Aradüzəldənin evində kirayənişin

Yanvar 19, 2010 Ali Resh 3 şərh

Tiflisə gələn günü ev axtarmalı oldum. Bu işdə mənə gürcü tanışım Dato kömək eləyirdi. Onunla sülh quruculuğu ilə bağlı tədbirdə tanış olmuşduq. Əli adlı tanışım da bizimlə idi. Dato qabaqcadan  bir neçə ev tapmışdı. Həmin evlərə baxmağa gedəndə məlum oldu ki, artıq başqaları yerləşib. Dato deyir, Tiflisdə həmişə belədir. Kirayəçi tez tapılır.

Məcbur olduq “Suxoy most” deyilən yerə gedək. Evlər bahalaşmışdı. Münasib qiymətə tapa bilmirdik. Hava isə çox soyuq idi. Artıq hansı qiymətə olsa  razılaşacaqdım ki, bir nəfər yaxınlıqda 250 ABŞ dollarına  2 otaqlı “dubleks” ev olduğunu dedi. Baxmaq istədik. İtalyan məhləsinə bənzər bir məhləyə girəndə Azər buranı tanıdığını dedi. Evə girdik, iki mərtəbəli yaxşı təmirli, ev əşyaları da  içində rahat yer idi. Çox keçmədən qapı açıldı. Evə 160 sm boyunda, keçəl başlı, gözü eynəkli, dolu bir kişi daxil oldu. Ev sahibi idi. Adı da Eliko. Evi tərifləməyə başladı. 4 otaqlı bir evi də olduğunu dedi. Cəmi 300 ABŞ dollarına. O evə də baxdıq. 4 otaqlı da sərf eləyirdi. Qonşularının, özünün və ailəsinin ədəbli, mərifətli insan olmalarından danışdı. Ev sahibi bu evi də qarış-qarış gəzib tərifləməyə başladı. Həyətə çıxdıq. Qazın və işığın ayrı olduğunu göstərdi. Bu vaxt həyətdəki evlərdən birindən arıq, əsmər bir qız çıxdı. Əli onu görən kimi üzünü çevirib əlimdən tutdu. Nəsə demək istəyirdi. Qız evə qayıdanda mənə yavaşdan dedi ki, hə düzdü mən burda olmuşam özü də bu qıznan. Önəm vermədim. Həm də tez razılaşıb yerləşmək istəyirdim. Bir tərəfdən yorğunluq, digər tərəfdən soyuq əldən salmışdı məni. 4 otaqlı evi kirayəyə götürdüm. Read more…

Vağzal. Bakı-Tiflis qatarı

Yanvar 14, 2010 Ali Resh 2 şərh

Gürcüstana getməliydim. Yanvarın 7-si  yollandım vağzala, bilet dalınca.  Həmişəki kimi olmasa da, yenə kassaların qarşısında sıra var idi. Mən də sıraya düzüldüm.

40-43 yaşalarında bir kişi ucara 3 bilet alırdı. Qiymətinini soruşdu. Kassir qadın 36 manat dedi. Kişi qısqanclıqla pulqabısını açıb içindən 40 manat çıxardıb kassanın nəfəsliyindən qadına uzatdı. Qadın pulun artıq olduğunu hiss etsə də,  saymağa başladı. Sonra isə yalançı təəccüblə  kişiyə baxıb, “Axı mən 36 manat dedim”. Kişi qururlar cavabın, “Çaypuludur”. Kassir qadın gülümsəyərək, göz süzdürdü. Read more…

Reket jurnalistləri düşünməkdənsə Peşəkar jurnalistləri düşünək

Dekabr 30, 2009 Ali Resh Şərh yazın

Tural Qurbanov

Əvəz Zeynalov

Azərbaijan Media Mərkəzində debat clubunun növbəti debatında iştirak etdim. Dekabrın 25-i baş tutan  debatda BDU-nun jurnalistika fakültəsinin tələbələri Diffamasiya haqqında qanunu müzakirə edirdi.  Tural Qurbanov yeni qanun layihəsinin qəbul olunmasını istəmir və bu qanunun   ziyan gətirəcəyini sübut eləməyə çalışdı.  Əks  tərəfdə  isə Əvəz Zeynalov  Diffamasiya haqqında qanunun  Azerbaijan mediası üçün vacib olduğuna  inandırmağa çalışırdı. Read more…

Categories: Xəbər

POLKOVNİKƏ HEÇ KƏS YAZMIR?

Dekabr 18, 2009 elchinhasanov Şərh yazın

Yazi Rovsen Cavadovun xatiresine yazilib.

Rövşən yoxluğundan sonra da adamı həyəcanlandırır, sarsıdır. Ölümündən sonra da elə bil onu qısqanırlar. Markesin «Dünyanın ən gözəl ölüsü» hekayəsini xatırlayıram. Balaca bir kəndin sakinlərinin dənizdən tapıb əzizlədikləri cüssəli, yaraşıqlı kişi meyiti onlara yüzlərlə canlıdan daha canlı görünürdü. Rövşən haqqında yazdığım müddətdə, elə indi də o, mənə yolda, küçədə gündəlik rastlaşdığım insanlardan daha diri, canlı görünür. Read more…

Categories: Düşüncə

Azərbaycan axtarırıq

Dekabr 14, 2009 Ali Resh 3 şərh

Google axtarış sisteminin statistikasına gözüm sataşdı. Bizdə ən çox axtarılan sözlərin sırasında 4-cü yedə Azerbaycan sözüdür. Azərbaycanlılar Azərbaycan axtarır  ! maraqlıdır.  Başqa ölkələrə də baxdım. Fransa, Almaniya, ABŞ, İsvecrə və sairə damokratik saydığımız ölkədə statistikada  öz ölkələrinin adını görmədim. Amma bizim kimi, Ermənilər, Gürcülər, Hindlilər də bizim kimi öz ölkələrini axtarmaqla məşğuldur. Görəsən bunun səbəbi nədir ?  Fikrinizi bilmək istərdim…

Categories: Düşüncə

Qərib Azərə cavab

November 13, 2009 Ali Resh 3 şərh

Disput.az saytında Azərbaycanın ən yeyib içən, ən çox səyahət edən kişisi Qərib Azər  Adnan  və Emin haqqda fikirlərini bildirib. Eşşək videosunu təhlil edib. Videoda  xalqın təhqir  oldunduğunu, onun eşşək adlandırıldığını deyir. Burada  blogerləri müxalif mövqedən və ya tənqidi yazılar yazan jurnalistlərlə müqayisə edir. Belə bir  nəticəyə gəlir ki, Emin və Adnan onlar qədər təhlükəli deyil.  Daha sonra Emininin işləməməsini, çoxlu xarici uçuşlar etməsini, qrantlar alması ilə nəyəsə işarə edir. Read more…

Categories: Xəbər Tags: , , ,

Demoktariyaya həbs, köləliyə dəstək

November 11, 2009 Ali Resh 2 şərh

Emin və Adnanın məhkəməsi bitdi. Məhkəmə Eminə 2 il 6 ay, Adnana  isə 2 il həbs cəzası kəsdi. Məhkəmənin lap əvvəlindən komediyadan başqa bir  şey olmadığı, prosesin necə bitəcəyi məlum idi. Bütün sübutlar bu işin qurama olduğunu göstərirdi. Polislərin belə yalan şahidlik etdiyi açıq görünürdü. Amma bizim məhkəmə ölkəmizə xas qərar çıxardı. Sübut  elədi ki, bizdə demokratiyaya həbs, kölələrə isə dəstək var. Read more…

Categories: Xəbər Tags: , , ,

Dayım niyə söyür?

November 8, 2009 Ali Resh 3 şərh

Dayım Rusiyadan gəlib. Dedim gedim görüm. Getdim, Protokol qanunlarına əməl elədik. Öpüşüb görüşdük. Donuz gripi qorxusu olmadan. Oralardan hal-əhval tutdum. Necə gəldiyini soruşdum. Bura qədər hər şey yaxşı idi. Elə ki, bu barədə soruşdum, kişinin elə bil dərisini soydular. Açdı ağzını, yumdu gözünü. Aşağıdan yuxarı söyməyə başladı höküməti. Deyirəm niyə belə qəzəblisən?

Deyir, niyə qəzəbli olmayım? Nə gömrükdə, nə də gömrüyü keçəndən ürəkaçan münasibət  görməmişəm.  Nə qədər orda idim, Azərbaycanı TV-dən izləyirdim, həsəd aparırdım. Çalışırdım ki, vaxt eləyim gəlim vətənə. Gəlməz olaydım. Read more…

Categories: Xəbər Tags: , ,

MARAQLI

November 7, 2009 gulershahin Şərh yazın

İngiltərə kitabxanalarında ən çox oxunan kitab Ginnesin rekordlar kitabıdır.

 İtaliyada barbi gəlinciyi daha çoxdur, nəinki Kanadada kanadalı.

 Son 5 ildə 4 dəfə BMT tərəfindən Kanada dünyanın ən ideal ölkəsi seçilib.

 Bədəninə görə ən böyük başı olan heyvan qarışqadır.

 Dünyadakı canlıların 70%-i bakteriyadır.

 Fil yeganə heyvandır ki, 4 dişi var.

 Arı sancmağından dünyada hər il daha çox adam ölür, nəinki ilan sancmağından. Read more…

Categories: Maraqlı

Balta kəsərini itirib yoxsa bu balta o, balta deyil ?

Oktyabr 29, 2009 Ali Resh 3 şərh

Ümumiyyətlə televizora  baxmıram.  Hakimiyyətin ikinci  fiqurunun məqaləsindən sonra  izləməyə başladım.  Bayağı verişlərin azalacağına ümüdli idim. Axı əmr  ağadan gəlmişdi.  Xoş sözlər eşitdim. Güya,  bir neçə bayağı verlişləri bağlayıblar. Amma  eşitdim, görmədim.  Yenə eyni verlişlər, eyni aparıcılar, eyni müğənnilər. Read more…

Categories: Xəbər Tags: , , ,