Arxiv

Archive for İ

Balta kəsərini itirib yoxsa bu balta o, balta deyil ?

Oktyabr 29, 2009 3 şərh

Ümumiyyətlə televizora  baxmıram.  Hakimiyyətin ikinci  fiqurunun məqaləsindən sonra  izləməyə başladım.  Bayağı verişlərin azalacağına ümüdli idim. Axı əmr  ağadan gəlmişdi.  Xoş sözlər eşitdim. Güya,  bir neçə bayağı verlişləri bağlayıblar. Amma  eşitdim, görmədim.  Yenə eyni verlişlər, eyni aparıcılar, eyni müğənnilər. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

Saxta bayraqdarlara

Oktyabr 23, 2009 4 şərh

Protokollar imzalandı. Türkiyə-Ermenistan maçında bayraq hadisəsi. Azərbaycanda kontr  bayraq  hadisəsi. Bu barədə çox yazdılar.

Nə baş verir ? Qardaş ölkə, bir  millət  iki dövlət deyənlər niyə  birdən  belə aqressiv oldular ?  Qafqazlı qanı qaynadı ?  Bəli bu bizə xas  olan xüsusiyyətdir. Biz rahatlıqda  hörmət etdiyimiz insanları,  uşaqlıqdan birgə  olduğumuz  dostlarımız;, bizə  daim  yaxşılıq  edən xeyirxah insanları, birgə ömür sürdüyümüz həyat  yoldaşımızı axmaq  bir  səbəbdən silib ata  bilirik. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

Türkiyə bayraqlarının yığışdırılmasına etiraz

Oktyabr 21, 2009 1 şərh

azeri turk bayragi(23.09.2009)Bu gün (21 oktyabr) biz, yəni AzNAN (Azərbaycan-Niderland Jurnalistika Məktəbi Məzunları Şəbəkəsi) üzvləri Şəhidlər Xiyabanını ziyarət etdik. Təxminən 10 nəfər üzvümüz Şəhidlər Xiyabanında Türk hərbiçilərinin şərəfinə ucaldılan abidənin önünə qərənfillər düzdük.

Bizdən öncə, saat 12.00-da müxalifətçi gənclər də aksiya keçirdi. Amma bu zaman polislə onlar arasında toqquşma oldu. Ona görə polislərin bizə də mane olacağını düşündük. Amma polislər sadəcə olaraq bizdən soruşdu ki, çəkiliş olacaq, ya yox. Heç bir çəkilişin olmadığını görüb bizə mane olmadılar.

Şəhidlər Xiyabanında şəhid olan türk hərbiçilərinin şərəfinə ucaldılan abidəni ziyarət etməkdə məqsədimiz abidədinin yanından Türkiyə bayraqlarının yığışdırılmasına etirazdır.

Ümumiyyətlə son zamanlar Türkiyə ilə Azərbaycan arasında soyuq yellər əsməyə başlayıb. İndi də başlanıb bayraq davasına.

Azərbaycan Türkiyə həmişə dost, qardaş ölkə olub. Arada münasibətlərin soyuması isə düşmənlərin sevincindən başqa bir şey deyil. Düşmənlərimizi sevindirməyək!!!

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

“Media haqqında hər şey” əslində isə heç bir şey…

Oktyabr 13, 2009 1 şərh

Bura əsl bazar meydanına oxşayır. Hər gələn öz malını tərifləyir, alıcıya sırımağa çalışır. Həm ağız deyəni qulaq eşitmir, həm də ki, lalın səsindən karın qulağı batır. Bir sözlə müsibətdi… Bilirsiniz bura haradı? İctimai televiziyanın canlı yayımı…

  Dünən yaxın bir dostum mənə zəng edib İctimai televiziyanın efirində canlı yayımlanan “Media haqqında hər şey” adlı verilişə dəvət etdi. Mövzu, “Jurnalist etikası və jurnalistlərin peşəkarlıq səviyyəsi” məni maqnit kimi telekanala çəkdi. Aparıcı Vüsalə Mahirqızı qonaqları təqdim etdi. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, millət vəkili Fazil Mustafa, peşəkar jurnalist kimi dəvət olunan Azər Həsrət və  Eldəniz Qulyev. Çox gözəl. Keçək söhbətlərə. Ətraflı…

Kateqoriyalar: Xəbər

XİLASKAR

Oktyabr 13, 2009 1 şərh

 “Əvvəllər gediş haqqı 5 qəpiyə olanda yaşlıları, metrotdan təsadüfən istifadə edənləri keçirirdik. İndi isə bu mümkün deyil. Yenə o adamlar aparatın yanında dayanıb mənim kimiləri gözləyir. Mən də məcburam ki, daha metro ilə getməyim. Belə olan təqdirdə özümdən başqa bir-iki nəfəri keçirəndə bu mənə 30-40 qəpiyə başa gəlir. Ondansa avtobusla getməyi üstün tuturam” – deyir dostlarımızdan biri.

Hollandiyada jurnalistikadan dərs deyən Vladimir (NJM-də bizə bir həftəlik seminar keçir) metroda gediş haqlarının qaldırılması ilə bağlı bizə reportaj hazırlamağı tapşıranda, o an fikrimizə gəldi əcnəbi bir vətəndaş da halımıza acıyır. “Çalışın milçək olun, diqqət çəkməyin. Və insanların gediş haqqı ilə bağlı fikirlərini öyrənin”. Bizi istedad və praktika baxımından üstələyən Vladimirin sözlərinə əməl edərək, NJM-in ofisini tərk edəndə elə milçək olduq. Ətraflı…

Kateqoriyalar: Sosial

Mən plan verməliyev ! ! !

Oktyabr 11, 2009 Bir şərh yazın

Son vaxtlar avtobuslarda sürücülərdən eşitməyə adət elədiyim söz “Mən plan verməliyəm. Mənim işimə qarışmayın” olub. Avtobus ağzına kimi doludur. Sürücü yenə də, harda gəldi saxlayır(baxmayaraq ki, aynaya “DAYANACAQDAN KƏNARDA SAXLAMAQ OLMAZ”  yazılıb), müştəriləri bir-birinin belinə mindirir. Kimin başı kimin qoltuğundan, burunlar qarşıdakının peysərinə söykənir. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

Media kritikanın katalizatoru-Ramiz Mehdiyev

Oktyabr 8, 2009 1 şərh

Bir coxunuz bilir, bilmeyenlere deyim ki,  Ramiz Mehdiyev  “Azərbaycan” qəzetinin 2 oktyabr 2009-cu il sayısında “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr.” adlı məqalə dərc etdirib.  Yazının əvvəlində  dövlətin mediaya göstərdiyi yardımdan, jurnalistlərin mükafatlarla qiymətləndirilməsi, söz azadlığının təmin olunması üçün görülən tədbirlərdən danışılır. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , , ,