Arxiv

Archive for the ‘Sosial’ Category

Jurnalist kimdir ?

Dekabr 21, 2012 Bir şərh yazın

Kimdir jurnalist?

Qərblilərə görə, “keşikçi köpək”dir jurnalist. Yəni, vətəndaş hər zaman onu öz yanında, ətrafında görür. Jurnalistin əsas funksiyası iqtidarı nəzarətdə saxlamaq, vətəndaşla dövlət arasında körpü qurmaq, bir sözlə, 4-cü hakimiyyətdir.

Elə buna görə də bəzən haqqını müdafiə etdiyi insanlardan belə şapalaq yeyir, haqsızlığa uğrayır, şəxsi həyatı olmur, sındırılır, əzilir, bütün bunlara rəğmən ayaqda durur…

Kimdir jurnalist?

Öz peşəsində uğur qazana bilməyib şansını bu sahədə sınayanlarmı, yoxsa dövlət qurumlarını hədələyib rüşvət alanlarmı? Jurnalistika fakültəsini bitirənlərmi, yoxsa jurnalistikadan dərs deyib, ortaya nümunə kimi heç nə qoya bilməyənlərmi? Hə, kimdir jurnalist? Azərbaycan reallığında bu sualların cavabı o qədər mücərrəd görünür ki…

Yazdıqlarına görə şantaj edilən, döyülən… Sonuncu dəfə Azərbaycanda bu cür göründü  jurnalist. Əgər hələ də yaşayırsa, kim bilir, daha nələr gözləyir onu…

Kimdir jurnalist?

Əksər halda haqqında “çox sırtıq olurlar, deyirsən istəmirəm, çəkirlər”- deyilir. Vəzifəlilər yuxarıdan aşağı baxır, amma cəmiyyətə təsir gücü olduğu üçün ələ almağa çalışır. Mükafatı haqqında eşitdiyi “gözəl fikirləri olur, maraqlı məsləhətlər verirlər”, “yaxşı qələmi var, əla təhlil edir”, “verilişi çox yaxşı ələ alır” kimi fikirlər olur.

Kimin üçünsə paparazi, köşə yazarı, blogger, şərhçi, diktor, aparıcı…dır jurnalist, kimin üçünsə də əlinə hər qələm alan…

Yüz şillədən sərt olur “keçən dəfə sənin bir həmkarın da gəlmişdi, dəftərinin arasına payını qoyub göndərdim”, – deyib üzünə kinayə ilə gülümsəyənlərin sözü. Boğaza düyün kimi tıxanır müsahibə almaq istədiyi adamın “hər şeyi anladım, indi sən mənə de görüm, sən müxalifət jurnalistisən, yoxsa iqtidar” sualı.

Onlarla məqalə müəllifi olsun, yazdıqları bütün ölkəni silkələsin, cibində vəsiqəsi yoxdursa, çoxu üçün heç kimdir jurnalist…

Bu gün əskəriyyəti hakimiyyətin dəyirmanında üyüdülür, sobasında qızardılır, satılır, alınır. Amma ələkdə qalanı da az deyil. Onlar cəmiyyəti göstərir, cəmiyyətə göstərir. Deməli, cəmiyyətin güzgüsüdür jurnalist…

Bir ana çəkə bilərsən mənim üçün?

İyun 15, 2010 2 şərh

Valideyn himayəsindən məhrum olan uşaqları adətən dövlət himayəsinə götürür. Lakin bəzi uşaqlar var ki, onlar dövlət himayəsindən də məhrumdurlar. Belə uşaqlarla biz tez- tez küçələrdə, dəmiryol stansiyalarında, metro ətraflarında rastlaşırıq. Onlar küçə uşaqlarıdır. «Küçə uşaqları» anlayışı küçədə yaşayan və küçədə işləyən uşaqları əhatə edir. Onlar arasında həm baxımsız, həm də  kasıb ailələrdən olan uşaqlar var.

“ Küçə uşaqları ” ilə bağlı yaranmış problemləri sosial-iqtisadi vəziyyətin ağır olması səbəblərinə aid etmək olar. Amma cəmiyyətin bu gün yazılmış və yazılmayan qanun və qaydalarla yaşaması da küçə uşaqları ordusunun ilbəil artmasına gətirib çıxarır.

Bu uşaqları bir araya toplayan yeganə yer Azərbaycan Uşaqlar Birliyinin nəzdində yaradılmış Uşaq sığınacağı Reinteqrasiya mərkəzidir.

 Hər küçə uşaqğının bir ölküsü var.

Arzular müxtəlifdir. Sığınacaq evində tanış olduğumuz uşaqlardan Ramazan Həsənovun ən böyük arzusu isə anasına qovuşmaqdır. Sığınacaq evində daimi qalan 4 uşaqdan biridir Ramazan. O deyir: “Əvvəllər kley (tikintidə istifadə olunan, bihuşedici qoxusu olan yapışqan-red.)  iyləyirdim. Lakin indi atmışam dedi. Çünki tanış olduğum yeni dostlarım kley iyləyirsənsə bizə qoşulma dedilər. Mən də başladım onlar kimi maşın yuyub, təkər qaraltmağa. Gündüzlər dönərlə, peraşkiylə qarnımızı doyururduq, gecələr də 1 manat verib internet-klublarda qalırdıq. Pulumuz olmayanda da transformator quraşdırılmış bir yer var, orada yatırdıq”. 

Ramazan bir ara xaricə işləməyə getmək fikrinə düşüb. . Gizli yolla 8 yoldaşı ilə bərabər. Orda tutulublar. 4 nəfəri saxlayıb, digərlərini Azərbaycana yollayıblar. Ramazan da saxlanılanların içində olub. 4 ay həbsdə qaldıqdan sonar qayıdıb.

Ramazanın  böyük arzusu anasına qovuşmaqdı. Lakin 6 aydır ki, ondan xəbər ala bilmir. Deyir ki, əgər anamı tapsam bird aha işləməyə qoymayacam, özüm işləyib ona baxacam. Ətraflı…

Kateqoriyalar: Sosial

Aradüzəldənin evində kirayənişin

Yanvar 19, 2010 4 şərh

Tiflisə gələn günü ev axtarmalı oldum. Bu işdə mənə gürcü tanışım Dato kömək eləyirdi. Onunla sülh quruculuğu ilə bağlı tədbirdə tanış olmuşduq. Əli adlı tanışım da bizimlə idi. Dato qabaqcadan  bir neçə ev tapmışdı. Həmin evlərə baxmağa gedəndə məlum oldu ki, artıq başqaları yerləşib. Dato deyir, Tiflisdə həmişə belədir. Kirayəçi tez tapılır.

Məcbur olduq “Suxoy most” deyilən yerə gedək. Evlər bahalaşmışdı. Münasib qiymətə tapa bilmirdik. Hava isə çox soyuq idi. Artıq hansı qiymətə olsa  razılaşacaqdım ki, bir nəfər yaxınlıqda 250 ABŞ dollarına  2 otaqlı “dubleks” ev olduğunu dedi. Baxmaq istədik. İtalyan məhləsinə bənzər bir məhləyə girəndə Azər buranı tanıdığını dedi. Evə girdik, iki mərtəbəli yaxşı təmirli, ev əşyaları da  içində rahat yer idi. Çox keçmədən qapı açıldı. Evə 160 sm boyunda, keçəl başlı, gözü eynəkli, dolu bir kişi daxil oldu. Ev sahibi idi. Adı da Eliko. Evi tərifləməyə başladı. 4 otaqlı bir evi də olduğunu dedi. Cəmi 300 ABŞ dollarına. O evə də baxdıq. 4 otaqlı da sərf eləyirdi. Qonşularının, özünün və ailəsinin ədəbli, mərifətli insan olmalarından danışdı. Ev sahibi bu evi də qarış-qarış gəzib tərifləməyə başladı. Həyətə çıxdıq. Qazın və işığın ayrı olduğunu göstərdi. Bu vaxt həyətdəki evlərdən birindən arıq, əsmər bir qız çıxdı. Əli onu görən kimi üzünü çevirib əlimdən tutdu. Nəsə demək istəyirdi. Qız evə qayıdanda mənə yavaşdan dedi ki, hə düzdü mən burda olmuşam özü də bu qıznan. Önəm vermədim. Həm də tez razılaşıb yerləşmək istəyirdim. Bir tərəfdən yorğunluq, digər tərəfdən soyuq əldən salmışdı məni. 4 otaqlı evi kirayəyə götürdüm. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , , ,

Vağzal. Bakı-Tiflis qatarı

Yanvar 14, 2010 3 şərh

Gürcüstana getməliydim. Yanvarın 7-si  yollandım vağzala, bilet dalınca.  Həmişəki kimi olmasa da, yenə kassaların qarşısında sıra var idi. Mən də sıraya düzüldüm.

40-43 yaşalarında bir kişi Ucara 3 bilet alırdı. Qiymətinini soruşdu. Kassir qadın 36 manat dedi. Kişi qısqanclıqla pulqabısını açıb içindən 40 manat çıxardıb kassanın nəfəsliyindən qadına uzatdı. Qadın pulun artıq olduğunu hiss etsə də,  saymağa başladı. Sonra isə yalançı təəccüblə  kişiyə baxıb, “Axı mən 36 manat dedim”. Kişi qururlar cavabın, “Çaypuludur”. Kassir qadın gülümsəyərək, göz süzdürdü. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , ,

XİLASKAR

Oktyabr 13, 2009 1 şərh

 “Əvvəllər gediş haqqı 5 qəpiyə olanda yaşlıları, metrotdan təsadüfən istifadə edənləri keçirirdik. İndi isə bu mümkün deyil. Yenə o adamlar aparatın yanında dayanıb mənim kimiləri gözləyir. Mən də məcburam ki, daha metro ilə getməyim. Belə olan təqdirdə özümdən başqa bir-iki nəfəri keçirəndə bu mənə 30-40 qəpiyə başa gəlir. Ondansa avtobusla getməyi üstün tuturam” – deyir dostlarımızdan biri.

Hollandiyada jurnalistikadan dərs deyən Vladimir (NJM-də bizə bir həftəlik seminar keçir) metroda gediş haqlarının qaldırılması ilə bağlı bizə reportaj hazırlamağı tapşıranda, o an fikrimizə gəldi əcnəbi bir vətəndaş da halımıza acıyır. “Çalışın milçək olun, diqqət çəkməyin. Və insanların gediş haqqı ilə bağlı fikirlərini öyrənin”. Bizi istedad və praktika baxımından üstələyən Vladimirin sözlərinə əməl edərək, NJM-in ofisini tərk edəndə elə milçək olduq. Ətraflı…

Kateqoriyalar: Sosial

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqvim. I hissə

Sentyabr 8, 2009 2 şərh

1988- ci il

10 -12 fevral– Xandəndində izdihamlı mitinq keçirilir…

13 fevral– Rayon ərazisinə DQMV- nin Xocavənd rayonunun kəndlərindən onlarla azərbaycanlı köçkün ailələr gəlir…

19 fevral- Bakıda Dağlıq Qarabağ məsələsi ilə balğı ilk etiraz mitinqi keçirilir…

22 fevral- Qarabağ müharibəsində ilk qan tökülür. Əli Hacıyev və Bəxtiyar Quliyev Əsgəranda ermənilər tərəfindən qətlə yetirilir…

27- 28 fevral- Sumqayıt təxribatı törədilir, 32 nəfər həlak olur…

23 mart- SSRİ Ali Soveti Dağlıq Qarabağın Ermənistana verilməsinin qeyri- mümkünlüyü barədə qərar çıxarır…

17 iyun- Azərbaycan SSRİ Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR tərbinə verilməsinin qəbuledilməzliyi haqqında” qərar çıxarılır…

18 iyul- SSRİ Ali Sovetinin ssesiyasında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir…

Sentyabr- DQMV ilə həmsərhəd rayonların, o cümlədən, Füzuli rayonunun əhalisindən soyuq silahlar müsadirə olunur…

18 sentyabr- Azərbaycanlıların silah gücünə Xankəndindən çıxarılmasına başlanılır… Ətraflı…

Kateqoriyalar: Sosial

Mətbuat azadlığı və Azərbaycan

Avqust 6, 2009 1 şərh

…Cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə və onları ata-babasının və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa..məcbur edərsə…bu halda onlar dəyirman atlarına bənzərlər…  (M.F.Axundzadə )

      Əslində mövzunun adı belə qüsurludu. Çünki mətbuat azadlığı və Azərbaycan sözlərinin eyni sərlövhə altında görmək belə Afrika səhralarında aysberq axtarmağa bənzəyir.

  Cumhuriyyətimizin banisi M. Ə. Rəsulzadə mətbuatın əsl mətbuat kimi formalaşmasının üç şərtdən asılı olduğunu xüsusi qeyd edirdi. Azad mətbuat ilk olaraq yazmalı,ümumi mənafeyə xidmət etməli və geniş şəkildə yayılmalıdır. Bu üç şərtin zəncirvari şəkildə bir-birilə bağlı olduğunu yazan Rəsulzadə bunlardan birinin pozulması ilə mətbuat azadlığının da pozulacağına işarə edirdi.Ona görə yazılan, ümumi mənafeyə xidmət edən və yayılan mətbuat sırf azad mətbuatın əsas məğzini təşkil edir. Bu gün bizim KİV-də  üç dəyər varmı ? Varsa ona həqiqətən əməl olunurmu? Yoxdusa niyə yoxdu? Ətraflı…

Kateqoriyalar: Sosial

BU BİZİK

İyul 29, 2009 2 şərh

Heç kəs məni kəmərimdən belə bərk qucaqlamamışdı… Bizim marşurtlar lap adamı təngə gətirir. Elə ki, oraya girirsən insanlar sanki min illik həsrətini çəkirlərmiş.Qucaqlaşma normal haldır, baxır harda, necə kiminlə… Bir də baxır adamına. Tanımadığın biri ilə qucaqlaşmaq bizim milli əxlaqımıza yaddır. Amma ayağını qoyursan bizim marşurtlara tanımadığın adamlarla istəsən də istəməsəndə qucaqlaşmalı olursan. İlk addımdan “mehribanlaşmaq” devizi altında qucaqlaşmağa doğru kiçik hərəkətlər başlayır. Adam özünü lap qəribə hiss edir. Bir neçə dəqiqədən sonra anlayırsan ki, artıq nə telefonundan, nə də pul qabından əsər- əlamət yoxdur. Bu vaxt sürücünün mehribanlaşın səsinə hələ “super salondan” cavab da gəlir: Mehribanlaşa- mehribanlaşa qonşu olduq birazdan qohum olacağıq. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: ,

SAXLA DÜŞEN VAR

İyul 25, 2009 2 şərh

Yaşadığımız cəmiyyətdə insanların hərəkət istiqaməti olduqca geniş və əhatəlidir. Müasir texnologiyanın isə bizlərə verdiyi tövhələr göz önündədir. Kimisi işə taksiylə, kimisi avtobusla, kimisi də metroyla getməyə üstünlük verir. Azərbaycanın nəqliyyat infrastrukturu pis deyil, ancaq heç yaxşı da deyil. Səsləndirdiyimiz iddianı əsaslandırmağa çalışaq.
Bu günlərdə Nəqliyyat Nazirliyi ölkəmizə yeni iritutumlu avtobuslar gətirdi. Bununla da əhalinin gediş gəlişində problemlər özünü biruzə verməyə başladı. Əgər kiçik tutumlu avtobuslar hər iki dəqiqədənbir hərəkət edirdisə, iritutumlu avtobuslar 4-5 dəqiqədənbir hərəkət edir. Bu şərait isə insanların narazıçılıqlarına səbəb olur. Belə olan təqdirdə isə əslində sərnişinlərin rahatlığını artırmaq üçün nəzərdə tutulan avtobuslarda köhnə qayda qanunlar hələ də hökm sürməkdədir. Bura dayanacaqdan kənarda saxlamaq, qədərindən çox sərnişin toplamaq, stop düyməsi olduğu halda ona əhəmiyyət verməmək ve lazımı ünvandan xeyli kənarda saxlamaq adətləri daxildir. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , , , , ,

Həbslər davam edir

May 10, 2009 2 şərh

Azadlıq radiosunun verdiyi məlumata görə Gül bayramına etiraz edənlərin polis tərəfindən həbsləri davam edir:

Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində 50-dən çox gənc var. Gənclər Sahil bağında «Gül bayramı»na etiraz edirmişlər. Bu haqda «Azadlıq» radiosuna Müsavat Partiyasının Gənclər Təşkilatından Cavid Hacıybəyil məlumat verib. Hacıbəyli deyib ki, onlar «Terrora yox!», «Matəm elan olunsun!» və «Gül bayramı»na yox!» şüarları səsləndiriblər.

Etiraz edənlər arasında Dövlət Neft Akademiyasının tələbələri və başqa siyasi təşkilatların üzvləri də olub.

C.Hacıbəyli hazırda bölmənin həyətində olduqlarını və gənclərin bir-bir izahatlarının alındığını bildirib.

C.Hacıbəylinin sözlərinə görə, Müsavat üzvü Aygün Quliyeva başından xəsarət alıb.

Emin Milli, Rəşad Shirinov, Əli  Novruzov, eləcə də  ABŞ   Milli Demokratiya İnstitutunun nümayəndəsi Aryen de Volf və Liberal Gənclərin Beynəlxalq Federasiyasını  Baş Katibi Bart Woord və  30-dan çox gənc Musiqi Akademiyasının qarşısında etirazlarını bildirmək və ya Gül bayramını müşahidə etmək üçün toplaşmışdılar. Etirazçılar heç bir şüar səsləndirmir, qışqırmır və ya fit çalmırdılar. Əllərində qərənfil, qara lentlər bağlayıb parka baxır, öz aralarında söhbət edirdilər.

Saat təxminən 13:30 olduqda gənclər əllərindəki gülləri ADNA -nın qarşısına qoyub dağılışmaq istəyirdilər. Onlar  universitet tərəfə hərəkət edərkən, Mərkəzi Bankın yaxınlığında mülki geyimli şəxs onları dayandırıb gözləmələrini tələb etdi. Gənclər sakitçiliklə gözlədilər. Tezliklə polis maşınları gəlib  onları maşına mindirməyə başladılar.

Onların arasında Emin Milli, Rəşad Şirinov, Əli  Novruzov, Nigar Fətəli, Aryen de Volf və 15-dən  çox digər gənc də var  idi. Onlar 22-ci polis bolməsinə aparılıb və onlardan izahat alınır. İzahat yazıldıqdan sonra buraxılacaqları gözlənilir.