Əsas səhifə > Sosial, Xəbər > Jurnalist kimdir ?

Jurnalist kimdir ?

Kimdir jurnalist?

Qərblilərə görə, “keşikçi köpək”dir jurnalist. Yəni, vətəndaş hər zaman onu öz yanında, ətrafında görür. Jurnalistin əsas funksiyası iqtidarı nəzarətdə saxlamaq, vətəndaşla dövlət arasında körpü qurmaq, bir sözlə, 4-cü hakimiyyətdir.

Elə buna görə də bəzən haqqını müdafiə etdiyi insanlardan belə şapalaq yeyir, haqsızlığa uğrayır, şəxsi həyatı olmur, sındırılır, əzilir, bütün bunlara rəğmən ayaqda durur…

Kimdir jurnalist?

Öz peşəsində uğur qazana bilməyib şansını bu sahədə sınayanlarmı, yoxsa dövlət qurumlarını hədələyib rüşvət alanlarmı? Jurnalistika fakültəsini bitirənlərmi, yoxsa jurnalistikadan dərs deyib, ortaya nümunə kimi heç nə qoya bilməyənlərmi? Hə, kimdir jurnalist? Azərbaycan reallığında bu sualların cavabı o qədər mücərrəd görünür ki…

Yazdıqlarına görə şantaj edilən, döyülən… Sonuncu dəfə Azərbaycanda bu cür göründü  jurnalist. Əgər hələ də yaşayırsa, kim bilir, daha nələr gözləyir onu…

Kimdir jurnalist?

Əksər halda haqqında “çox sırtıq olurlar, deyirsən istəmirəm, çəkirlər”- deyilir. Vəzifəlilər yuxarıdan aşağı baxır, amma cəmiyyətə təsir gücü olduğu üçün ələ almağa çalışır. Mükafatı haqqında eşitdiyi “gözəl fikirləri olur, maraqlı məsləhətlər verirlər”, “yaxşı qələmi var, əla təhlil edir”, “verilişi çox yaxşı ələ alır” kimi fikirlər olur.

Kimin üçünsə paparazi, köşə yazarı, blogger, şərhçi, diktor, aparıcı…dır jurnalist, kimin üçünsə də əlinə hər qələm alan…

Yüz şillədən sərt olur “keçən dəfə sənin bir həmkarın da gəlmişdi, dəftərinin arasına payını qoyub göndərdim”, – deyib üzünə kinayə ilə gülümsəyənlərin sözü. Boğaza düyün kimi tıxanır müsahibə almaq istədiyi adamın “hər şeyi anladım, indi sən mənə de görüm, sən müxalifət jurnalistisən, yoxsa iqtidar” sualı.

Onlarla məqalə müəllifi olsun, yazdıqları bütün ölkəni silkələsin, cibində vəsiqəsi yoxdursa, çoxu üçün heç kimdir jurnalist…

Bu gün əskəriyyəti hakimiyyətin dəyirmanında üyüdülür, sobasında qızardılır, satılır, alınır. Amma ələkdə qalanı da az deyil. Onlar cəmiyyəti göstərir, cəmiyyətə göstərir. Deməli, cəmiyyətin güzgüsüdür jurnalist…

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: