Arxiv

Posts Tagged ‘OBAMA’

Türkiyəsiz Yaparteid

Aprel 6, 2009 8 şərh

Son günlərin ən aktual məsələsi heç şübhəsiz Amerika Birləşmiş Ştatlarının ilk qaradərili və yeni seçilmiş prezidenti Barak Obamanın aprelin 6-da Türkiyəyə səfəri və bu səfərin fonunda Türkiyaə-Ermənistan sərhədlərinin açılması məsələsidir.Ermənistanla müharibə şəraitində olan və Türkiyəni özünə böyük qardaş hesab edən məmləkətimiz Azərbaycanın müxtəlif dairələrində də bu böyük səfər çox müxtəlif prizmalardan böyük narahatçılıqla izah edilir. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Siyasi, Xəbər Etiketlər: , ,

BARAK OBAMANIN ELEKTRON POÇT ÜNVANLARI. İNTERNETDƏ HAKERLƏRİN OBAMANIN BİR POÇTUNUN PAROLUNU SINDIRDIQLARI HAQDA DA MƏLUMAT VAR

Yanvar 29, 2009 Bir şərh yazın

obama-with-blackberry__1Barak Obama Ağ evdə elektron poçt ünvanı olan ilk Amerika prezidentidir. ABŞ-ın qaradərili ilk prezidenti Ağ evə çoxlu imkana malik «Bləkberri» markalı mobil aparatı ilə daxil olub. Seçki kampaniyası zamanı B.Obamanın elektron poçtunu yoxlamaq üçün «Bləkberri»sindən istifadə etdiyini çoxları görüb.

And içməmişdən əvvəl Obama demişdi ki, prezidentin də «Bləkberri»si ola bilər. O öz «Bləkberri»sindən Ağ evdəki ofisində olan 10-12 nəfərlə və dostları ilə əlaqə saxlamaq üçün istifadə edəcəyini söyləmişdi. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

Obamanın oxwari tapılıb

Yanvar 24, 2009 4 şərh

file1Indoneziyanin paytaxtı Cakartada yaşayan Ilham Ənəs ABŞ-ın yeni prezidenti Barak Obamaya çox bənzəyir. Bu yaxınlarda İndoneziya kanallarından birində qonaq olan İlham Ənəsi tamaşaçılar görəndə bir anlıq elə biliblər ki, o, Barak Obamadı. Peşəsi fotoqrafçılıq olan 40 yaşındakı Ənəs İndoneziyada gündəmdən düşmür:

file126

“Obama ABŞ prezidenti seçiləndə yoldaşlarım əyləncə olsun deyə mənim şəklimi çəkib internetə qoydular”. Hətta Malayziyada olanda bir adam onun Obama olduğunu düşünüb və şəkil çəkdirib. Ənəs deyir ki, yol gedəndə çoxları onu Obama bilib yaxınlaşırlar. Bu oxşarlığına görə, ona çoxlu reklam təklifləri gəlir.

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

HİLLARİ KLİNTONUN DÖVLƏT KATİBİ VƏZİFƏSİNƏ TƏSDİQLƏNMƏSİ TƏXİRƏ SALINIB

Yanvar 21, 2009 Bir şərh yazın

ABŞ Senatı Hillari Klintonun dövlət katibi vəzifəsinə təsdiqlənməsini təxirə salıb. «Media forum» saytı xəbər verir ki, buna respublikaçı senatorlardan birinin Hillarinin həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Bill Klintontun hazırda rəhbərlik etdiyi fonda xaricdən ayrılan maliyyə yardımı ilə bağlı məsələnin müzakirəsini tələb etməsi səbəb olub. H.Klinton dövlət katibi vəzifəsinə bu müzakirə bitəndən sonra təsdiqlənə biləcək.

Obamanın maliyyə naziri təyin etdiyi Timoti Qaytnerin məsələsi isə daha qəlizdir. O, Senatın maliyyə komitəsinə hesabat verməlidir. Komitə T.Qaytnerin Beynəlxalq Valyuta Fondunda işlədiyi vaxt gəlir vergisinin ilk odəməsini edə bilməməsinin səbəbi ilə maraqlanır.

Keçən həftə Obama demişdi ki, Qaytnerin vergi məsələsi onun nazir təyin edilməsi üçün ciddi maneədir, indi isə prezident ilk odəməni edə bilməməsini Qaytnerin «məsum bir səhvi» adlandırır.

Obamanın daha iki təyinatı problem yaradıb: Erik Holderin baş prokuror, Tom Daşın səhiyyə naziri vəzifəsinə təsdiqlənməsi təxirə salınıb. Senat Holderin vaxtilə (B.Klintonun prezidentliyi dövründə) vergi yoxlamasından yayınmış milyonçu Mark Riçin bağışlanması ilə nəticələnən işdə əli olub-olmadığını bilmək çalışır. Daşın isə vergi qeydlərinin araşdırılması tələbi qoyulub.

ABŞ qanunvericiliyinə görə, prezidentin təyinatları Senatda təsdiqlənəndən sonra qüvvəyə minir. Senat Obamanın komandasında yer tutan adamlardan çoxunu artıq təsdiqləyib.

ABŞ-ın yeni prezidenti Obama haqda bilmədikləriniz

Dekabr 8, 2008 1 şərh

• O, Spider-Man və Conan the Barbarian komiks jurnallarını toplayır.
• Orta məktəbdə oxuduğu zaman yaxşı basketbol oynadığı üçün ona “O’Bomber” deyirdilər.
• Swahili (Kenya, Tanzaniya və Uqandada yaşayan xalq) dilində Obama “Xeyir-dua Verilmiş şəxs” mənasını verir.
• 2006-cı ildə “Atamın arzuları” adlı xatirə kitabının audio nümunəsinə görə Grammy mükafatına laiq görülüb.
• Solaxaydı- müharibədən sonrakı 6-cı solaxay prezidentdir.
• Harry Potter kitablarının hamısını oxuyub.
• Onda Məhəmməd Əlinin imzaladığı Qırmızı boks əlcəyi var.
• Gən yaşlarında o Baskin-Robbins dondurma mağazasında işlədiyinə görə indi dondurma xoşlamır.
• Ən xoşladığı yüngül yemək şokoladlı-yerfındığı pratein batonlarıdır.
• İndaneziyada yaşayarkən it əti , ilan əti, qızardılmış çəyirtkə yeyib.
• İspan dilində danışa bilir.
• Seçki qatarına olarkən CNN-Ə baxmaqdan imtina edərək əvəzində idman kanalarını seyr edib.
• Ən xöşladığı içki qara meşə giləmeyvəli “İce Tea” içgisidir.
• Həyat yoldaşı Mişelə prezident seçilməzdən qabaq siqareti atacağını söz versədə ata bilməyib.
• İndoneziyada yaşayarkən Tata adlı meymun saxlayırdı.
• Uzanaraq sinədən 100kg-a yaxın cəki ilə press eləyə ilir.
• Universitetə qədər on Burry deyə çağırırdılar sonralar o öz adı ilə çağırmağını istədi.
• Ən sevdiyi kitab Herman Mervilin Moby-Dick kitabıdır.
• 1996-cı ildə abcılığının yoldaşının toyqabağı əyləncəsində iştirak edib ama striptiz başlayanda oranı tərk edib.
• Onun Senatdakı stolu bir vaxtlar Robert Kenediyə məxsus olub.
• O və yoldaşı Mişel keçən il 4.2 milyon (.7 milyon) abş dolları qazanıblar. Bu pulların böyük hissəsi kitabının satışından əldə olunub.
• Ən sevdiyi kinolar Casablanca və One Flew Over the Cuckoo’s Nest kinolarıdı(tam tərcüməsini tapmadım)
• O İraqda qulluq eləmiş bir əsgərə məxsus kicik Madonna və uşaq brasletini özündə gəzdirir.
• Harvardda olarkən əsasən qızların göründüyü Qara kalendarda görünmək üçün müraciət etsə də qadın komitələri tərəfindən rədd edilib.
• Ən xoşladığı müsiqilər Miles Davis, Bob Dylan, Bach və The Fugees-in ifalarıdı.
• O həyat yoldaşı Mişeli ilk görüşlərində Spike Lee-nin Do The Right Thing- (Düzgün olanı elə) filminə aparıb.
• Söz oyununu və poker oynamaqdan həzz alır.
• Coffe içmir və çox nadir hallarda spirtli içi qəbul edir.
• Siyasətçi olmasaydı mühəndis olmaq istərdi.
• Gənc yaşlarında marixuana və kokain qəbul edib.
• Qızları Malianın(10) məqsədi aktrisa olmazdan qabaq Yale universitetinə getmək Saşanın (7) isə oxuyub oynamaqdır.
• Gənclərin geyindiyi arxası sallanan şalvardan zəhləsi gedir.
• O universitet pulun 4 il bundan qabaq kitabına müqavilə imzalayandan sonra ödəyib.
• Çikaqodakı evinin 4 ocaq peçi var.
• Qızı Malianın xaç anası Jesse Jacksonun qızı Santita oldır.
• Dediyinə görə ən piss vərdişi tez-tez mobil telefonunu yoxlamasıdır.
• 1500(52) abş dolları dəyərində Hart Schaffner Marx kastyumu geyinir.
• 4 cüt eyni qara ayaqqabısı var (11)
• Həftədə bir dəfər 21 abş dollarına Çikakodakı bərbər Zarifin bərbərxanasında saçını qırxdırır.
• Gizli Xidmət ona “Renegade” adı verib.
• Nənəsi ona “Bar” ləqəbi qoymuşdu.
• O “Ağ evin” həyətində basketboll meydançası quraşdırmağı planlaşdırır.
• Ən xoşladığı rəssam Pablo Picassodur
• Onun yemək bişirmək üzrə vəzifəsi çilli hazırlamaqdır(souz)
• Dediyinə görə İndoneziyada yaşayarkən dostluq elədiklərinin çoxu avara uşaqlar olub.
• Stolunun üstündə ağacdan oyulmuş yumurta tutan əl var. Kenyada bu həyatın uzun olmamasına, cox həsas olmasına işarədir.
• Onun sonrakı atalığı Kenya hökümətində əsas baş iqtisadçı olub.

http://www.telegraph.co.uk/ saytına istinad olunub

Kateqoriyalar: Maraqlı Etiketlər: ,