Əsas səhifə > Düşüncə, Siyasi > “Siyasətlə məşğul olmuram” deyənlərə

“Siyasətlə məşğul olmuram” deyənlərə

Son zamanlar ən çox eşitdiyim cümlə – “Mən siyasətlə məşğul olmuram…” Kimlə söhbət edirsən, kimlə danışırsan – bu cavabı alırsan.

– Qazın qiymətin qaldırdılar…
– Mən siyasətlə məşğul olmuram…

– Filankəs filankəsdən filan qədər rüşvət aldı…
– Mən siyasətlə məşğul olmuram…

– Sahibkardan qanundan kənar “vergi” istəyirlər…
– Mən siyasətlə məşğul olmuram…

Bax belə-belə işlər… Nədir bu siyasət ki, heç kəs bununla məşğul olmur və olmaq istəmir?

Elə bilməyin ki, cavabım da yoxdur – o cümləni işlədənlərə deyirəm ki, ən böyük siyasətlə elə siz özünüz məşğul olursunuz! Soruşarlar niyə?

Çünki siyasət öz məqsədlərinə nail olmaq üçün gizli fəaliyyət göstərməkdir.  Görünüşdə bir cür, gizlində başqa cür olmaq siyasət deyilmi? Və ya öz məqsədi və uğuru üçün fikrini və düşüncələrini gizlətmək, qurban vermək? Və ya karyera yolunda yalnış, şərəfsiz bir məsələyə göz yummaq? Fəaliyyətini bəyənmədiyin bir kimsə olsa belə xeyrin üçün onun yanında olmaq? Əgər bunlar siyasət deyilsə, bəs onda siyasət nədir?

Bəlkə tarix boyu böyük siyasətçilər niyə bu adı aldılar? Açıq aşkar dedikləri, etdiklərinə görə, yoxsa gizlində atdıqları addımlarına görə?

Son zamanlar “açıq siyasətdən” yaman çox danışırlar. Siyasətin açığı olurmu ki?

Belə insanlara üz tutub deyirəm – insan hüquq və azadlıqlarını tələb etmək, onlar uğrunda mübarizə aparmaq, haqsızlığa qarşı çıxmaq, qanunsuzluğa göz yummamaq siyasət deyil! Düşündüklərini, öz mövqeyini açıq demək də siyasət deyil!

“Mən siyasətlə məşğul olmuram” deyənlər, bəsdir siyasi davrandınız. Kürkünüzü və kürsünüzü qorumaq üçün, vəzifə, karyera və məmur səxavəti üçün başqalarının haqqını yeməyin, ədalətsizliyə göz yummayın!

Kateqoriyalar: Düşüncə, Siyasi Etiketlər: , ,
  1. Rovshan Aliyev
    İyul 28, 2009 tarixində, saat 16:40

    Guya ki, siyasətin bu xalqa heç bir dəxli yoxmuş…

  2. İyul 27, 2009 tarixində, saat 16:23

    Yes, all clear Spasibochki for the post..

  3. nata
    İyul 27, 2009 tarixində, saat 13:08

    Ali Resh cox saqol dushuncelerine gore. Vugar BAba sen siyasetle meshgul olma yoxsa ac galarsan 😀

  4. vuqar
    İyul 26, 2009 tarixində, saat 22:10

    Bilirsen sen dediklerin hamisi duzdu sozun dizin deyene haqqini teleb edene demaqoq kimi baxirlar.Cunki bizde dusunce terzi coxda inkisaf etmeyib huquqlarimizi tam bilmediyimiz ucunde bele veziyete dusuruk eslinde sen ozun dedinki oz meqsedine catmaq ucun mueyyen seyleri qurban vermek ve sair siyasetdir ama sen bunu sade insana basa sala bilersenmi mence yox.

  5. Ali Resh
    İyul 26, 2009 tarixində, saat 08:59

    from the standart themes of wordpress. u can search from internet for free or premiuim themes if u use wordpress scipt on ur host.

  6. İyul 26, 2009 tarixində, saat 07:26

    Sorry for offtop not tell where Mona is the same nice template for your blog get?.

  7. toghrul
    İyul 26, 2009 tarixində, saat 01:50

    Tam razıyam Resh, belə adamlarla mən də çox rastlaşmışam, hakimiyyəti dayanmadan pisləyillər amma qorxularından heç bir fəaliyyətlə məşğul olmullar, o sözü də qorxularını ört-basdır etmək üçün deyillər, yəni hakimiyyət pisdi, amma mən siyasətlə məşğul olmuram, sanki siyasətlə məşğul olmaq zövq məsələsi falandır. Denən sən siyasətlə məşğul olub neyniyəcəksən onsuzda…

  8. İyul 26, 2009 tarixində, saat 01:42

    Resh, sene bir qesheng sherh yazardim, amma heyf ki, men siyasetle meshgul olmuram :-)))

  9. İyul 26, 2009 tarixində, saat 01:28

    Men de siyasetle meshgul olmuram. Nedense Polis gorende qorxuram, qachmaq isteyirem…Memur gorende hirslenirem, ruhdan dushurem- (Esasen de analoqu olmayan iqtisadi yukselishden danishanda). Avtobusa minende ne qeder mozaxist oldugumuzu dushunurem…Televiziyalara baxanda qerezliliyin, durustsuzluyun, vicdansizligin, ikiuzluluyun ve sen deme haramizasa “doyush” sozunun yazildigin bilirem…Memur ozbashinaligi ile bogulan bu mekanda men siyasetle meshqul olmuram…Olsam da demerem, yoxsa dagidarlar…En genish yayilan yaltqliq da siyaset deyil. bele baxanda hech memurlar da siyasetle meshqul olmur…Sadece evden “qazanc” dalinca chixirlar…

  10. Reshad
    İyul 26, 2009 tarixində, saat 01:12

    Axirda bicaq bogazlarin direnende de deyecekler ki siyasetle mesgul olmuruq

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: