Arxiv

Archive for İ

Tənqidçi tələbə universitetə bərpa olundu.

Sentyabr 10, 2009 1 şərh

mri“Cənub xəbərləri” qəzetinin Lənkəran Dövlət Universitetindən (LDU) qovulmuş əməkdaşı Pərviz Əzimov ali təhsil müəsisəsinin tələbələri sırasına bərpa olunmalıdır. Pərviz Əzimovun Lənkəran Dövlət Universitetinin tələbələri sırasından xaric olunması barədə universitet rektorunun əmrindən verilmiş iddiaya baxan Lənkəran şəhər Məhkəməsi bu gün (10 sentyabr) belə qərar verib. Məhkəmə qərarına görə, universitet rektorunun 5 mart 2009-cu il tarixli əmri qanunsuz hesab edilməli, “Cənub xəbərləri” qəzetinin əməkdaşı LDU-ya bərpa olunmalıdır. Lənkəran Dövlət Univer¬si¬te¬ti¬nin Tə¬biyyat fakültəsinin IV kurs tələbəsi P.Əzimov martın 5-də uni¬¬ver¬sitetdaxili nizam-intizam qaydalarını pozması əsas göstərilərək LDU-dan qo¬vul¬muş, əmrlə razılaşmayan P.Əzimov məhkəməyə müraciət etmişdi. Jurnalist-tə¬lə¬bə¬nin hüquqlarını məhkə¬mə¬də Media Hüququ İnstitutu müdafiə edib. Jurnalistin müdafiəçiləri məhkəməyə təqdim olunan iddia ərizəsində LDU rektorunun əmrinin qa-nunsuz olduğunu bildiriblər. Ətraflı…

Kateqoriyalar: Xəbər

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqvim. I hissə

Sentyabr 8, 2009 2 şərh

1988- ci il

10 -12 fevral– Xandəndində izdihamlı mitinq keçirilir…

13 fevral– Rayon ərazisinə DQMV- nin Xocavənd rayonunun kəndlərindən onlarla azərbaycanlı köçkün ailələr gəlir…

19 fevral- Bakıda Dağlıq Qarabağ məsələsi ilə balğı ilk etiraz mitinqi keçirilir…

22 fevral- Qarabağ müharibəsində ilk qan tökülür. Əli Hacıyev və Bəxtiyar Quliyev Əsgəranda ermənilər tərəfindən qətlə yetirilir…

27- 28 fevral- Sumqayıt təxribatı törədilir, 32 nəfər həlak olur…

23 mart- SSRİ Ali Soveti Dağlıq Qarabağın Ermənistana verilməsinin qeyri- mümkünlüyü barədə qərar çıxarır…

17 iyun- Azərbaycan SSRİ Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR tərbinə verilməsinin qəbuledilməzliyi haqqında” qərar çıxarılır…

18 iyul- SSRİ Ali Sovetinin ssesiyasında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir…

Sentyabr- DQMV ilə həmsərhəd rayonların, o cümlədən, Füzuli rayonunun əhalisindən soyuq silahlar müsadirə olunur…

18 sentyabr- Azərbaycanlıların silah gücünə Xankəndindən çıxarılmasına başlanılır… Ətraflı…

Kateqoriyalar: Sosial

Türkiyə sərhədləri açacaq?

Sentyabr 6, 2009 8 şərh

 

HadiseSami YusufBir zamanlar bir xəbər hamımızı sarsıtmışdı – Türkiyə Ermənistanla sərhədi açacaq. Bir müddət bu xəbər gündəmdə olsa da, Azərbaycan tərəfinin sərt reaksiyası Türkiyəni bir az ayıltdı. Axırda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan çıxış etti ki, yox Ermənistan Qarabağı Azərbaycana qaytarmasa sərhədlərin açılması haqqında söhbət belə gedə bilməz. Hə, düşündük ki, qardaş, dost ölkə həqiqətən dostluğunu göstərdi. Amma deyəsən Türkiyə hökuməti verdiyi sözü gündən-günə unutmağa başladı. Bizi məyus edən bu xəbər yenə gündəmə gəldi və hətta daha da ağır şəkildə protokol belə imzalandı. Yəni doğurdanmı Türkiyə Azərbaycanı unudub Ermənistanla sərhədi açacaq? Tək bir o qalıb ki, Türkiyənin milli məclisi protokolu qəbul etsin. Bəs qəbul olunsa onda necə? Hər halda həm də məlumat verilir ki, bu bir siyasi oyundur və Türkiyə sərhədləri açmayacaq. Buna inanıb, inanmayacağımızı bilmək mümkün deyil, bunu zaman göstərəcək. Ətraflı…

“Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması hökumətə qazanc gətirər“

Sentyabr 2, 2009 2 şərh

mriMedia Hüququ İnstitutu Emin Millinin və Adnan Hacızadənin saxta ittihamlarla məhkəməyə ve¬ril-məsini və hələ də həbsdə saxlanmasını Azərbaycanda ifadə azadlığının boğulmasına yönəlik ən ağır basqılardan biri sayır. Ölkədə çoxlarına bəlli olan bir hadisə ətrafında satirik məzmunlu, ki¬nayəli videoklipin müəllifləri olan bu gəncləri açıq-aşkar qurama ittiham əsasında ağır cinayət cə¬zaları gözləyir. Ətraflı…

Kateqoriyalar: Xəbər