Arxiv

Posts Tagged ‘jurnalist’

Jurnalist kimdir ?

Dekabr 21, 2012 Bir şərh yazın

Kimdir jurnalist?

Qərblilərə görə, “keşikçi köpək”dir jurnalist. Yəni, vətəndaş hər zaman onu öz yanında, ətrafında görür. Jurnalistin əsas funksiyası iqtidarı nəzarətdə saxlamaq, vətəndaşla dövlət arasında körpü qurmaq, bir sözlə, 4-cü hakimiyyətdir.

Elə buna görə də bəzən haqqını müdafiə etdiyi insanlardan belə şapalaq yeyir, haqsızlığa uğrayır, şəxsi həyatı olmur, sındırılır, əzilir, bütün bunlara rəğmən ayaqda durur…

Kimdir jurnalist?

Öz peşəsində uğur qazana bilməyib şansını bu sahədə sınayanlarmı, yoxsa dövlət qurumlarını hədələyib rüşvət alanlarmı? Jurnalistika fakültəsini bitirənlərmi, yoxsa jurnalistikadan dərs deyib, ortaya nümunə kimi heç nə qoya bilməyənlərmi? Hə, kimdir jurnalist? Azərbaycan reallığında bu sualların cavabı o qədər mücərrəd görünür ki…

Yazdıqlarına görə şantaj edilən, döyülən… Sonuncu dəfə Azərbaycanda bu cür göründü  jurnalist. Əgər hələ də yaşayırsa, kim bilir, daha nələr gözləyir onu…

Kimdir jurnalist?

Əksər halda haqqında “çox sırtıq olurlar, deyirsən istəmirəm, çəkirlər”- deyilir. Vəzifəlilər yuxarıdan aşağı baxır, amma cəmiyyətə təsir gücü olduğu üçün ələ almağa çalışır. Mükafatı haqqında eşitdiyi “gözəl fikirləri olur, maraqlı məsləhətlər verirlər”, “yaxşı qələmi var, əla təhlil edir”, “verilişi çox yaxşı ələ alır” kimi fikirlər olur.

Kimin üçünsə paparazi, köşə yazarı, blogger, şərhçi, diktor, aparıcı…dır jurnalist, kimin üçünsə də əlinə hər qələm alan…

Yüz şillədən sərt olur “keçən dəfə sənin bir həmkarın da gəlmişdi, dəftərinin arasına payını qoyub göndərdim”, – deyib üzünə kinayə ilə gülümsəyənlərin sözü. Boğaza düyün kimi tıxanır müsahibə almaq istədiyi adamın “hər şeyi anladım, indi sən mənə de görüm, sən müxalifət jurnalistisən, yoxsa iqtidar” sualı.

Onlarla məqalə müəllifi olsun, yazdıqları bütün ölkəni silkələsin, cibində vəsiqəsi yoxdursa, çoxu üçün heç kimdir jurnalist…

Bu gün əskəriyyəti hakimiyyətin dəyirmanında üyüdülür, sobasında qızardılır, satılır, alınır. Amma ələkdə qalanı da az deyil. Onlar cəmiyyəti göstərir, cəmiyyətə göstərir. Deməli, cəmiyyətin güzgüsüdür jurnalist…

ALP bələdiyyə seçkilərində jurnalistlərə üstünlük vermək istəyir

Aprel 14, 2009 Bir şərh yazın

«Hesab edirəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində müxalifət jurnalistlərin də namizədliyini irəli sürməlidir. Mənə elə gəlir ki, buna partiyalar tərəfindən heç bir problem olmayacaq. Yaxşı olardı ki, bələdiyyə seçkilərində namizəd olmaq istəyən jurnalistlər bizə müraciət etsinlər». Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

Media Hüququ Institutunun bəyanatı

Aprel 9, 2009 Bir şərh yazın

mri

Bu gün “Azadlıq” qəzetinin yazarı Mirzə Sakit Azərbaycan Milli Məclisinin martın 17-də qəbul etdiyi amnistiya aktına əsasən azadlığa buraxılıb. Sərt satirik şerləri ilə tanınan Mirzə Sakit ictimai rəyə görə qondarma ittihamlarla həbs olunmuşdu. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

«Yeni Nəsil» Azərbaycan Jurnalistlər Birliyinin

Aprel 8, 2009 Bir şərh yazın

yeninasil_smallAprel ayının 7-də Yasamal Rayon Məhkəməsinin hakimi Tahir Ismayılov “Təzadlar” zetinin baş redaktоru Asif rzilinin bir il müddəti azadqdan hrum edilməsi, həmin qəzetin əməkdaşı Zümrüd Məmmədovanın i al ay ddətinə islah işlərinə məhkum olunması barədə qərar çıхarıb. Hər iki jurnalist Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə böhtan atmaqda, оnun şərəf və ləyaqətini alçaltmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri) təqsirli bilinib.

Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , , ,

Elmar Hüseynovun qətlindən 4 il keçir…

Mart 2, 2009 2 şərh

elmar-portret2“Məni çox zaman ixtisasca jurnalist olmamağıma görə qınayırlar. Amma burda nə var ki? Mən ixtisasca jurnalist olmasam da, bu sənəti sevirəm. Sevgidən qorxmaq lazım deyil ki?! Elə peşəkarlar var ki, onda sevgi yoxdur. Həvəskar olub bu sənəti sevmək, peşəkar kimi bu sənəti sevməməkdən üstündür” deyən mərhum jurnalist Elmar Hüseynovun qətlindən 4 il keçir. Bu gün Elmar Hüseynovun anım günü idi. Və bu gündə mərhumun ailə üzvləri, jurnalistlər, siyasətçilər, bəzi səfirliklərin və QHT nümayəndələri onun məzarını ziyarət ediblər.

Ətraflı…