşayır. Lakin yaşamasalar ondan yaxşıdılar. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Siyasi, Sosial, Xəbər Etiketlər: , , ,

Atatürk haqqında bilmədiklərimiz…

Mart 12, 2009 6 şərh

ataturk• Mustafa Kamal Atatürkə ilk dəfə “Atatürk” deyən Türk Dil Təşkilatının başçısı olub, bir danışığında ona Atatürk deyə xitab edib. Mustafa Kamal da bu sözü çox sevib və özünə soyad götürüb. Amma ona “Ata” deyilməsindən xoşu gəlməzdi.

• Gəncliyindən qalan vərdişlə həyatı boyunca ən çox sevdiyi yemək quru paxlalı plov olub. Şirniyyat sevmirdi, amma hərdən gül cemi yeyirdi.
• Ən böyük arzusu dünya turuna çıxmaq olub. Ən çox xəyal qurduğu işlərdən biri türk dili və tarixi üzərindəki işləri genişlətmək olub.
• Minlərlə kitabı olub. Amma Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərini həyatı boyunca, hətta cəbhədə belə başucundan ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir neçə səhifə oxuyarmış. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Siyasi, Xəbər Etiketlər: , ,

Tarixdə olan fakt

Mart 6, 2009 2 şərh

Türkiyə mətbuatında araşdırılan bir mövzunu oxudum, çox maraqlı gəldi. Araşdırmada ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnla 35-ci prezident Con Kennedi arasında olan oxşarlıqlar ortaya çıxıb. Yəqin ki, sizə də maraqlı gələr.

Avraam Linkolnun konqresə seçildiyi il 1846.
Con Kennedinin konqrese seçildiyi il 1946.

Avraam Linkolnun ABŞ prezidenti seçildiyi il 1860.
Con Kennedinin ABŞ prezidenti seçildiyi il 1960. Ətraflı…

TÜRK DİASPORASI ABŞ’DA…

Yanvar 29, 2009 2 şərh

31188 il bundan əvvəl Texas ştatında yaşayan türklər tərəfindən qurulan “Raindrop” 2007-ci il sentyabr ayının 8-9-da Hyustonda bir Türk festivalı keçirdi.

Amerika Birləşmiş Ştatlarının 7 əyalətində fəaliyyət göstərən türklərin “Raindrop” təşkilatı Konqresdəki 62 millət vəkilini və senatoru qondarma erməni soyqırımı haqqında iddiaları ifşa edən sübutlarla tanış etdi.
“12 ildir Konqresin üzvüyəm. Amma ilk dəfədir ki, türk nümayəndələri ilə qarşılaşıram”. Bu sözləri Konqresdə Texas ştatını təmsil edən qadın millət vəkili Şeila Cekson Lee deyib. Onu da deyək ki, ABŞ Konqresində görüşlər keçirən türklər yalnız Şeila Cekson Lee ilə deyil, həm də 62 millət vəkili və senatorla da görüşüblər. Ətraflı…