Arxiv

Müəllif Arxivi

Türkiyə bayraqlarının yığışdırılmasına etiraz

Oktyabr 21, 2009 1 şərh

azeri turk bayragi(23.09.2009)Bu gün (21 oktyabr) biz, yəni AzNAN (Azərbaycan-Niderland Jurnalistika Məktəbi Məzunları Şəbəkəsi) üzvləri Şəhidlər Xiyabanını ziyarət etdik. Təxminən 10 nəfər üzvümüz Şəhidlər Xiyabanında Türk hərbiçilərinin şərəfinə ucaldılan abidənin önünə qərənfillər düzdük.

Bizdən öncə, saat 12.00-da müxalifətçi gənclər də aksiya keçirdi. Amma bu zaman polislə onlar arasında toqquşma oldu. Ona görə polislərin bizə də mane olacağını düşündük. Amma polislər sadəcə olaraq bizdən soruşdu ki, çəkiliş olacaq, ya yox. Heç bir çəkilişin olmadığını görüb bizə mane olmadılar.

Şəhidlər Xiyabanında şəhid olan türk hərbiçilərinin şərəfinə ucaldılan abidəni ziyarət etməkdə məqsədimiz abidədinin yanından Türkiyə bayraqlarının yığışdırılmasına etirazdır.

Ümumiyyətlə son zamanlar Türkiyə ilə Azərbaycan arasında soyuq yellər əsməyə başlayıb. İndi də başlanıb bayraq davasına.

Azərbaycan Türkiyə həmişə dost, qardaş ölkə olub. Arada münasibətlərin soyuması isə düşmənlərin sevincindən başqa bir şey deyil. Düşmənlərimizi sevindirməyək!!!

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

Türkiyə sərhədləri açacaq?

Sentyabr 6, 2009 8 şərh

 

HadiseSami YusufBir zamanlar bir xəbər hamımızı sarsıtmışdı – Türkiyə Ermənistanla sərhədi açacaq. Bir müddət bu xəbər gündəmdə olsa da, Azərbaycan tərəfinin sərt reaksiyası Türkiyəni bir az ayıltdı. Axırda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan çıxış etti ki, yox Ermənistan Qarabağı Azərbaycana qaytarmasa sərhədlərin açılması haqqında söhbət belə gedə bilməz. Hə, düşündük ki, qardaş, dost ölkə həqiqətən dostluğunu göstərdi. Amma deyəsən Türkiyə hökuməti verdiyi sözü gündən-günə unutmağa başladı. Bizi məyus edən bu xəbər yenə gündəmə gəldi və hətta daha da ağır şəkildə protokol belə imzalandı. Yəni doğurdanmı Türkiyə Azərbaycanı unudub Ermənistanla sərhədi açacaq? Tək bir o qalıb ki, Türkiyənin milli məclisi protokolu qəbul etsin. Bəs qəbul olunsa onda necə? Hər halda həm də məlumat verilir ki, bu bir siyasi oyundur və Türkiyə sərhədləri açmayacaq. Buna inanıb, inanmayacağımızı bilmək mümkün deyil, bunu zaman göstərəcək. Ətraflı…

İtkinlərin anım mərasimində vətəndaşlarla polis arasında qarşıdurma oldu

3008200919430082009192

Bu gün Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyində Beynəlxalq İtkin Günü ilə bağlı tədbir keçirildi. Ancaq tədbirdə gərgin anlar yaşandı. Komitənin keçirmək istədiyi anım mərasimi demək olar ki, baş tutmadı. Çünki itkin düşənlərin ailələri, doğmaları nə üçün çağrıldıqlarını öyrənmək istəyirdilər. Onlar tək Bakıdan deyil, rayonlardan, kəndlərdən itkin düşən yaxınları ilə bağlı bir xəbər eşidəcəklərinə ümid edib gəlmişdilər. Ancaq bura anım mərasiminə görə çağırılmaqları onların ümidini yenidən yarımçıq kəsdi. Ətraflı…

Kateqoriyalar: Xəbər

Dəyişən Başlar-səkkizinci hissə

Tomas Man

Hind əfsanəsi

VIII hissə

Gözəl Sita bundan sonra bir şey demədən yerindən sıçradı və paltarının imkan verdiyi qədər sürətlə ananın evinə tərəf qaçdı. Yığıncaq salonuyla kəmərli salona keçərək müqəddəs qucağa çatdı və tanriçanın qorxunc təsviri qarşısında təyin olunan tapşırığı böyük səylə yerinə yetirməyə başladı. Başlarla bədənlər arasındakı cazibə qüvvəsi, Devinin dediyi qədər güclü deyildi. Doğrusu bu güc hiss olunan dərəcədə idi, amma qanın şappıldayaraq yenidən damarlara dönməyinə əngəl ola biləcək qədər güclü deyildi. Şübhəsiz bu müddət ərzində Sitanın bir xoş sonluq bağırtısı ilə, həm də üç dəfə ilahi adı çağıraraq qılıncla onu müqəddəsləşdirməsi, lazımı təsiri göstərmişdi. Kəsilən başları yenidən yapışmış başlar və kəsik yerləri belə bəlli olmayan iki gənc indi önündə durur, ona və öz bədənlərinə baxırdılar, daha doğrusu bunu eləmək üçün bir-birilərinin bədəninə baxmaq məcburiyyətində idilər. Çünki bədən quruluşları bunu tələb edirdilər. Ətraflı…

Kateqoriyalar: Kitab, Mədəniyyət Etiketlər: , , ,

Luigi Pirandello – Ağzı çiçəkli adam (1923)

İŞTİRAKÇILAR:
Ağzı Çiçəkli Adam
Səssiz Müştəri
Əlavə: Sona doğru, göstərilmiş yerlərdə, başında sallaq tüklü köhnə şapqa olan, qara geyinmiş bir qadın kölgəsi, küncdə iki dəfə görünəcək.
Səhnənin dərinliyində bir prospektin ağacları görünür, yarpaqların arasından elektrik lampalarının işıqları sızır. İki tərəfdə, prospektlə birləşən bir küçənin sonuncu evləri. Soldakı evlərin altında yoxsul bir, gecələri də işləyən kafesi,kafenin qarşısında səkinin üstünə atılmış stol və stullar var idi. Sağdakı evlərin qarşısında yanan bir lampa. Geniş yolun tininə düşən soldakı son evin qarşısında da, yenə yanan bir fanar. Gecə yarısını biraz keçib. Uzaqdan, aradabir, mandolinin titrəyən səsi eşidilir.
Pərdə açılanda, Ağzı Çiçəkli Adam stolların birində oturub, yan stolda bir qamışla nanə sirobu içən Səssiz Müştərini uzun-uzadı, səssizcə incələyir.

AĞZI ÇIÇƏKLI ADAM

– A, sizə demək istəyirdim. Deməli, səssiz bir adamsınız siz… Qatara  gecikmisiniz? Ətraflı…

Luigi Pirandello – Axmaq (1922)

Iştirakçılar

Luka Fazio
Leopoldo Paroni
Səyyar Satıcı
Roza Laveçiya
Birinci Yazar
İkinci Yazar
Üçüncü Yazar
Dördüncü Yazar
Beşinci Yazar

Səhnə, Kostanovada nəşr olunan “Vedetta Republicana” qəzetinin rəhbəri Leopold Paroninin orta səviyyəli iş otağını göstərir. Qəzetin redaksiyası da Respublikaçı Partiyanın bölgə rəhbəri Paroninin evində yerləşir. Təmizliyə az önəm verdiyi üçün hər yerdə köhnə, qırıq əşyalar gözə dağılmış və kir içindədi. Yazı stolunun üstü dağ boyda kağız qalağı ilə doludur, ora-bura atılmış stulların üstündə kitablar,sənədlər yığılıb,hər tərəf qəzetdir, qarmaqarışıq rəflər necə gəldi qoyulmuş kitablarla doludu. Ətraflı…

Kateqoriyalar: Kitab, Mədəniyyət Etiketlər: , ,

Dəyişən başlar – altıncı hissə

VI hissə

Tomas Man

Hind əfsanəsi

Bu vaxt Sita bayırda təntənəli arabada oturub, artıq qarşısında peysərinə baxılası bir  nəfər  olmadığı üçün  vaxt heç cür getmirdi. Hər gün onu səbirsizliyə düçar edən peysərin nə halda olduğundan xəbəri yox idi. Hər nə qədər içindən zərərsiz olan bir sıra ehtimallar keçir və ona dayanmadan ayaqlarını yelləməyinə səbəb olan narahatlıq verir  və gözləmək məcburiyyətində qalmasının səbəbini, qorxunc bir hadisənin öncədən hiss edirdisə də, yalnız ehtimallardan ibarət olan və ayaqlarını sallamasına mane olmayan bu hiss, səbirsizlik və hirslə qarşılanacaq qədər deyildi. Ətraflı…

Luigi Pirandello – Siciliya portağalları

SİCİLYA PORTAĞALLARI

(1910)

İştirakçılar:
Micuccio Bonavino – bandoda çalğıcı
Marta Marnis – ana
Sina Marnis – müğənni
Ferdinando – nökər
Dorina – xidmətçi
Çağrışlılar (qonaqlar)
Digər nökərlər

Şimali İtaliya şəhərlərindən birində. Bugün. Səhnədə keçid otağı görünür. Əşya azdı: Kiçik bir stol, bir neçə stul. Səhnənin (aktyora görə) sol küncü bir pərdəylə örtülüb. Sağda və solda yan çıxışlar. Dərinlikdə, böyük şüşəli qapının açıldığı qaranlıq bir otaq  və bu otağı parlaq işıqlı bir salona birləşdirən bir qapı. Qapının şüşələrindən  bu salonda çox zəngin bir süfrə qurulduğu görülür. Gecə, otaq qaranlıq. Pərdənin arxasında bir nəfər xoruldayır. Pərdə açıldıqdan bir az sonra, sağdakı qapıdan, əlində fanarla Ferdinando girir. Köynəkdədi, amma bir frak geyindimi süfrədə xidmət edə bilər. Arxasında da, kəndli olduğu ilk baxışda anlaşılan Micuccio Bonavino. Kürəyində, yaxasını qulaqlarına qədər qaldırdığı paltosu, ayağında dizinə qədər olan çəkməsi. Bir əlində köhnə bir torba, o birinidə köhnə bir çamadan və yorğunluqdan güclə daşıdığı bir çalğı qutusu var idi. Otaq işıqlananda pərdənin arxasından gələn xorultu kəsilir və Dorinanın səsi gəlir. Ətraflı…

Luigi Pirandello

Luigi Pirandello 1867-ci ildə Agrigentoda doğulub. 1936-cı ildə Romada vəfat edib. O, arxasınca böyük bir sənətkar, yaxşı və qürurlu bir adam şöhrəti qoydu. Ölümündən iki il öncə Nobel Ədəbiyyat mükafatı almışdı.  Bütün dünyada müvəffəqiyyət və ün qazanmışdı, amma, olduqca gec və sıxıntılarla dolu bir həyatdan sonra oldu bunlar. Ətraflı…

Kateqoriyalar: Kitab, Maraqlı, Mədəniyyət, Xəbər

Dəyişən başlar-beşinci hissə

V hissə

Hind əfsanəsi

Tomas Man

Qayalıqların içində oyulmuş ana qucağından, bayırda gözləyənlərin yanına qayıtdıqda onların əvvəl səssiz durduğunu, sonra da qısa bir yalvarış üçün içəri girib bu qədər vaxt ərzində dönməyən Şridamanın nə etdiyi haqqında bir-birinə sual verdiyini görürük.  Nandanın arxasında oturan gözəl Sita, keçi burnunu və aşağı təbəqəyə xas olan qalın dodaqlarını qoşulu heyvanlara tərəf tutan Nanda kimi susub, gah onun peysərini izləmiş, gah baxışlarını qucağına doğru endirmişdi. Amma onlar bir müddət keçdikdən sonra yerlərində tərpənməyə başladılar. Bir az da keçəndən sonra gənc qadına dönərək:
– Bizi niyə gözləttiyini, orada bu qədər uzun müddət nə etdiyini bilirsən? dedi. Ətraflı…