Göz qırpımı. Düşünmədən düşünməyin gücü. -Giriş
MALCOLM GLADWELL
Valideynlərim,
Joyce və Graham Gladwellə həsr edirəm
Giriş
Düzgün Görünməyən Heykəl
Gianfranco Becchina adlı bir incəsənət diler 1983-cü ilin senytabrında Kaliforniyadakı J. Paul Getty Muzeyinə yanaşdı. O altıncı əsrə aid mərmər heykəli olduğunu dedi. Bu heykəl kouro kimi tanınırdı—sol ayağı qabağa və əlləri yana olan çılpaq cavan oğlan heykəli idi. Dünyada yalnız iki yüz ədəd kouro var. Bunların əksəriyyət pis zədələnmiş hissələrdən və ya qəbir və arxeoloji qazıntılar zamanı tapıntılardan bərpa olunub. Amma bu demək olar ki, mükəmməl saxlanmışdı. Hündürlüyü iki metrə yaxın olardı. Bu heykəli digər əntiq işlərdən açıq rəngli parıltı fərqləndirirdi. Bu fövqəladə tapıntı idi. Becchina istədiyi qiymət $10 milyondan aşağı idi.
Getty ehtiyatlı davrandı. Onu ssuda götürərək tam araşdırmağa başlayır. Heykəl digər Kourolarla eyni idimi ? Cavab hə kimi görünürdü. Heykəlin stili Afina Milli Arxeologiya Museyindəki Anavyssos kourolarını xatırladırdı. Bu onun müəyyən zaman və məkana uyğun olduğu mənasına gəlirdi. Heykəl harada və nə zaman tapılıb? Heç kəs dəqiq bilmirdi, amma Becchina Getty muzeyinin hüquq şöbəsinə onun daha yeni tariinə aid bir qalaq sənəd təqdim etdi. Sənədlər heykəlin Lauffenberger adlı İsveçrəli həkimin şəxsi kolleksiyasında olduğunu və onun da öz növbəsində heykəli Roussos adlı məşhur Yunan incəsənət dilerindən aldığını göstərirdi.
Californiya Universitetindən Stanley Margolis adlı geoloq muzeyə gəldi və heykəlin səthini yüksək-həlli stereomikroskop altında iki gün tədqiq etdi. Sonra o heykəlin sağ dizindən bir az aşağıdan diametri bir, uzunluğu iki santimetr ölçərək nüvə nümunə götürdü və sonra onu elektron mikroskop, elektron mikroprob,kütləvi spektrometri, rentgen diffraksiyası və Rentgen flyuoressensiya istifadə edərək analiz etdi. Margolus heykəlin Thasos adasındakı qədim Cape Vathy karxanasından çıxarılan dolomit mərmərindən hazırlandığını müyyənləşdirdi. Heykəlin üzəri xırda kalsit qatı ilə örtülmüşdü- bu çox mühüm idi. Getty Universitetinə bildirdi ki, dolomit
yalnız əsirlər sonra kalsit qatı ilə örtülə bilər. Başqa sözlə heykəl köhnə idi. Bu müasir dövrün saxta məhsulu deyildi. Getty qane olmuşdu. Kouro araşdırması başlayandan on dörd həftə sonra onlar heykəli almaqa razılıq verdilər.
İlk dəfə 1986-cı ildə sərgiləndi. New York Times qəzeti bu hadisəni ön səhifəyə çıxartmışdı. Bir neçə ay sonra Getty muzeyində əntiq əşyaların kuratoru Marion True incəsənət jurnalı The Burlington Magazine üçün muzeyin aldıqları haqqda göz qamaşdırıcı hesabı haqqda uzun yazı yazdı. “İndi xarici dəstək olmadan şaquli dayanan, onun qapalı əlləri möhkəm şəkildə ombalarına birləşmiş kouros arxayınca uzunömürlülük ifadə edir. Bu onu digər qardaşlarından fərqləndirir.” True sevinclə “ Allah və ya kişi, o qərb incəsənətinin gəncliyinin bütün parlaq enerjini təcəssüm etdirir” sözləri ilə yazısını yekunlaşdırır.
Buna baxmayaraq kouronun bir problemi vardı. Düzgün görünmürdü. İlk dəfə bunu hiss edən Gelly muzeyinin qəyyümlar şurasında qulluq etmiş İtalian incəsənət tarixçisi Federico Zeri olmuşdu. Zerini kouronu görmək üçün aşağı, muzeyin bərpa studiyasına aparanda o gözünü heykəlin dırnaqlarına zillədiyini hiss etdi. Səbəbini dərhal anlamasa da onlar yalnış görünürdü. Evelyn Harrison isə növbəti oldu. O dünyanın Yunan heykəlləri üzrə qabacıl mütəxəssislərindən idi. Evelyn Los Angelesdə olarkə Gettyni ziyarət edəndə Muzey Becchina ilə alışı yekunlaşdırmaq üzrə idi. “Yeni kurator Arthur Houghton heykəli görmək üçün bizi aşağı apardı” deyə Harrison xatırlayır: “O parçanı onun üzərindən götürərək dedi “Hə, bu hələ bizim deyil, amma bir neçə həftəyə bizim olacaq.” Və mən dedim, “Təəsüf edirəm.” Harrison nə görmüşdü? O bilmirdi. Həmin o ilk anda, Houghton parçanı qaldıran an Harrissonun yalniz instinktiv olaraq nəyinsə düzgün olmadığını hiss etdi. Bir neçə ay sonra Houghton New York dakı Metropolitan Muzeyinin keçmiş direktoru Thomas Hovingi heykəli görmək üçün Gettynin saxlama studiyasına apardı. Hoving yeni bir shey görəndə ağlından keçən ilk sözü qeyd edirdi və o bu kouronu görəndə ağlına gələn ilk sözü heç zaman unutmayacaqdı. “Bu söz “təzə” idi” Hoving xatırlayır. Və “təzə” iki min il yaşı olan heykəl üçün uyğun söz deyildi. Sonralar həm an haqqda düşünərkən Hoving o fikrin onun ağlına gəldiyini anladı: “Mən Siciliyada qazıntı aparmışam, orada biz bunları qırıqlarına rast gəlmişdik. Onlar bunun kimi görünmürdülər. “Kouro sanki ən yaxşı cafe latteyə batırılıbmış kimi görünürdü.” Having Houghtona dönərək: “Siz buna pul ödəmisiniz?” Houghton quruyub qalmışdı, Hoving xatırlayır. “Əgər ödəmisinizsə, çalışın pulunuzu geri alasınız,” Hoving dedi. “Ödəməmisinizsə, heç ödəməyin də.”
Getti narahat olmağa başlamışdı, ona görə də xüsusi Yunanıstanda kouro ilə bağlı xüsusi simpozium çağırdı. Onlar heykəli sarıyıb, Afinaya üzdülər və ölkənin ən təcrübəli heykəl mütəxəssislərini dəvət etdilər. Bu dəfə təlaşın xor səsi daha yüksək idi. Harrison bir dəfə Afina Acropolis Muzeyinin directoru George Despinisin qarşısında dayanmışdı. O heykələ nəzər salaraq ağardı. “Torpaq altından çıxmış heykəl görən hər kəs deyə bilər ki, bu heykəl torpaq altında olmayıb. Afina Arxologiya Cəmiyyətinin rəhbəri Georgios Dontas heykəl görən kimi dondu. “ Mən Kouronu ilk görəndə,” o dedi, “Mənə elə gəldi ki, işlə mənim aramda şüşə var.” Dontasdan sonra Afina Benaki Muzeyinin direktoru Angelos Delivorriasa növbə çatdı. O heykəlik stili ilə düzəldildiyi mərmərin Thaosdan gəlməsi arasında olan ziddiyat haqqda geniş danışdı. Sonra o, anadı. Nə üçün o saxta olduğunu düşünürdü? Çünki o gözünü heykəlin üzərinə ilk dəfə salanda deyir o intuitiv nifrət dalğası hiss etdi. Simpozium qurtaranda iştirakçıların əksəriyyəti kouronun güman edildiyinən fərqli olduğuna əmin idilər. Getty öz hüquqşunasları, alimləri və ağrılı araşdırma bir nəticəyə və dünyanın Yunan heykəltəraşlığı üzrə ən qabaqcıl alimləri -heykələ bircə dəfə baxmaqla və intutiv antipatiya ilə başqa nəticəyə gəldilər. Kim haqlıdır? Aydın idi kiç kouro elə bir heykəl idi ki, alimlər onun barədə konfranslarda mübahisə edirdilər. Amma sonraç yavaş yavaş Getty məsələsi dağılmağa başladı. Gettynin hüquqşunasları kouronun İsveçrəli həkim Lauffenbergerə qədərki keçmişini izləmək üçün istifadə etdikləri məktubların saxta olduğu ortaya çıxdı. 1952-ci ilə tarixi olan məktubun üzərindəki poçt kodu on iki il onda sonraya kimi mövcud olmayıb. 1955-ci il tarixli məktub 1963-cü ilə kimi açılmayan bank hesabına ünvanlanıb. Uzun ayların araşdırmasından sonra Getty kourosunun Anavyssos kourosu olduğu neticəsinə gəlindi. Amma bu da şübhə altına alındı: Yunan heykəltəraşlığının mütəxəssizləri yaxından araşdırdıqca müxtəlif yerlər və zamanda müxtəlif stillərdən ibarət mürəkkəb saxtalıqlar gördülər. Genc oğlan heykəlinin qamətindəki nisbətlər Munichdəki Tenea kourosuna, mucuqlu sac düzümü daha çox New Yorkdakı Metropolitan muzeyindəki kourosa oxşayırdı. Eyni zamanda onun ayaqları müasir idi. Sonrada məlum oldu ki, bu 1990-cı ildə İngilis incəsənət tarixçisinin İsveçrədə tapdığı fraqmental heykələ daha çox oxşayır. Hər iki heykəl oxşar mərmərdən kəsilib və oxşar üsulla yonulub. Amma isveçrə kourosu Yunanıstandan gəlməyib. O 1980-ci illərin əvvəli Romadakı saxtakarlar emalatxanasından idi. Getty elmi araşdırmalarının nəticəsi heykəlin səthinin yüzilliklər sonra formalaşdığını demişdi axı? Bəli, məlum oldu kiç hər şey heç də belə kəsilib qurudulmayıb. Daha sonrakı analizlər nəticəsində, digər geoloq dolomitin mərmərli heykəlin səthi kartof nişastası ilə bir neçə ay ərzində əsrlərə qocaldıla bilər. Gettynin kataloqunda kaurosun “ Eradan əvvəl 320 və ya müasir saxtakarlıq.” yazılı rəsm var. Federico Zeri, Evelyn Harrison, Thomas Hoving və Georgios Dontas- və digərləri, kourosa baxanda hiss etdikləri “intuitiv antipatia” hiss edəndə tam haqqlı idilər. Baxışın ilk saniyələrində-bir nəzərlər- onlar Getty komandasının on dörd həftə sonra heykəlin mahiyyəti haqqında gəldiyi nəticədən daha çox anlamışdılar.
Göz qırpımı kitabı bu ilk iki saniyə haqqındadır.
ŞƏRHLƏR