Arxiv
Emini ve Adnanı nokauta salan hakimiyyət
Həşəmətli Yap hakimiyyəti növbəti repressiv addımını əzələ nümayiş etdirərək atdı və Azərbaycan gəncliyinin yerinin məhbəs olduğunu sübuta yetirdi. Emin Milli və Adnan Hacızadə qəsdən və qərəzli şəkildə həbs olundular. Əcəba niyə bu iki gənc? Sualımızıın cavabıda onların həbsi qədər çox sadədir. 30 apreldə Dövlət Neft Akademiyasındakı qırğında ölən insanların ruhuna hörmət əlaməti olaraq hakimiyyətin boş və mənasız Gül bayramına etiraz edən gənclərə rəhbərlik edən də məhz Emin və Adnangil idilər. Cavab atəşi gec də olsa gəldi. Həmişəki kimi pusquda dayanan hərbi xunta rejimi iyrənc metodları ilə bu iki gənc fəalı həbs etdi. Ən maraqlı açıqlama isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis-polkovniki Sadiq Gözəlovdan gəldi:” İyulun 8-də saat 19.30 radələrində “Livan” restoran-barında Emin Abdullayev, Adnan Hacızadə və onların ətrafında olan beş-altı nəfər yeyib-içirmişlər. Ətraflı…
Türkiyəsiz Yaparteid
Son günlərin ən aktual məsələsi heç şübhəsiz Amerika Birləşmiş Ştatlarının ilk qaradərili və yeni seçilmiş prezidenti Barak Obamanın aprelin 6-da Türkiyəyə səfəri və bu səfərin fonunda Türkiyaə-Ermənistan sərhədlərinin açılması məsələsidir.Ermənistanla müharibə şəraitində olan və Türkiyəni özünə böyük qardaş hesab edən məmləkətimiz Azərbaycanın müxtəlif dairələrində də bu böyük səfər çox müxtəlif prizmalardan böyük narahatçılıqla izah edilir. Ətraflı…
KENNEDİ SUİ QƏSDİ
O suikast yapılmasaydı, 22 Kasım 1963 günü, Dallas halkı için A.B.D. Başkanı Kennedy’nin şehri ziyaret ettiği tarih olarak bir süre hatırlanacak, sonunda unutulup gidecekti. Ama öyle olmadı. Sonucu bugün bile tartışılan suikast nedeniyle, 22 Kasım 1963 günü, Dallas şehri ve Kennedy adiyle birlikte tarihe geçti.
O gün Başkan Kennedy, beş ay önce tasarlanan bir gezi için, yanında kurulla birlikte Teksas’ın Dallas şehrine gelmişti. Gezinin amacı, 1960 seçimlerinde karşı parti olan Cumhuriyetçilere oy veren bu şehirde, havayı Demokrat Parti lehine değiştirmekti. Ətraflı…
EYNULLANIN SON SÖZÜ
Mən ilk növbədə vəkillərim İsaxan Aşurova və Aydın Nəzərliyə ehtiramımı bildirmək istəyirəm. Çünki İsaxan Aşurov bu müddət ərzində mənə yaxınlarımı, doğmalarımı əvəz edib. O, böyük vəkildir və böyük insandır. O, mənim qəlbimdə çox yaşayacaq. Aleksandr Umnyaşkinin sözü var: «İsaxan Aşurov bizim keşişimizdir». Bütün jurnalistlərə, qardaşlara, bacılara təşəkkür edirəm. «Gündəlik Azərbaycan»a, «Realnıy Azerbaydjan»a. Valideynlərimdən üzr istəyirəm. Onlara əzab verdim. Elmar Hüseynov deyirdi ki, jurnalist olmaq üçün yetim olmaq lazımdır. Ətraflı…
NEFT SƏLTƏNƏTİNDƏ DİLƏNÇİLİK
,,AZƏRBAYCAN : XƏZƏRIN ŞƏRQ SAHILINDƏ YERLƏŞƏN ƏMIRLIK,,
,,LE MONDE,,QƏZETI
Neft adlanan təbii sərvət bir çox ölkələri xoşbəxt, bir çoxlarını isə bədbəxt vəziyyətə salıb. Reallıqlar bunu tam şəkildə diqtə edir. Konkret götürsək bir çox ekspertlərə görə, neft ölkələri iki fərqli qrupa bölünür: Xalqın olan nefti xalqın arasında ədalətli şəkildə paylayan ölkələr, Məs: BƏƏ, SƏUDİYYƏ ƏRƏBISTANI, KÜVEYT, QATAR və s., digərləri isə xalqın olan nefti hakimiyyət təmsilçiləri arasında bölən, yəni neftdən öz diktaturalarını möhkəmlətmək üçün istifadə edən ölkələr, Məs: Səddamın Iraqı, Qəddafinin Liviyası, Nigeriya və BIZIM AZƏRBAYCAN. Bəli, təəcüblənməyə dəyməz. Bu məsələ barədə bir qədər sonra. Ancaq bu iki qrup neft ölkələri ikisi də çox geridə qalmış hesab olunmalıdırlar. Deyə bilərsiniz ki, niyə BƏƏ-də əhali neftin hesabına yağ-bal içində yaşayır. Lakin yaşamasalar ondan yaxşıdılar. Ətraflı…
Elmarsız 4 il
“Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlinin üstündən nə az, nə çox düz 4 il ötür.Lakin təssüflər olsun ki, hazırki iqtidar onun qatillərinin istintaqa cəlb etmir və demək olarki belə bir niyyətidə yoxdur.2-ci Fəxri Xiyabanda Elmarın məzarı onun yaxın qələmdaşları, ictimai xadimlər və yaxınları tərəfindən ziyarət edildi.
ŞƏRHLƏR