Arxiv

Archive for İ

Reket jurnalistləri düşünməkdənsə Peşəkar jurnalistləri düşünək

Dekabr 30, 2009 Bir şərh yazın

Tural Qurbanov

Əvəz Zeynalov

Azərbaijan Media Mərkəzində debat clubunun növbəti debatında iştirak etdim. Dekabrın 25-i baş tutan  debatda BDU-nun jurnalistika fakültəsinin tələbələri Diffamasiya haqqında qanunu müzakirə edirdi.  Tural Qurbanov yeni qanun layihəsinin qəbul olunmasını istəmir və bu qanunun   ziyan gətirəcəyini sübut eləməyə çalışdı.  Əks  tərəfdə  isə Əvəz Zeynalov  Diffamasiya haqqında qanunun  Azerbaijan mediası üçün vacib olduğuna  inandırmağa çalışırdı. Ətraflı…

Kateqoriyalar: Xəbər

POLKOVNİKƏ HEÇ KƏS YAZMIR?

Dekabr 18, 2009 17 şərh

Yazi Rovsen Cavadovun xatiresine yazilib.

Rövşən yoxluğundan sonra da adamı həyəcanlandırır, sarsıdır. Ölümündən sonra da elə bil onu qısqanırlar. Markesin «Dünyanın ən gözəl ölüsü» hekayəsini xatırlayıram. Balaca bir kəndin sakinlərinin dənizdən tapıb əzizlədikləri cüssəli, yaraşıqlı kişi meyiti onlara yüzlərlə canlıdan daha canlı görünürdü. Rövşən haqqında yazdığım müddətdə, elə indi də o, mənə yolda, küçədə gündəlik rastlaşdığım insanlardan daha diri, canlı görünür. Ətraflı…

Kateqoriyalar: Düşüncə

Azərbaycan axtarırıq

Dekabr 14, 2009 4 şərh

Google axtarış sisteminin statistikasına gözüm sataşdı. Bizdə ən çox axtarılan sözlərin sırasında 4-cü yedə Azerbaycan sözüdür. Azərbaycanlılar Azərbaycan axtarır  ! maraqlıdır.  Başqa ölkələrə də baxdım. Fransa, Almaniya, ABŞ, İsvecrə və sairə damokratik saydığımız ölkədə statistikada  öz ölkələrinin adını görmədim. Amma bizim kimi, Ermənilər, Gürcülər, Hindlilər də bizim kimi öz ölkələrini axtarmaqla məşğuldur. Görəsən bunun səbəbi nədir ?  Fikrinizi bilmək istərdim…

Kateqoriyalar: Düşüncə