Arxiv

Archive for İ

İtkinlərin anım mərasimində vətəndaşlarla polis arasında qarşıdurma oldu

3008200919430082009192

Bu gün Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyində Beynəlxalq İtkin Günü ilə bağlı tədbir keçirildi. Ancaq tədbirdə gərgin anlar yaşandı. Komitənin keçirmək istədiyi anım mərasimi demək olar ki, baş tutmadı. Çünki itkin düşənlərin ailələri, doğmaları nə üçün çağrıldıqlarını öyrənmək istəyirdilər. Onlar tək Bakıdan deyil, rayonlardan, kəndlərdən itkin düşən yaxınları ilə bağlı bir xəbər eşidəcəklərinə ümid edib gəlmişdilər. Ancaq bura anım mərasiminə görə çağırılmaqları onların ümidini yenidən yarımçıq kəsdi. Ətraflı…

Kateqoriyalar: Xəbər

HAKİMİYYƏT SEVDASI

Avqust 22, 2009 2 şərh

  Yazı illərdir hakimiyyətə gəlmək eşqiylə alışıb-yanan müxalifətçi “bəylərə” ithaf olunur.

  Yaşadığımız cəmiyyət başdan-başa eybəcərliklərlə doludur desəm heç də yanlış etmərəm. Çox təəssüflər olsun ki, bu eybəcərliklər gözəlləşmir, əksinə günbəgün daha da ifrat bir hala varır. Azərbaycan adlı məmləkətin də ən böyük eybəcərləri hazırki iqtidar və onun müxalifətidir. Yap iqtidarından danışmasam yaxşı olar. Onsuzda ondan hamı danışır. Düşdüyümüz bu çətin situasiyanın, yaşadığımız əzablı günlərin hamısının günahı indiki müxalifətdədir. Qüdrətli DTK generalı olan H. Əliyevi Bakıya bu üzdəniraq cəbhəçi bəylər dəvət etmədilərmi? Azərbaycanda diktaturanın qurulmasında əvəzsiz rol oynadılar. Xalqımıza qurtuluş adlı bayramın sırınmasında müstəsna xidmətlər göstərdilər. Vətən torpağının işğal olunmasına sakitcə tamaşa etdilər. Hətta İsa Qəmbər özüdə etiraf etdi ki, qarşımızda iki yol var idi: Ya Qarabağ, ya hakimiyyət. Ətraflı…

Kateqoriyalar: Siyasi

Bilirsinizmi?

Avqust 11, 2009 1 şərh

İnsan ömrü boyu 64000 litr su içir.

Rusiyanın ¼ hissəsi meşə ilə örtülüdür.

Eyfel qülləsinin zirvəsinə kimi 1792 pillə var.

Hindistanın illik doğumu Avstraliyanın əhalisinin sayından çoxdur.

Hər 4 amerikalıdan biri televiziyada görünür.

1 saç 1 santimetr uzandıqca 1 ay keçir. 1 gündə hər saçın uzunluğu 0,35 millimetr artır.

İnəklər pilləkənə çıxır, amma düşməyi bacarmır.

Pişiyin nəbzi 1 dəqiqədə 140 dəfə vurur.

İnsan bədənində yalnız sinir hüceyrələri bölünmür.

Alimlər sübut ediblər ki, aerobika qulaq fəaliyyətinin zəifləməsinin qarşısını alır. Ətraflı…

Kateqoriyalar: Maraqlı

SƏNİN QƏLƏBƏN

Avqust 9, 2009 1 şərh

Bir vaxt soyudub əllərini, geriyə baxmadan gedən insanların arxasından tökdüyünüz göz yaşları əbəsdir. Gözünüzü telefona dikib keçirdiyiniz yuxusuz gecələr də gərəkli deyil.

  Heç aynanın qarşısına keçərək özünü kənardan seyr etdinmi? Pırıl-pırıl yanan gözlərinin nəyə qadir olduğunu, vücudunun daxili gücünü duydunmu? Əks cinsin nümayəndəsinə niyə aldanırsan deyə, necə düşündünmü? Sevdiyin insan ilə son dəfə hansı səbəbdən mübahisə edərək ayrıldığını, heç özün də  bilmirsən? Elə içini didib dağıdan da bu deyilmi? Yenidən onu istəyirsən. Adi bir mesaji belə yetərlidir, amma yazsın. Olanlarla barışa bilmirsən, ancaq qürurun da hisslərinə müharibə elan edib. Nəhayət, qərara alırsan ki, ona yazasan. Bəs sonra? Ətraflı…

Kateqoriyalar: Düşüncə

Maraqlıdır!

Avqust 9, 2009 1 şərh

Nə üçün əsgər paltarları xaki rəngdədir?

   Formalardakı, xaki reng ilk dəfə ingilislər tərəfindən 1850- ci illərdə Hindistanda istifadə olunmağa başladı. İngilis ordusunda Hary Lumsden əsgərlərin ağ forma ilə asan hədəf olduqlarını fikirləşir, beləliklə də paltarların üstünü toz, palçıq və ya çay ilə boyayaraq rənglərini kölgəli qəhvə rənginə çevirdi.

   Belə olanda isə paltarların rəngi əraziyə tamamilə uyğunlaşmış oldu. Torpaq rənginə bənzəyən bu formalar hind dilində torpaq rəngi mənasına gələn “khaki” adlanmış və tərcümədə “xaki” olaraq bilinir.  Ətraflı…

Kateqoriyalar: Maraqlı

Yalnızlıq

Avqust 8, 2009 6 şərh

  Bəli, səbirsizliklə gözlədiyim bayram da keçdi. Neçə qəlbləri sevindirdi bu yeni il. Küsənləri barışdırdı, ayrılanları qovuşdurdu. Tortağın çoxdan gözlədiyi qar da ağ gəlinliyi hədiyyə gətirdi ona. Bu şəhər bir az da gözəlləşdi. Sevənlər əl-ələ, göz-gözə sevgilərini bəxş etdilər aləmə.

  Bir rəfiqəm iki il ayrılıqdan sonra qovuşdu sevdiyinə.

  Qəmdən, kədərdən dərin iz buraxmış köhnə ili yola salıb gələn yeni ilə başlamağa çalışdım amma necə? Səhər açılandan dostlar, tanışlar mənə, mən də onlara təbrik və arzularımı yetirdim. Və…bir zaman oldu ki, telefonum susdu. Gözlədim, yenə də gözlədim…Nəfsim məni bir yana, qürurum o biri yana çəkdi. Sevgi qürura baxmır deyirlər. Mən də elə etdim, zəng vurdum. Telefonu söndürdü. Ardından ürəyimdən gələn sözləri inci kimi, mesaj xanalarına düzüb o laqeydə göndərdim. Axı nə edərdim? Bilsəydim…bilsəydim ki, o andan qəlbimin dərinliklərində bir qılınc yarası açılacaq və elə həmin gündən ayrılıq yarası göynəməyə başlayacaq…barmaqlarımı da düymələrə toxundurmazdım. Yenə də xəyallarımla yaşayardım, inanardım qurub yaratdığım süni yuvaya. Ətraflı…

Kateqoriyalar: Düşüncə

Mətbuat azadlığı və Azərbaycan

Avqust 6, 2009 1 şərh

…Cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə və onları ata-babasının və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa..məcbur edərsə…bu halda onlar dəyirman atlarına bənzərlər…  (M.F.Axundzadə )

      Əslində mövzunun adı belə qüsurludu. Çünki mətbuat azadlığı və Azərbaycan sözlərinin eyni sərlövhə altında görmək belə Afrika səhralarında aysberq axtarmağa bənzəyir.

  Cumhuriyyətimizin banisi M. Ə. Rəsulzadə mətbuatın əsl mətbuat kimi formalaşmasının üç şərtdən asılı olduğunu xüsusi qeyd edirdi. Azad mətbuat ilk olaraq yazmalı,ümumi mənafeyə xidmət etməli və geniş şəkildə yayılmalıdır. Bu üç şərtin zəncirvari şəkildə bir-birilə bağlı olduğunu yazan Rəsulzadə bunlardan birinin pozulması ilə mətbuat azadlığının da pozulacağına işarə edirdi.Ona görə yazılan, ümumi mənafeyə xidmət edən və yayılan mətbuat sırf azad mətbuatın əsas məğzini təşkil edir. Bu gün bizim KİV-də  üç dəyər varmı ? Varsa ona həqiqətən əməl olunurmu? Yoxdusa niyə yoxdu? Ətraflı…

Kateqoriyalar: Sosial

Прикольные афоризмы-2

Avqust 5, 2009 1 şərh

Никогда не делайте ничего правильно с первого раза, иначе никто потом не оценит, как это было сложно.

Положительные эмоции – это эмоции, которые возникают, если на все положить.

Те, кто хвалит женщин, знают их недостаточно; те, кто их ругает, не знает их вовсе.

Те, кто на дешевых местах – хлопайте. Прочие могут просто греметь бриллиантами.

Чем чаще женщина стонет ночью, тем реже она ворчит днём.

Когда влюбляешься безответно, хочется просить прощения у всех тех, кто был безответно влюблен в тебя….

Проще заработать хорошую репутацию, чем потерять плохую. Ətraflı…

Kateqoriyalar: Xəbər

YAĞIŞ YAZACAQ…

Avqust 2, 2009 3 şərh

Bax göy guruldayır, yenə yağış yağacaq. Yenə küçələrdə balaca gölməçələr doğulacaq yağışdan. Yenə külək əsəcək, ləpələndirəcək gölməçədəki suyu. Külək coşaraq yağışı pəncərəmə çırpacaq. Yağış şüşəni döyəclədikcə xəyala dalacam, səni xatırlayacam. Yağışın həzin səsinə sözlərdən naxış vuracam. Bəlkə yağış, külək məni üşüdəcək, amma tir-tir əssəm də qorxmayacam soyuqdan. Yenə xəyalım şəhəri dolaşacaq, səni arayacaq. Gəzəcəm əyri küçələrdə….baxacam tikilən körpülərə. Hərdən qorxacam, bəlkə uçurdar külək onları, bizim sevgi qalamızı uçurdan kimi deyə….

Dolaşacam, yağışda islanan, soyuqda üşüyən, mənsiz birini tapmaq istəyəcəm. Hansı küçə ilə gedəcəyimə qərar vermək çətin olacaq, vallah! Hansı qapını döyüm bilməyəcəm, səni harada tapacağımı bilmirəm! Ətraflı…

Kateqoriyalar: Düşüncə

“İTV” və reallıq

“İctimai televiziya” söz birləşməsi çox gözəl səslənir. Bu günkü Azərbaycan reallığında lap adamın gözlərini yaşardır.

     “İctimaiTV” dedikdə heç bir siyasi partiyanın təsiri altında olmayan, cəmiyyətin ictimai marağını güdən, səviyyəsiz şoulardan uzaq televiziya kanalı nəzərdə tutulur. Yəni daha açıq desəm bu kanalı izləyənlər qısa müddətə də olsa kommersiya xəbərlərindən və siyasi hakimiyyətdən uzaq olmalıdırlar. Amerikada ictimai televiziya qarşısında yüksək reytinq qazanmaq vəzifəsi qoyulmur. Böyük Britaniyada isə ictimai televiziyanın səlahiyyətlərini Bi-Bi-Si daşıyır. Bəs Azərbaycanda ictimai yayım növü mövcuddurmu? Ətraflı…

Kateqoriyalar: Xəbər