Arxiv
Vağzal. Bakı-Tiflis qatarı
Gürcüstana getməliydim. Yanvarın 7-si yollandım vağzala, bilet dalınca. Həmişəki kimi olmasa da, yenə kassaların qarşısında sıra var idi. Mən də sıraya düzüldüm.
40-43 yaşalarında bir kişi Ucara 3 bilet alırdı. Qiymətinini soruşdu. Kassir qadın 36 manat dedi. Kişi qısqanclıqla pulqabısını açıb içindən 40 manat çıxardıb kassanın nəfəsliyindən qadına uzatdı. Qadın pulun artıq olduğunu hiss etsə də, saymağa başladı. Sonra isə yalançı təəccüblə kişiyə baxıb, “Axı mən 36 manat dedim”. Kişi qururlar cavabın, “Çaypuludur”. Kassir qadın gülümsəyərək, göz süzdürdü. Ətraflı…
Kassir qabiliyyəti-yenə əfəlləndim
Hirsliyəm. Yenə aldatdılar məni kassada. Dəmiryol vağzalının kassasında. Rayona getməliyəm. Qazağa. Bu gün bilet almağa getmişdim.
5-6 ay bundan qabaq da getmişdim. Onda düz bir manat mənə “atmışdılar”. Kassada. Bu dəfə özümə dedim ki, belə omlayacaq. Məni aldatmalarına yol verməyəcəm. Ətraflı…
ŞƏRHLƏR