Arxiv

Müəllif Arxivi

Хулио Кортасар (Julio Cortazar) Игра в классики

İyul 22, 2010 1 şərh
Kateqoriyalar: Kitab

Women CHARLES BOKOWSKI

İyun 11, 2010 1 şərh
Kateqoriyalar: Xəbər

ABŞ-ın Global Integrity anti-korrupsiya təşkilatı Azərbaycan üzrə 2009-cu il hesabatını açıqladı

Fevral 25, 2010 Bir şərh yazın

Hesabat Azərbaycanı 100 ballıq şkala üzrə 64 balla- korrupsiya ilə mübarizə, şəffaflıq və idarəetmə sahəsində “zəif” qiymətləndirdi

Fevralın 23-də Amerika Birləşmiş Ştatlarının “Global İntegrity” təşkilatı 36 ölkə, o cümlədən Azərbaycanda anti-korrupsiya və yaxşı idarəçilik üzrə 2009-cu il hesabatını yaydı. Hesabat altı kateqoriya üzrə- vətəndaş cəmiyyəti, ictimai məlumat və media, seçkilər, hakimiyyətin hesabatlılığı, dövlət qulluğu, nəzarət və nizamlama, anti-korrupsiya və hüququn aliliyi sahələrini əhatə edən 300-dən çox sualı cavablandırır. Təşkilatın rəyinə görə, Azərbaycan 100 ballıq şkala üzrə 64 balla yekunda “zəif” qiymətinə layiq görülüb. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər:

1.Cəld və Ehtiyatlı- Göz qırpımı. Düşünmədən düşünməyin gücü

Fevral 18, 2010 1 şərh

1.Cəld və Ehtiyatlı

Təsəvvür edin ki, sizdən sadə qumar oyunu oynamağınızı istəyirəm. Qabağınızda dörd dəst kart var- onlardan ikisi qırmızı və digər ikisi göy. Dörd dəstdə olan hər bir kart sənə müəyyən məbləğ qazandırır və ya məbləğ alır və sənin işin bu dəstlərin hər hansı birindən kartları açmaqdır. Amma elə etməlisən ki, bu sənin qazancını artırsın. Sən əvvəl bunu bilmirsən amma qırmızı dəstdəki kartlar minasahısidir. Qazanc yuksəkdir, amma uduzanda çox uduzursan. Düzü siz yalnız

mavi dəstədəki kartlardan çəkərək qazana bilərsiniz. Beləliklə sabit olaraq $50 və xırda cəzalar əldə edirsiniz. Sual ondan ibarətdir ki, nə qədər vaxt sonra bunu anlamaq olar ?

Iowa Universitetindən bir grup alim bir neçə il əvvəl təcrübə aparıblar, və onlar tapıblar ki, əlli kart götürdükdən sonra biz nə baş verdiyi haqqda güman yaranır. Biz bilmirik nəyə görə göy kartları seçirik, amma nədənsə göy kartların mərc gəlmək üçün daha şanslı olduğuna əminik. Səksən kartdan sonra çoxumuz oyunu anlayır və ilk iki dəstənin niyə piss fikir olduğunu izah edə bilirik. Bu doğrudur. Bizim təcrüblərimiz var. Biz onlardan istifadə edib düşünürük. Biz teoriya yaradırıq. Bundan sonra ikinin üzərinə iki gəlirik. Bu öyrənmənin işləmə yoludur. Amma Iowa Ətraflı…

Kateqoriyalar: Kitab Etiketlər: , ,

Göz qırpımı. Düşünmədən düşünməyin gücü. -Giriş

Fevral 17, 2010 Bir şərh yazın

MALCOLM GLADWELL

Valideynlərim,

Joyce və Graham Gladwellə həsr edirəm

Giriş

Düzgün Görünməyən Heykəl

Gianfranco Becchina adlı bir incəsənət diler 1983-cü ilin senytabrında Kaliforniyadakı J. Paul Getty Muzeyinə yanaşdı. O altıncı əsrə aid mərmər heykəli olduğunu dedi. Bu heykəl kouro kimi tanınırdı—sol ayağı qabağa və əlləri yana olan çılpaq cavan oğlan heykəli idi. Dünyada yalnız iki yüz ədəd kouro var. Bunların əksəriyyət pis zədələnmiş hissələrdən və ya qəbir və arxeoloji qazıntılar zamanı tapıntılardan bərpa olunub. Amma bu demək olar ki, mükəmməl saxlanmışdı. Hündürlüyü iki metrə yaxın olardı. Bu heykəli digər əntiq işlərdən açıq rəngli parıltı fərqləndirirdi. Bu fövqəladə tapıntı idi. Becchina istədiyi qiymət $10 milyondan aşağı idi. Ətraflı…

Kateqoriyalar: Kitab Etiketlər: , , ,

Aradüzəldənin evində kirayənişin

Yanvar 19, 2010 4 şərh

Tiflisə gələn günü ev axtarmalı oldum. Bu işdə mənə gürcü tanışım Dato kömək eləyirdi. Onunla sülh quruculuğu ilə bağlı tədbirdə tanış olmuşduq. Əli adlı tanışım da bizimlə idi. Dato qabaqcadan  bir neçə ev tapmışdı. Həmin evlərə baxmağa gedəndə məlum oldu ki, artıq başqaları yerləşib. Dato deyir, Tiflisdə həmişə belədir. Kirayəçi tez tapılır.

Məcbur olduq “Suxoy most” deyilən yerə gedək. Evlər bahalaşmışdı. Münasib qiymətə tapa bilmirdik. Hava isə çox soyuq idi. Artıq hansı qiymətə olsa  razılaşacaqdım ki, bir nəfər yaxınlıqda 250 ABŞ dollarına  2 otaqlı “dubleks” ev olduğunu dedi. Baxmaq istədik. İtalyan məhləsinə bənzər bir məhləyə girəndə Azər buranı tanıdığını dedi. Evə girdik, iki mərtəbəli yaxşı təmirli, ev əşyaları da  içində rahat yer idi. Çox keçmədən qapı açıldı. Evə 160 sm boyunda, keçəl başlı, gözü eynəkli, dolu bir kişi daxil oldu. Ev sahibi idi. Adı da Eliko. Evi tərifləməyə başladı. 4 otaqlı bir evi də olduğunu dedi. Cəmi 300 ABŞ dollarına. O evə də baxdıq. 4 otaqlı da sərf eləyirdi. Qonşularının, özünün və ailəsinin ədəbli, mərifətli insan olmalarından danışdı. Ev sahibi bu evi də qarış-qarış gəzib tərifləməyə başladı. Həyətə çıxdıq. Qazın və işığın ayrı olduğunu göstərdi. Bu vaxt həyətdəki evlərdən birindən arıq, əsmər bir qız çıxdı. Əli onu görən kimi üzünü çevirib əlimdən tutdu. Nəsə demək istəyirdi. Qız evə qayıdanda mənə yavaşdan dedi ki, hə düzdü mən burda olmuşam özü də bu qıznan. Önəm vermədim. Həm də tez razılaşıb yerləşmək istəyirdim. Bir tərəfdən yorğunluq, digər tərəfdən soyuq əldən salmışdı məni. 4 otaqlı evi kirayəyə götürdüm. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , , ,

Vağzal. Bakı-Tiflis qatarı

Yanvar 14, 2010 3 şərh

Gürcüstana getməliydim. Yanvarın 7-si  yollandım vağzala, bilet dalınca.  Həmişəki kimi olmasa da, yenə kassaların qarşısında sıra var idi. Mən də sıraya düzüldüm.

40-43 yaşalarında bir kişi Ucara 3 bilet alırdı. Qiymətinini soruşdu. Kassir qadın 36 manat dedi. Kişi qısqanclıqla pulqabısını açıb içindən 40 manat çıxardıb kassanın nəfəsliyindən qadına uzatdı. Qadın pulun artıq olduğunu hiss etsə də,  saymağa başladı. Sonra isə yalançı təəccüblə  kişiyə baxıb, “Axı mən 36 manat dedim”. Kişi qururlar cavabın, “Çaypuludur”. Kassir qadın gülümsəyərək, göz süzdürdü. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , ,

Reket jurnalistləri düşünməkdənsə Peşəkar jurnalistləri düşünək

Dekabr 30, 2009 Bir şərh yazın

Tural Qurbanov

Əvəz Zeynalov

Azərbaijan Media Mərkəzində debat clubunun növbəti debatında iştirak etdim. Dekabrın 25-i baş tutan  debatda BDU-nun jurnalistika fakültəsinin tələbələri Diffamasiya haqqında qanunu müzakirə edirdi.  Tural Qurbanov yeni qanun layihəsinin qəbul olunmasını istəmir və bu qanunun   ziyan gətirəcəyini sübut eləməyə çalışdı.  Əks  tərəfdə  isə Əvəz Zeynalov  Diffamasiya haqqında qanunun  Azerbaijan mediası üçün vacib olduğuna  inandırmağa çalışırdı. Ətraflı…

Kateqoriyalar: Xəbər

Azərbaycan axtarırıq

Dekabr 14, 2009 4 şərh

Google axtarış sisteminin statistikasına gözüm sataşdı. Bizdə ən çox axtarılan sözlərin sırasında 4-cü yedə Azerbaycan sözüdür. Azərbaycanlılar Azərbaycan axtarır  ! maraqlıdır.  Başqa ölkələrə də baxdım. Fransa, Almaniya, ABŞ, İsvecrə və sairə damokratik saydığımız ölkədə statistikada  öz ölkələrinin adını görmədim. Amma bizim kimi, Ermənilər, Gürcülər, Hindlilər də bizim kimi öz ölkələrini axtarmaqla məşğuldur. Görəsən bunun səbəbi nədir ?  Fikrinizi bilmək istərdim…

Kateqoriyalar: Düşüncə

Qərib Azərə cavab

Noyabr 13, 2009 3 şərh

Disput.az saytında Azərbaycanın ən yeyib içən, ən çox səyahət edən kişisi Qərib Azər  Adnan  və Emin haqqda fikirlərini bildirib. Eşşək videosunu təhlil edib. Videoda  xalqın təhqir  oldunduğunu, onun eşşək adlandırıldığını deyir. Burada  blogerləri müxalif mövqedən və ya tənqidi yazılar yazan jurnalistlərlə müqayisə edir. Belə bir  nəticəyə gəlir ki, Emin və Adnan onlar qədər təhlükəli deyil.  Daha sonra Emininin işləməməsini, çoxlu xarici uçuşlar etməsini, qrantlar alması ilə nəyəsə işarə edir. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,