1.Cəld və Ehtiyatlı- Göz qırpımı. Düşünmədən düşünməyin gücü
1.Cəld və Ehtiyatlı
Təsəvvür edin ki, sizdən sadə qumar oyunu oynamağınızı istəyirəm. Qabağınızda dörd dəst kart var- onlardan ikisi qırmızı və digər ikisi göy. Dörd dəstdə olan hər bir kart sənə müəyyən məbləğ qazandırır və ya məbləğ alır və sənin işin bu dəstlərin hər hansı birindən kartları açmaqdır. Amma elə etməlisən ki, bu sənin qazancını artırsın. Sən əvvəl bunu bilmirsən amma qırmızı dəstdəki kartlar minasahısidir. Qazanc yuksəkdir, amma uduzanda çox uduzursan. Düzü siz yalnız
mavi dəstədəki kartlardan çəkərək qazana bilərsiniz. Beləliklə sabit olaraq $50 və xırda cəzalar əldə edirsiniz. Sual ondan ibarətdir ki, nə qədər vaxt sonra bunu anlamaq olar ?
Iowa Universitetindən bir grup alim bir neçə il əvvəl təcrübə aparıblar, və onlar tapıblar ki, əlli kart götürdükdən sonra biz nə baş verdiyi haqqda güman yaranır. Biz bilmirik nəyə görə göy kartları seçirik, amma nədənsə göy kartların mərc gəlmək üçün daha şanslı olduğuna əminik. Səksən kartdan sonra çoxumuz oyunu anlayır və ilk iki dəstənin niyə piss fikir olduğunu izah edə bilirik. Bu doğrudur. Bizim təcrüblərimiz var. Biz onlardan istifadə edib düşünürük. Biz teoriya yaradırıq. Bundan sonra ikinin üzərinə iki gəlirik. Bu öyrənmənin işləmə yoludur. Amma Iowa
alimləri başqa cürə etdilər və və burada təcrübənin qəribə yeri başlayır. Qumarbazların hər ikisini ovuclarını tər vəzilərinin fəaliyyətini ölçən aparata qoşdular. Digər tər vəzilərimiz kimi ovucumuzdakılar da istiyə olduğu kimi stresə də reaksiya verir-buna görə də biz həyəcanlananda ovuclarımız yapışqanlaşır. Iowa şahidləri qumarbazlar onuncu kartdan sonra qırmızı dəstəyə qarşı stress hiss etməyə başlayır, bu iki kartlarda ne bahs verdiyini guman etdiklerinden qırx kart evvel.
Daha önəmlisi onların əli tərləməyə başlayan zaman onların davranışı da dəyişdi. Onlar göy kartları daha çox seçməyə qırmızı kartların sayısını azaltmağa başladılar. Bir sözlə qumarbazlar oyunu anladıqlarını dərk edəndən daha tez oyunu anlamışdılar: onlar lazımı uyğunlaşmanı şuurlu olaraq nə cür davranmalı olduqlarını anlamazdan qabaq etmişdilər.
Iowa təcrübəsi əlbəttə bacarıqlı insanları və strees tetektoru celb olunan sade kart oyunu idi. Amma bu bizim ağlımızın işləməsinin güclü illustrasiya edir. Ortaya qoyulan pulların yüksək olduğu, daha sürətlə baş verən, və iştirakçıların qısa vaxt ərzində daha çox informasiya qəbul etməsi gərəkən daha bir nümunəyə baxaq. Iowa təcrübısi burda nə deyir ? Bu anlarda, bizim beynimiz şəraiti anlamaq üçün iki fərqli strategiya işlədir. Birncisi bizim çox tanış olduğumuz üsuldur. Bu şuurlu strategiyadır. Biz öyrəndiklərimiz haqqda düşünür və nəticə olaraq cavab tapırıq. Bu strategiya məntiqi və dəqiqdir. Amma bu səksən kart sonra baş verir. Bu çox ləngdir və çoxlu informasiya tələb edir. Beləliklə ikinci startegiya da var. Bu daha cəld işləyir. Bu on kartdan sonra işləməyə başlayır, və bu həqiqətən çox ağıllı üsuldur. Çünki, bu üsul qırmızı kartlarla olan problemi demək olar dərhal götürür. Amma onun çatışmamazlığı var çünki şüur səthinin altında çalışır(ən azı başlanğıcda). O öz mesajlarını qəribə dolayısı kanallarla, məsələn ovucumuzun içindəki tər vəziləri ilə ötürür. Bu bizim beynimizin bizə nəticəyə gəldiyini bildirmədən nəticəyə gəldiyi bir sistemdir. İkinci strategiya Evelin Harrison, Thomas Hoving və Yunan alimlərinin seçdikləri yol idi. Onlar hər bir dəlilərin hərtərəfli düşünmürdülər. Onlar bir baxışda götürdüklərini düşünürdülər. Onların düşüncə tərzi idrak psixoloqu Gerd Gigerenzerin “Cəld və ehtiyatlı” adlandırmağı xoşladığı tərz idi. Onlar heykələ sadəcə bir nəzər saldılar və onların beyninin bəzi hissələri ani hesablama apardı və şüurlu düşüncə baş vermədən onlar, qumarbazların tər vəzilərində olduğumu kimi nəsə hiss etdilər. Thomas Hoving üçün anidən ağlına gələn tamamilə uyğun olmayan “təzə” sözü idi. Angelos Delivorriasda isə bu “İntutiv antipatia” dalğası oldu. Onlar bilirdilərmi niyə bilirlər? Tamamilə xeyir. Amma bilirdilər.
…)