Əsas səhifə > Siyasi > HAKİMİYYƏT SEVDASI

HAKİMİYYƏT SEVDASI

  Yazı illərdir hakimiyyətə gəlmək eşqiylə alışıb-yanan müxalifətçi “bəylərə” ithaf olunur.

  Yaşadığımız cəmiyyət başdan-başa eybəcərliklərlə doludur desəm heç də yanlış etmərəm. Çox təəssüflər olsun ki, bu eybəcərliklər gözəlləşmir, əksinə günbəgün daha da ifrat bir hala varır. Azərbaycan adlı məmləkətin də ən böyük eybəcərləri hazırki iqtidar və onun müxalifətidir. Yap iqtidarından danışmasam yaxşı olar. Onsuzda ondan hamı danışır. Düşdüyümüz bu çətin situasiyanın, yaşadığımız əzablı günlərin hamısının günahı indiki müxalifətdədir. Qüdrətli DTK generalı olan H. Əliyevi Bakıya bu üzdəniraq cəbhəçi bəylər dəvət etmədilərmi? Azərbaycanda diktaturanın qurulmasında əvəzsiz rol oynadılar. Xalqımıza qurtuluş adlı bayramın sırınmasında müstəsna xidmətlər göstərdilər. Vətən torpağının işğal olunmasına sakitcə tamaşa etdilər. Hətta İsa Qəmbər özüdə etiraf etdi ki, qarşımızda iki yol var idi: Ya Qarabağ, ya hakimiyyət.

   Məsələ aydındır. Cəbhəçi bəylər Qarabağı kresloya qurban verdilər. Adicə Surət Hüseynov kimisinin qiyamı qarşısında əllərini göyə qaldırıb, ağ bayraq yellədilər. İndi isə hamısı vətənpərvər olub düşüb xarici ölkə səfirliklərinin dəhlizlərində demokratiya haqda nəğmələr oxuyurlar. Təsəvvür edirsinizmi Qarabağda şiddətli döyüşlər getdiyi bir vaxtda hakimiyyət uğrunda ağlasığmaz dərəcədə mübarizə aparırdılar. Bunlar hətta Ayaz Mütəllibovu devirmək üçün Xocalı faciəsindən də məharətlə yararlandılar. Ayaz Niyazoviçdən söz düşmüşkən Rusiyada mətbuata açıqlama verən müstəqil Azərbaycanın ilk prezidenti hazırki müxalifətin hakimiyyətə gəlməsini absurd hesab edir. Yəni onlar birdəfəlik şanslarını itirib. İndi onları hakimiyyətə gətirmək əsl biabırçılıq olardı. Vəziyyət o qədər gülünc idi ki, Əbülfəz Elçibəy və onun cəbhəçi yoldaşları Qarabağı verə-verə Təbrizi istəyir, Urmiya gölündə üzmək haqda düşünürdülər. Nəticə nə oldu? Elçibəyin inandıqları onu mədəni formada aldadıb, Kələkidə yuyunmağa göndərdilər. İ.Qəmbərin də, Ə.Kərimlinin də, R.Quliyevində  Yap funksionerlərindən heç bir fərqləri yoxdur. Bu müxalifət liderciklərinində partiyalarında əsl avtoritarizm küləkləri əsir. Maaliyyələşdirdikləri qəzetlərdə əməlli-başlı şəxsiyyətə pərəstiş formalaşdırılır. Rəhbərlik etdikləri partiyalar neçə yerə parçalanıb. Xalq Cəbhəsi 3-4 yerə bölünməyibmi? Partiya sıralarında sədrə etiraz edənlər  Ə. Kərimlinin birbaşa tapşırığı ilə uzaqlaşdırılırlar. Cəlaloğlu qardaşları R. Quliyevi ADP-dən uzaqlaşdırmadılarmı? Və yaxud da mətbuatda bir-birlərinin ünvanlarına söylədikləri təhqirlər davam etmirmi? Bu yaxınlarda xüsusi xidmət orqanlarının əməkdaşları R. Quliyevin emailinə daxil olmuş və “Bakı-Zaman” qəzetinin baş redaktoruna yazdığı müxalifətçilər haqda təhqiredici məktubları aşkar etmişdilər. Yaratdıqları Azadlıq bloku ac-gözlükləri ucbatından parçalanmadımı? Bunların partiyalarını necə maaliyyələşdirdikləri də sual doğurur. Ancaq ən böyük ehtimal imperialist ABŞ və onun əl oyuncağı Corc Soros bunlara pul ayırmaqla öz əməlləri üçün alətə çevirir. Yoxsa İ.Qəmbər lyuks avtomobildə özüdəki şəxsi mühafizəçisiylə gəzir. Nəyin hesabına? Bəlkə Müsavatdakı iaənələrin? Gülməlidir hakimiyyəti şəffaf  olmağa səsləyənlər nədənsə öz aldıqları qrantları gizlədirlər. Sual olunur bizə lazımdırmı bu müxalifətçilər? Bu vəziyyət ona bənzəyir ki, getsin kral yaşasın yeni kral. Birmənalı şəkildə bu müxalifətlə xudafizləşməyin vaxtı yetişib. Varlığıyla yoxluğu bilinmir. Belə iqtidarın belə də müxalifəti olar. Qafaları dəyişməliyik. Nə fərqi var keçmiş daxili işlər naziri İ. Həmidovda jurnalisti təhqir edirdi, indiki nazir R. Usubovda qəzetçinin həbsinə nail olur. Bezmədinizmi illər uzunu toz basmış başqan postunuzdan, sədr vəzifənizdən hə? Gedin bu səhnədən, yazıqınız gəlsin bu xalqa. Artıq heç kim sizə inanmır. Yox əgər ailənizi saxlamaq üçün, pul qazanmaq xatirinə bu siyasətdəsinizsə sizə Allah bazar versin. Lakin demokratiyadan, siyasətdən danışmayın!  Hə birdə bu iqtidara siz çox sərf edirsiniz çox. Yəni Yapa bizdə də müxalifət var imitasiyası işindədə yardımçı olursunuz.

   P.S. Elə bu hakimiyyətə ən çox xeyir verən də müxalifətdir. Siyasətdə olduqları ilk günlərdən…

Kateqoriyalar: Siyasi
  1. Guler
    Sentyabr 28, 2009 tarixində, saat 16:17

    hormetli 505j feridin parta yoldashi iradlariniz haqda duwunecem. O ki, qaldi menim onlarin yerinde olmagima, hele o qeder alcalmaq fikrinde deyilem. muqayisesi bele qusurludur!!!!!!!!

  2. 505 j feridin parta yoldashi
    Sentyabr 27, 2009 tarixində, saat 14:37

    (“Qəmbər özüdə etiraf etdi ki, qarşımızda iki yol var idi: Ya Qarabağ, ya hakimiyyət.”)
    zehmet olmasa fakti qeyd edin ki biz de yazilan informasiyaya inanaq.
    (“Cəbhəçi bəylər Qarabağı kresloya qurban verdilər.”)
    6 rayonumuz YAP hakimiyyeti dovurunde isgal olunub.Bu cur sehvlere yol vermeyin.
    Guler eger men Amerikada olsam bele senin meqaleni taniyacagam.Yazdiqlarin tenqidleri universitet heyainda defelerle eshitmisem.Sen haqlisan,menim de bizim muxalifetden xoshum gelmir.Amma razilash ki,hele onlara alternativ muxalifet yoxdur.O ki qaldi maliyye meselesine,men muxalifetinde guclu pula ehtiyaci var.Sen de onlarin yerinde olsan gelen pullari redd etmersen.Sukani bele saxla

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: