Arxiv
Dünya bir pəncərədir, hər gələn bir cür baxar
Ocaqsız ev – Qocalar evi
Fikrimdə uzun müddət idi ki, Qocalar evinə getmək var idi. Bir gün iş yoldaşımla vaxt təyin edib getdik Qocalar evinə. İsti bir yay günü idi. Bilgəhə çatanda yolda qarşımıza çıxanlardan Qocalar evinin harada yerləşdiyini soruşduq. Bu zaman yanımızdan yaşı təxminən 70-i keçmiş, amma buna baxmayaraq, gümrah görünən bir dayı keçdi. Onun hara getdiyini bilmədən arxasınca getdik. Elə bil ürəyimizə dammışdı ki, bu dayı bizi axtardığımız yerə aparıb çıxaracaq. Elə də oldu, qapını açdı və böyük həyəti olan darvazadan içəri keçdi. Biz də onun arxasınca. Dayı bizə fikir vermədən yoluna davam edib getdi. Bu zaman qapıda bizi Əhməd dayı qarşıladı və bolluca xeyir-dua verdi. Doğmalarından uzaqda, yadlarla doğmalaşan insanlarla tanış olmaq, söhbətləşmək üçün tələsirdik. Ətraflı…
Gülən və ağlayan iki maskalı teatr
Teatr – müxtəlif teatr tamaşalarının insanlar qarşısında oynandığı yerə deyilir. Yunanca “tamaşa yeri”, “tamaşa etmək” mənasını verən “teatron” və ya “theomai” sözündən götürülüb. Teatr – həyatda olub-keçən və ya ola biləcək, xəyali hadisələrin müəyyən yerlərdə, qabiliyyətli insanlar (aktyor, aktrisa) tərəfindən tamaşaçılar qarşısında canlandırılması sənətidir. Bütün dünyada teatr gülən və ağlayan iki maskayla təmsil edilir. Ətraflı…
“Düyməcik” kitablar
Dünyada bir muzey var ki, bu muzeydən ancaq və ancaq Azərbaycandadır. Özü də Bakının göz bəbəyi olan İçərişəhərdə, XV əsrin ən məşhur abidəsi olan Şirvanşahlar sarayının yaxınlığında. Adı isə belədir – Miniatür Kitablar Muzeyi. Muzeyin rəhbəri, yaradıcısı Salahovlar ailəsinin nümayəndəsi Zərifə Salahovadır. Bu muzey Zərifə xanımın şəxsi kolleksiyasında olan kitablar əsasında yaranıb. 2002-ci il aprelin 23-də Beynəlxalq Kitablar və Müəllif Hüquqları günündə YUNESKO-nun qərarı ilə muzeyin açılışı olub. Muzey açılana qədər muzeyin rəhbəri iki min nüsxədən ibarət kolleksiyasını Milli Kitabxanada nümayiş etdirirdi. Muzey üçün yer İtaliya səfirliyinin yanındadır. Muzeyin tikintisi vaxtı İtaliya səfirliyi əməlli-başlı gərginlik keçiriblər. Elə biliblər ki, burada restoran açılacaq:) Ətraflı…
Bluetoothlaşdırılmışlar !
Cəmiyyətimiz inkişaf edir. Əsasən də texnologiya sahəsində. Texnologiyanın mobil bölməsində. Mobil texnologiyanın da əsasən bluetooth sahəsində. Cəmiyyətimiz bluetoothlaşır. Hər bir azərbaycanlı telefon alanda çalışır onun bluetoothu olsun. Halbuki bu mobil telefonların bir çox müsbət xüsusiyyətləri var. İnternet, kitab proqramları, müxtəlif formatlı mətnləri oxudan proqramlar. Bu proqramlarla maraqlanan çox azdır. Ətraflı…
Faytonçuyam, yüküm ağır…
““Mama, mama, at!” deyib, çox vaxt balacalar özlərini atın ayaqları altına atırlar. Bu vaxt faytonçunun təcrübəsi az olsa vay uşağın halına. Elə faytonçunun da. Kim işini itirmək istəyər ki” deyən atını və işini çox sevən 19 yaşlı Kamrandır. O, Dənizkənarı Milli Parkda (Bulvarda) faytonçuluqla məşğuldu.
“Oxumamağıma görə peşmanam”
Kamran Həsənov Lənkəranda anadan olub. Amma Bakıda oxuyub. 9 illik şagirdlik dövründə bir neçə məktəb “gəzəsi” olub – ən sonuncu seçimi 258 saylı məktəb olub. Amma burada axıra qədər oxumağa hövsələsi çatmayıb. Vaxtında oxumamağına görə o qədər peşman olub ki… Ətraflı…
Kimsəsiz uşaqların sığınacaq yeri
İstədik, ya istəmədik, xoşumuza gəldi ya gəlmədi fərqi yoxdu, demək olar ki, dünyanın hər bir ölkəsində uşaq evləri var. Dünyanın hər bir ölkəsində övladsız olan, həyatı boyunva övlad sevgisi ilə alışıb-yanan valideynlər də var. Bir tərəfdə də Allahın bu gözəl nemətinə xor baxıb, aparıb öz körpəsini uşaqlar evinə atan vicdansız ata-ana da. Hərçənd ki, bəzi uşaqlar kimsəsizlər evinə hər hansı qəza nəticəsində valideynlərini itirdiyi üçün düşüblər, amma bu o qədər də deyil.
Əvvəllər uşaq evinə getmək nədi, yanından belə keçə bilmirdim. Fikirləşirdim ki, ora getsəm pis olaram, yəni ağlamaq tutar uşaqların da qəlbinə dəyər. Ona görə qorxub getmirdim. Amma sonra bütün cəsaritimi toplayıb Nizami rayonunda yerləşən 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evinə getdim. Tək getmədim rəfiqəmlə birlikdə. Ətraflı…
mass grave- sign of genocide
Yesterday i was in Quba, Azerbaijan and visited mass grave. This grave was found in april 2007 during the construction process near the river. Archaeologists explored 500 m² of ground and found that there were burried more than 700 bodies. They were killed with a special violence. On most of skelets there are signs of sharp tools. Ətraflı…
Dilənçilər birliyinin müraciəti
Biz azərbaycan dilənçilər birliyi bütün YAP-çıları və hökümətimizi referendumun nəticələri münasibəti ilə təbrik edirik. Dilənçilər olaraq hakimiyyətin siyasətini bəyənir və onun bütün fəaliyyətini dəstəkləyirik.
Onların fəaliyyəti nəticəsində ölkəmiz günü gündən inkişaf edir. İqtisadi göstəriciləri dayanmadan artır. Heç maaliyyə krizisi də ölkəmizə təsir etmir. Bu uzaqgörən siyasətin nəticələri biz dilənçilərdən də yan keçməyib. Bizim də aramızda sürətlə inkişaf gedir. Günü-gündən bizim birliyimizə yeni dilənçilər üzv olurlar. Ətraflı…
Neft Fondu ilə Dövlət Büdcəsi arasında vəsait ayrılması ilə bağlı dəqiq müəyyənləşdirilmiş normativ baza yoxdur
İqtisadçı ekspert Azər Mehdiyevin AJAŞ Xəbər Xidmətinə müsahibəsi
“DÖVLƏT BÜDCƏSİNİN NEFTDƏN ASILI OLMASI FAKTDIR”
Azər Mehdiyev: “Neft Fondu ilə Dövlət Büdcəsi arasında vəsait ayrılması ilə bağlı dəqiq müəyyənləşdirilmiş normativ baza yoxdur”
– Məlum olduğu kimi, bi il Dövlət Neft Fondunun büdcəsi vaxtından xeyli gec təsdiq edildi. Qanunvericiliyə görə növbəti ilin büdcəsi cari ilin sonuna qədər təsdiq edilməli olduğu halda, cari ilin, yəni 2009-cu ilin büdcəsinin təsdiqi, elə 2009-cu ilin mart ayınadək yubandı. Ətraflı…
ŞƏRHLƏR