Arxiv

Archive for İ

Mart təqvimi

Fevral 28, 2009 2 şərh

1 mart
1445 – İtalyan rəssam Sandro Botticelli anadan olub.
1565 – Rio de Janeyro şəhəri qurulub.
1815 – Napoleon Elbadakı sürgündən Fransaya geri dönüb.
1953 – Stalin infarkt keçirib, dörd gün sonra isə ölüb.
2 mart
1995 – Yahoo! Şirkəti qurulub.

2005 – “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilib. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Xəbər Etiketlər: , ,

Günümüzün qəhrəmanı olmuş hadisə

Fevral 25, 2009 6 şərh

Bərk qar yağırdı. Əsgərlər  yemək yeyə-yeyə yeməkxanadan bayıra baxırdılar. “Görəsən bu qarlı havada da bizi işə aparacaqlar?” deyə düşünürdülər. Yay-qış demədən bizim sərhəd  bölgəsindəki əskərlər tez-tez səngər qazmağa, blindaj (post əsgərlərinin  yaşadığı yer) tikməyə aparırdılar.

“Nə oldu hazır deyil əsgərlər?” rəisin səsi gəldi. Komandir içəri girib əsgərlərə tələsməyi tapşırdı. Yenə də iş. Qar da onları işdən saxlaya bilmədi. Hər  kəs  tələsik yeməyə  başladı. Əsgər Abbasov qaşığı tullayıb ordunu orduya  daş qoyanı  güllələməyə başladı.  Abbasov el arasında  necə deyərlər prikol oğlan idi. Həmişə əsgər yoldaşları ilə zarafat eləyir, onları  güldürürdü.

Yeməyi bitirib əsgərlər iş paltarlarını  geyinməyə başladılar. Budur maşın da  gəldi. Hər kəs maşına  doluşdu. Soyuqdan hamı bir-birinə qısılmışdı. Maşın tərpəndi. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Maraqlı, Xəbər Etiketlər: , , ,

BİZ İŞLƏYƏ BİLMİRİK YOXSA İŞLƏMƏYİMİZİ İSTƏMİRLƏR ?

Fevral 25, 2009 2 şərh

Dünən  dostum  Əhmədlə(ahmedphoto.wordpress.com blogunun sahibi) Baksovet tərəfə gedirdik.  Mən irəlidə Əhməd  də arxada  şəkil çəkə-çəkə gəlirdi.  Qarşıdan gələn bir oğlan  düz gözümün içinə baxırdı,  mən də  baxışımı ondan yayındırmadım. Gözünü məndən çəkmirdi. Sanki tanış idi, nə isə demək istəyirdi.

“Diyəsən tanış gəlirəm?” oğlandan soruşdum. Ətraflı…

Paulo Koelo – Əlkimyagər

Fevral 22, 2009 11 şərh

Braziliyalı yazıçı Paulo Koelo 1947-ci ildə mühəndis ailəsində anadan olub. Uzun müddət ailəsi onun yazıçı olmağına qarşı çıxıb. Ailəsinin təzyiqi ilə o, Rio-de-Janeyro Universitetinin hüquq fakültəsinə daxil olur, amma tezliklə təhsili atır və jurnalistika ilə məşğul olmağa başlayır. Yazıçı bir müddət teatr aktyoru kimi də fəaliyyət göstərib. Onun kitablarının ən çox satıldığı ölkələr Fransa, Braziliya, Polşa, İsveçrə, Argentina, Yunanıstan, Xorvatiya və Rusiyadır. Paulo Koelo WordPress və Myspace bloglarında da müxtəlif yazılarla çıxış edir. Yazıçının ilk kitabı “Cəhənnəm arxivləri” olub. Paulo Koelonun ən çox sevilən və oxunan əsərlərindən biri “Əlkimyagər”di. Kitab 1988-ci ildə çap edilib. “Əlkimyagər” XX əsrdə yazılmış ən vacib kitablardan biridir. Ətraflı…

Ey, taksi!

Fevral 20, 2009 5 şərh

Taksi şəhərdə və ya kənddə yaşamağından asılı olmayaraq, hər bir insana məlumdur. Hər hansı bir yerə gedəndə, işə gecikəndə, kiminləsə görüşə tələsəndə çox zaman taksidən istifadə edirik. O, bir çox iri şəhərlərin imicində xüsusi rol oynayır.
Taksilərin tarixi qədim vaxtlara gedib çıxır. Əvvəllər taksiləri at qoşulmuş arabalar əvəz edirdi. Belə formada olan arabalar 1639-cu ildə Böyük Britaniyada, sonralar isə Fransada görünməyə başladı. Onlara “fiakra”deyilirdi. Bu, bütün dünyada ictimai nəqliyyatın ilk nümunəsi idi. “Fiakra”da sürücü rulun arxasında və arabanın açıq olan hissəsində əyləşirdi. Sürücü havanın şıltaqlığından (yağışdan, qardan və s.) qorunmaq üçün uzun, su keçirməyən dəridən olan plaş geyinirdi. Sərnişin isə arxada, qapalı karetdə otururdu. Bu arabalar açıq rəngi ilə seçilirdi. Sonuncu dəfə at qoşulmuş arabalar Londonda 1947-ci ildə lisenziya alıb. 1867-ci ildə Almaniyanın “Thurn and Taxis” ailə şirkətinin taksiləri hökümətin məktub və ya paketlərini istənilən yerə çatdırırdılar. Şirkət arabaları daha sonra məktub və ya paketlərlə yanaşı, sərnişin də daşımağa başladı. Deyilənə görə, bu cür nəqliyyat vasitəsinə taksi deyilməsi elə bu ailənin soyadı ilə bağlıdır. Fransızca “taxi”, latınca “taxo” – “qiymətini müəyyən edirəm” deməkdir. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Xəbər Etiketlər: , ,

Qatarla seyyahet !

Fevral 19, 2009 7 şərh

indice vaqona mindim. Yarim saat tez gelmisem. Men birinci deyilem. Bilete goz gezdirdim. Kassada isleyen xanim mene 3manat 90qepiye satmisdi bu bileti. Indi gorurem meni efelleyibler. Biletde yazilan qiymetden ne az ne cox 1 manat. Resmi qiymet 2manat 90qepikdir. Efellenmek nece duygudur? Menim hec xoshuma gelmedi. 1qepik de olsa efellenmek istemirem.
Tanislari olanlar qruplasib sohbet eleyir. Men tek oldugum ucun qulaq asmaqla yetinirem. Lehcelerinden Qazax-Agstafa bolgesinden olduqlari aydin gorunur. Yerlilerimdir. Ziyali insanlara da oxsamirlar. Danisdiqlari movzu mene gulmeli gelir. Maraqlidi neden danisirlar? 🙂 deyirler:”Bush prezidentlikden getdi, bes ona niye 200000 ABS dollari pul verdiler?” xanim oz qulaqlari ile eshidib:). Niye gulmelidi? Ne bilim belke de men sehvem. Azerbaycanin hel olunmali meseleleri qurtarib. Insanlar neise muzakire elemelidiler axi. Deyeceksiz bes referendum? Yeqin bunlar artiq referendumu tam basha dushubler de!
Seyyahet davam edir. . .

Kateqoriyalar: Düşüncə, Maraqlı Etiketlər: , , ,

İşıqforun sarı rəngi əvvəl ağ olub

Fevral 17, 2009 3 şərh

İşıqforlar əvəllər dəmiryollarının qatarlarını idarə etmək üçün tətbiq edilib. Dəmiryolu idarəsi işıqfor üçün üç rəng nəzərdə tuturdu – qırmızı, yaşıl və ağ. Qırmızı rəng “dayan” mənasını verirdi. Qan rəngi olduğundan qırmızı əsrlər boyu təhlükənin, təxribatın və ölümün simvolu olub. 1830-cu ildə dəmiryolu ilk dəfə fəaliyyətə başlayan zaman, yaşıl “xəbərdarlıq”, ağ rəng isə “getmək” mənasını verirdi.
Bir müddət sonra ağ rəng çox problem yaratmağa başladı. Işıqforun ağ rəngi digər küçə lampaları ilə səhv salınırdı. Daha da pisi bu idi ki, “dayan” mənasını verən qırmızı rəngin işığı yananda ağ rəngin də üzərinə işıq düşürdü. Və bunun da nəticəsində çoxlu qəzalar baş verirdi. Sonralar ağ işıq sarı ilə əvəz olundu. Bundan sonra – qırmızı “dayan”, yaşıl “getmək”, sarı isə “xəbərdarlıq” mənasını verməyə başladı. Sarı ona görə seçildi ki, o, rənglər içində ən gözəçarpan idi.

Ətraflı…

Kürənin daxili və xarici.

Fevral 14, 2009 5 şərh

Bu  gün metroda  basırığa düşdüm. Bir hadisənin şahidi oldum.  Vaqonda həddən artıq  adam  var  idi. Onu deyim ki, əllərim göydə qalmışdı. Əlimi aşağı sala  bilmirdim( Əlimin necə yuxarı qalxdığı isə elə də maraqlı deyil 🙂 ). Nə etmək olardı hər kəs işdən çıxıb evinə getmək istəyir.  Stansiyalarda da  insan  cox idi. Boş qatarı gözləyəsi olsan  gərək  saat yarımdan çox  gözləyəsən dözməlisən(civil ölkələrdə yəqin ki, bu cür hallarda metropoliteynin rəhbərliyinə narazılıqlarını bildirərdilər(yazılı şəkildə).  Təsir etməsə dövlət orqanlarına. ama  biz sivil olmadığımız  üçün dözməli idik.  ) Ama bir nəfərin xoşuna  gəlmədi bu basırıq. 40dan yuxarı yaşı  olan bu adam  yanındakının üstünə qışqırdı ki, “bir yerdə diyana  bilmirsən,  niyə o yan buyana  hərəkət edirsən ?  məni narahat edirsən”. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , ,

Şəhər böyüklükdə kənd

Fevral 13, 2009 6 şərh

Bakı. 2 miliondan çox  əhalisi olan bir  şəhər. Əslində şəhər böyüklükdə  kənd !  Niyə kənd ?  deyə   soruşa bilərsiz.  Bəlkə də heç soruşmazdınız. Bakıdakı vəziyyəti hamı görür. Yeni binalar tikilir,  köhnə binalar təmir olunur. Ən bahalı maşınlar alınır. Hətda  prototip maşınlar  belə sifariş verilir. Neft sağolsun. Neftdən gələn pul sağ olsun ! O  pulu yeyən məmur sağ olsun. O məmurun qohumları sağ olsun. Yaxşı neft  bu inkişafı verir bəs mədəniyyət  ? ?  İndi ağıllı baş istəyirəm ki oturub fikirləşsin. Fikirləşsin görək  daha nə istehsal edə bilərik ki, onun gəliri ciblərimizə yox beynimizə ruhumuza dolsun, mədəniyyətimizi inkişaf etdirsin. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , ,

Bibiheybət məscidi

Fevral 11, 2009 1 şərh

Bibiheybət məscidi
dsc03380Bakıdan 4-5 km aralıda, düz Xəzər dənizinin sahilində insanların pənah apardığı, müqəddəs sayıb ziyarət etdiyi Bibiheybət məscidi yerləşir. Burada VII İmamımız Həzrəti Museyi-Kazımın (ə) qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı yerləşir. Bu tarixi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi faktlar yazılan kitabə yerləşir. Bu kitabədə qeyd edilib ki, 1281-1282-ci illərdə tikilən məscidin memarı Mahmud ibn Səyiddir. Məşhur tarixçilər Bakıxanov, Beryozin, Dorn və Xanukov da bu kitabə haqqında yazıblar. VII İmam Museyi-Kazımın (ə) qızlarından Həzrəti Həkimə xanım Bibiheybetdə, Həzrəti Məsumə xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran, Həzrəti Leyla xanım isə Bilgəh kəndində dəfn edilib. VII İmam Museyi-Kazım (ə) zəmanəsinin imamı olsa da çox kasıb olub. Hətta onun evində bir ədəd köhnə, yamaqlı çarşab olduğu üçün namaz vaxtı qızlar növbə gözləmək məcburiyyətində qalıblar. 1257-ci ildə dünyasını dəyişən Həzrəti Həkimə xanım heç vaxt ailə həyatı qurmayıb, bütün ömrünü qardaşı uşaqlarına həsr edib. Ətraflı…