Arxiv

Archive for İ

Aprel ayında təkrar avtomobil bazarında aktivlik qeydə alınıb

27.05.2009. Aprel ayında təkrar avtomobil bazarında aktivlik qeydə alınıb. Bu barədə AJAŞ Xəbər-ə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən (ƏBİ İB) məlumat veriilb. Məlumatda bildirilir ki, cari ilin mart ayında avtomobil bazarında aparılan islahatların yekunlaşması, təkrar bazarın bir mərkəzdə cəmləşməsi bazarın bu seqmentində dinamikaya ciddi təsir göstərib. Ekspertlər bazarın bu seqmenti üzrə qeydə alınan aktivliyi əsasən mövsümi amillərlə bağlayırlar. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

“22 milyon manat xərclənsə də bir nəfər də ipoteka krediti almayıb”

May 26, 2009 5 şərh

Vüqar Bayramov: “Hökümət, o cümlədən MB problemli proqramların həyata keçirilməsində maraqlı deyil”

26.05.2009. “22 milyon manatın xərclənməsinə baxmayaraq, bir nəfər də olsun ipoteka krediti almayıb və dövlət ipoteka fondu (İF) bunu məhz yerində maliyyələşdirməyə yönəldilməsi ilə izah edib. 2008-ci ildə ipoteka kreditləri üçün ayrılan 34 milyon vəsaitin 22 milyon manatının, yəni 65 faizinin xərclənməsi, amma hec bir nəfərin də ipoteka krediti götürməməsi kifayət qədər şübhəli və təəccüblüdür”. Bu barədə İqtisadi Araşdırmalar Mərkəzinin sədri Vüqar Bayramov AJAŞ Xəbərin əməkdaşı ilə söhbətində bildirib. Ətraflı…

Kateqoriyalar: Xəbər

Torpaq bazarında aktivlik azalır

May 26, 2009 1 şərh

Binə Ticarət Mərkəzi”nin fəaliyyətə başlaması Qaradag rayonunda əmlakın qiymətini artırıb

26.05.2009. Əmlak Bazarı İçtirakçıları” İB Bakı şəhəri ərazisində torpaq bazarı üzrə son statistik rəqəmləri açıqlayıb (AJAŞ Xəbər). Aprel ayı üçün təqdim edilən statistikada bazara təklif olunan 810.7 ha torpaq sahəsinin 76.9%-nin boş sahə, qalanının isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələrinin təşkil etdiyi məlum olub.

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası aprel ayında bir qədər də zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib. Bazarın digər seqmentlərində olduğu kimi, torpaq bazarında da formalaşan passiv tendensiya əsasən iqtisadi böhranın təsiri ilə bağlı olub.

Ötən aylarda olduğu kimi, aprel ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3,2% azalaraq, 21630 $/sot səviyyəsindən 20743 $/sot səviyyəsinə enib.

Qiymətlərin hələ də real dəyərindən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb.

Ən çox qiymət azalması isə Səbail (-5,4%) rayonunda qeydə alınıb. Son dörd ayda ilk dəfə olaraq, nisbi də olsa, Qaradağ rayonunda qiymət artımı (0,7%) olub. Araşdırmalar göstərir ki, Qaradag rayonunda “Binə Ticarət Mərkəzi”nin fəaliyyətə başlaması bu rayonda əmlakın qiymətinə təsirsiz ötüşməyib.

Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Suraxanı və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.

Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (Atatürk prospekti) rayonunda (330000 min $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (350 $/sot) qeydə alınıb.

Əvəz Qurbanlı

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

Stəkanın yarısı doludur yoxsa boş ?

May 24, 2009 4 şərh

Səkannın yarısı doludur  yoxsa  boş ? Bu misalı yəgi ki əksəriyyətiniz bilirsiniz.  Stəkanın yarısının boş olduğunu duşunənləri bədbin, dolu olduğunu söyləyənləri isə nikbin adlandırırlar.

Bu misalda müəyyən mənada həqiqət  var. Amma hər cür  şərait üçün  misallar  doğru ola bilməz. Duyarlı vətandaş  nə cür  düşünməlidir. Stəkanın boş yoxs adolu hissəsini görməlidir? Ətraflı…

Kateqoriyalar: Düşüncə Etiketlər: , ,

İqtisadi Təşəbbüslərə Yardım İB keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

Mother_child_720zər Mehdiyev: “Azərbaycan uşaq ölümünə görə zaman-zaman ən pis göstəricilərə malik olub”

AJAŞ Xəbər/19.05.2009/. Bu gün Media Mərkəzində İqtisadi Təşəbbüslərə Yardım (İTYB)İctimai Birliyi “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın icrası vəziyyətinə dair apardıqları monitorinqin nəticələrini açıqlayıb (AJAŞ Xəbər). Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

“Ölkə qanunvericiliyində GMO məhsullarına qadağa qoyulmayıb”

May 18, 2009 2 şərh

Eyyub Hüseynov: “Azərbaycan əhalisi geni dəyişdirilmiş ərzaq mallarını geniş şəkildə istehlak edir”

AJAŞ Xəbər/18.05.2009/. “Azərbaycanda kifayət qədər genetik modifikasiya olunmuş (GMO) orqanizmlərdən ibarət olan ərzaq malları nəinki satılır, hətta əkinçiliyə tətbiq olunur”. Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AJAŞ Xəbər-in müxbirilə söhbətində bildirib. E.Hüseynovun sözlərinə görə, AİB-in apardığı tədqiqatlar zamanı Azərbaycanda satılan kartofların, günəbaxanların, pomidorların, qarpızların demək olar ki, böyük bir hissəsinin GMO məhsulları olduğu aşkarlanıb. AİB sədri həmçinin quş yemlərinin də tədqiqatını apardıqlarını vurğulayıb: “Quş yemlərinin tərkibində soya jımıxı olduğu müəyyən edilib. Hansı ki dünyada soyaların 98%-inin geni dəyişdirilib. Bu o deməkdir ki, Azərbaycan istehlakçıları GMO ilə qidalanan quş əti istehlak edir”. Eyyun Hüseynov Azərbaycanda biomüxtəlifliyin qorunmasında ciddi problemlər olduğu barədə də xəbərdarlıq edib: “GMO əkinçilik təbiətin digər komponentlərini sıxışdırmaqdadır. Məsələn, GMO kartof əkinçiliyi kartofun digər aborigen növlərini aradan çıxarır”.
E. Hüseynov təəssüflə bildirib ki, ölkəmizdə GMO məhsullarını müəyyən etmək üçün nə laboratoriya, nə də mütəxəssis var: “Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində buna qadağa qoyulmayıb. Halbuki Azərbaycan 2005-ci ildə “Biotəhlükəsizliyə dair Karfagen protokolunu ratifikasiya edib. AİB 13 iyun 2008-ci ildə Ekoloji Kənd Təsərrüfatı haqqında qanun qəbul edilərkən GMO malların satışına qadağa qoyulması üçün ciddi mübarizə apardı. Lakin müəyyən səbələrdən Azərbaycanda GMO-nun satışına yaşıl işıq yandırıldı. Zənnimizcə, burada beynəlxalq təşkilatların təsiri oldu”. AİB sədri, rəhbəri olduğu təşkilatın bir neçə gün öncə dövlət orqanlarına və qeyri dövlət qurumlarına, o cümlədən Nazirlər Kabinetinə, Akologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadi İnkişaf Naziriliyinə, Səhiyyə Nazirliyinə, Gömrük Komitəsinə və digər orqanlara mövzu ilə bağlı rəsmi məktublar göndərdiyini bildirib: “Məktubda Azərbaycanın Karfagen protokolunu ratifikasiya etdikdən sonra üzərinə götürdüyü öhdəliklər sayəsində hansı işlər görməli olduğu haqda məlumatlar yer alıb. Bu tədbirlər sırasına GMO-nu tədqiq edən laboratoriyanın yaradılması da daxildir”.

Əvəz Qurbanlı,

AJAŞ Xəbər

Kateqoriyalar: Xəbər

DİN Baş İctimai Təhlükəsiz İdarəsi Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin müraciəti əsasında azyaşlı uşaqların dilənçiliyə cəlb edilməsinə qarşı tədirlər həyata keçirir

May 13, 2009 1 şərh

Son zamanlar Bakı küçələrində kütləvi şəkildə vüsət almış azyaşlı uşaqların və özünü şikəstliyə vurmuş dilənçiliklə məşğul olan şəxslərin sərbəst fəaliyyət göstərməsi narahatlıq doğurur. Rahat yolla, heç bir əziyyət çəkmədən küçələrdə və marşrutlarda  dilənənlərin sayı artır və onlara heç bir nəzarət həyata keçirilmir. Xüsusən əsas “fəaliyyət” yerləri Azərbaycan Dövlət Dram Teatrının və Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında olan  bu dilənçilər marşurtlara daxil olaraq  pul dilənməklə yanaşı ogurluğa da əl atırlar. Birbaşa ictimai təhlükəsizliyə mane olan və xoşagəlməz situasiyadan narahat olan “Demokratik Təsisatlar və İnsan Hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubova müraciət edib. Nazirin göstərişi əsasında  DİN Baş İctimai Təhlükəsizlik İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi reydlər həyata  keçirir. Bizə verilən rəsmi məlumata görə  hal-hazırda bu əməliyyat nəticəsində 157 nəfər aşkar olunub inzibati məsuliyyətə cəlb olunmuşdur. Nazirlikdən verilən məlumata görə hal hazırda bu kimi tədbirlər davam etdirilir. 

Kateqoriyalar: Xəbər Etiketlər: ,

Həbslər davam edir

May 10, 2009 2 şərh

Azadlıq radiosunun verdiyi məlumata görə Gül bayramına etiraz edənlərin polis tərəfindən həbsləri davam edir:

Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində 50-dən çox gənc var. Gənclər Sahil bağında «Gül bayramı»na etiraz edirmişlər. Bu haqda «Azadlıq» radiosuna Müsavat Partiyasının Gənclər Təşkilatından Cavid Hacıybəyil məlumat verib. Hacıbəyli deyib ki, onlar «Terrora yox!», «Matəm elan olunsun!» və «Gül bayramı»na yox!» şüarları səsləndiriblər.

Etiraz edənlər arasında Dövlət Neft Akademiyasının tələbələri və başqa siyasi təşkilatların üzvləri də olub.

C.Hacıbəyli hazırda bölmənin həyətində olduqlarını və gənclərin bir-bir izahatlarının alındığını bildirib.

C.Hacıbəylinin sözlərinə görə, Müsavat üzvü Aygün Quliyeva başından xəsarət alıb.

Emin Milli, Rəşad Shirinov, Əli  Novruzov, eləcə də  ABŞ   Milli Demokratiya İnstitutunun nümayəndəsi Aryen de Volf və Liberal Gənclərin Beynəlxalq Federasiyasını  Baş Katibi Bart Woord və  30-dan çox gənc Musiqi Akademiyasının qarşısında etirazlarını bildirmək və ya Gül bayramını müşahidə etmək üçün toplaşmışdılar. Etirazçılar heç bir şüar səsləndirmir, qışqırmır və ya fit çalmırdılar. Əllərində qərənfil, qara lentlər bağlayıb parka baxır, öz aralarında söhbət edirdilər.

Saat təxminən 13:30 olduqda gənclər əllərindəki gülləri ADNA -nın qarşısına qoyub dağılışmaq istəyirdilər. Onlar  universitet tərəfə hərəkət edərkən, Mərkəzi Bankın yaxınlığında mülki geyimli şəxs onları dayandırıb gözləmələrini tələb etdi. Gənclər sakitçiliklə gözlədilər. Tezliklə polis maşınları gəlib  onları maşına mindirməyə başladılar.

Onların arasında Emin Milli, Rəşad Şirinov, Əli  Novruzov, Nigar Fətəli, Aryen de Volf və 15-dən  çox digər gənc də var  idi. Onlar 22-ci polis bolməsinə aparılıb və onlardan izahat alınır. İzahat yazıldıqdan sonra buraxılacaqları gözlənilir.

AXCP gənclər təşkilatının rəhbəri Əbülfəz Qurbanlı və bir neçə gənc zor gücü ilə maşına mindirilərək naməlum istiqamətdə aparılıb

May 8, 2009 11 şərh

Tədbir

Bu gün saat 18:00 da ADP nin ofisində bir sıra gənclər təşkilatı  forum keçirib. Forumda AXCP gənclər təşkilatı, Musavat Gənclər təşkilatı, Dalğa Gənclər Təşkilatı, Ol Gənclər Hərəkatı və sa gənclər təşkilatı iştirak edirdi. Forumda Moderatorlu edən Emin Milli bildirdi ki,  tədbirin məqsədinin gəncləri aksiya keçirməyə səsləmək deyil, aksiya keçirtmək, öz etirazı bildirmək istəyən gənclərə dinc, sivil qaydaya aksiya keçirməyə səsləməkdir. Son vaxtlar  internetdəki müxtəlif saytlarda 10 may gül bayramına etiraz etməklə bağlı yazıların artdığı üçün onlar  belə bir tədbir keçirmək fikrinə düşüblər.

Tədbirdə iştirak edən hər  bir  təşkilat nümayəndəsi də öz çıxışında  sivil qaydada aksiya keçirmək istədiklərini bildirdilər.

Tədbirdən sonra

Tədbir  qurtardıqdan sonra mən DALĞA-dan bir neçə uşaq AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, onunla birlikdə tanımadığım bir neçə gənc “28 may metrostansiyasına tərəf gedirdik. Mən və mənimlə birgə təzə tanıdığım gənc jurnalistlər söhbət edərək digərlərində xeyli arxada gedirdik. Birdən qara rəngli  iki sedan və bir iri cip formalı maşının qabaqda gedənlərin yanında saxlayaraq onları maşına basdığını gördük . Onlardan bəzisi geri qayıdaraq qacdılar.  Geridə qalanları maşına basıb tərpəndilər.  Hadisəni yaxından görən gənclərdən öyrəndim ki, AXCP gənclər təşkilatının rəhbəri Əbülfəz Qurbanlını və daha 4 nəfər maşına mindirilərək aparılıb. Maşınlardan birinin nömrəsi 10jf884 olub.

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

Şuşasız, Laçınsız 17 il!!!

May 8, 2009 2 şərh

1992-ci ilin qara, ağrılarla bol olan may ayından 17 il keçir. Niyə də ağır olmasın axı? Bəyəm Şuşanı, Laçını bu ayda itirməmişik? İtirmişik – mayın 8-də Şuşamızı, 17-də isə Laçınımızı itirdik.
Şuşanın əsası XVIII əsrin 40-cı illərində Pənahəli xan tərəfindən qoyulub. Amma Pənahəli xan hardan biləydi ki, əziyyətlə qurub-yaratdığı Şuşa bir zamanlar düşmən əlinə keçəcək. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , , , ,