Arxiv

Posts Tagged ‘qatar’

Vağzal. Bakı-Tiflis qatarı

Yanvar 14, 2010 3 şərh

Gürcüstana getməliydim. Yanvarın 7-si  yollandım vağzala, bilet dalınca.  Həmişəki kimi olmasa da, yenə kassaların qarşısında sıra var idi. Mən də sıraya düzüldüm.

40-43 yaşalarında bir kişi Ucara 3 bilet alırdı. Qiymətinini soruşdu. Kassir qadın 36 manat dedi. Kişi qısqanclıqla pulqabısını açıb içindən 40 manat çıxardıb kassanın nəfəsliyindən qadına uzatdı. Qadın pulun artıq olduğunu hiss etsə də,  saymağa başladı. Sonra isə yalançı təəccüblə  kişiyə baxıb, “Axı mən 36 manat dedim”. Kişi qururlar cavabın, “Çaypuludur”. Kassir qadın gülümsəyərək, göz süzdürdü. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , ,

Dayım niyə söyür?

Noyabr 8, 2009 3 şərh

Dayım Rusiyadan gəlib. Dedim gedim görüm. Getdim, Protokol qanunlarına əməl elədik. Öpüşüb görüşdük. Donuz gripi qorxusu olmadan. Oralardan hal-əhval tutdum. Necə gəldiyini soruşdum. Bura qədər hər şey yaxşı idi. Elə ki, bu barədə soruşdum, kişinin elə bil dərisini soydular. Açdı ağzını, yumdu gözünü. Aşağıdan yuxarı söyməyə başladı höküməti. Deyirəm niyə belə qəzəblisən?

Deyir, niyə qəzəbli olmayım? Nə gömrükdə, nə də gömrüyü keçəndən ürəkaçan münasibət  görməmişəm.  Nə qədər orda idim, Azərbaycanı TV-dən izləyirdim, həsəd aparırdım. Çalışırdım ki, vaxt eləyim gəlim vətənə. Gəlməz olaydım. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

Kassir qabiliyyəti-yenə əfəlləndim

İyul 23, 2009 Bir şərh yazın

Hirsliyəm. Yenə aldatdılar məni kassada. Dəmiryol vağzalının kassasında. Rayona getməliyəm. Qazağa. Bu gün bilet almağa getmişdim.

5-6 ay bundan qabaq da getmişdim. Onda  düz bir manat  mənə “atmışdılar”. Kassada. Bu dəfə özümə dedim ki, belə omlayacaq. Məni aldatmalarına yol verməyəcəm.   Ətraflı…

Qatarla seyyahet !

Fevral 19, 2009 7 şərh

indice vaqona mindim. Yarim saat tez gelmisem. Men birinci deyilem. Bilete goz gezdirdim. Kassada isleyen xanim mene 3manat 90qepiye satmisdi bu bileti. Indi gorurem meni efelleyibler. Biletde yazilan qiymetden ne az ne cox 1 manat. Resmi qiymet 2manat 90qepikdir. Efellenmek nece duygudur? Menim hec xoshuma gelmedi. 1qepik de olsa efellenmek istemirem.
Tanislari olanlar qruplasib sohbet eleyir. Men tek oldugum ucun qulaq asmaqla yetinirem. Lehcelerinden Qazax-Agstafa bolgesinden olduqlari aydin gorunur. Yerlilerimdir. Ziyali insanlara da oxsamirlar. Danisdiqlari movzu mene gulmeli gelir. Maraqlidi neden danisirlar? 🙂 deyirler:”Bush prezidentlikden getdi, bes ona niye 200000 ABS dollari pul verdiler?” xanim oz qulaqlari ile eshidib:). Niye gulmelidi? Ne bilim belke de men sehvem. Azerbaycanin hel olunmali meseleleri qurtarib. Insanlar neise muzakire elemelidiler axi. Deyeceksiz bes referendum? Yeqin bunlar artiq referendumu tam basha dushubler de!
Seyyahet davam edir. . .

Kateqoriyalar: Düşüncə, Maraqlı Etiketlər: , , ,