Əsas səhifə > Düşüncə > Son gülləsinə qədər vuruşan dostuma

Son gülləsinə qədər vuruşan dostuma

llah yolunda öldürülənlərə ölü deməyin! Onlar yaşayır, lakin siz anlamırsınız! (“Bəqərə” surəsi, ayə 154)

Bir millət kimi təmiz adla öyünmək bütün dünya xalqlarının arzusudur. O adı vətənə bəxş etmək səadəti isə cəsur adamlara nəsib olur. Təəssüflər olsun ki, siyasi oyunlar nəticəsində vətənimizin bir parçası düşmən əlindədir. Ona görə də elə bir azərbaycanlı tapmazsan ki, onun üçün vicdan əzabı duymasın. Çünki bir millət olaraq o rüsvayçlıq hamınızın başına qaxıncdır.

Zaman-zaman satqın nakəslərin namərdliyindən istifadə edən düşmən, vətənimizdə meydan sulayıb. Bunu fürsət sayıb dost-düşmən bizi qınamasın. Azərbaycanın dərdi böyükdür.

Əslində Azərbaycanın dərdini yalnız azərbaycanlı bilir. Dünayada bir çox xalqlar fəlakət və ya düşmən əhatəsində olduğunu deyə bilər. Lakin heç bir xalq Azərbaycan xalqı kimi təklənməyib.

Tarix boyu mərdlik simvoli olmuş bu xalqın elə bu gün də cəsur igidləri var və lazım gəldikdə hər bir azərbaycanlı bunu sübut etməyə hazırdır.

Qarabag qaziləri düşmənə sübut edə bildi ki, hər bir azərbaycanlı ən azı 50 erməni düşmənə bərabərdir.

O, 1990-cı ildən, ermənilərin torpaqlarımıza göz dikib, öz xəbis niyyətlərini həyata keçirməyə başladığı vaxtlardan 1992-ci ildə şəhid olana qədər, ölümündən sonra da, indiyə qədər və yəqin ki, əbədi olaraq xalqın oğlu, igid sərkərdəsi oldu, şəhidlik zirvəsinə ucaldı. Müharibədə özünü kənara çəkə bilmədi, qeyrəti, torpağına olan sevgisi buna yol vermədi.

1990-cı ilin noyabr ayında doğulduğu Laçın torpağında 60 nəfərdən ibarət batalyon yaradaraq əsgər oldu. Ön cəbhədə tanıdım igidi. İlk dəfə idi ki, bir şəhidin şəhidlikdən öncəki cəbhə həyatını müşahidə etmək nəsib olurdu və yenə ilk dəfədir ki, şəhidlə bağlı xatirələri sətirlərə köçürməyə çalışıram.

Cəbhə bölgəsinə hələ yenicə gəldiyi günlərdə burada neçə müddət xidmət edəcəyini soruşmuşdum özündən. “Biz həyatımızın sonuna kimi buradayıq” demişdi o gün. Yəqin ki, səbəbi var demişdim ona. Azacıq fikrə dalmışdı Mahmud, sonra da köksünü ötürüb “Səbəbi var” demişdi. O, gün anlamamışdım səbəbinin şəhidlik olduğunu. İyirmi dörd yaşlı qəhrəmanın həyatının sonuna bircə ay qaldığını o gün anlamamışdım.

Bəli, bu gün də mənim qəhramanım Qarabağ savaşından üzüağ çıxaraq, düşmənə arxa çevirməyərək, sonuncu gülləsinə qədər döyüşərək şəhid olan Abbasov Mahmud Aslan oğludur.

O şəhidimiz ki, bugünə qədər ondan kimsə danışmayıb. Televiziyalarımızda hər gün şoular reklam olunsa da, vətənimiz uğrunda canından keçən şəhidlər haqqında bir verilişə də qıymayanlar qoy utansın, siz ey vətənimin şəhid oğulları.

Əvvəl minlərlə şəhidimizdən biri olan Mahmudun keçdiyi şərəfli ömür yolundan danışmaq istəyirəm.

Abbasov Mahmud 1969-cu ildə Laçın rayonunda azərbaycanın şərəfli bir ömür sürmüş ailəsində doğulub. Atası Aslan kişi də ömrünün 35 ilini azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Mahmudun uşaqlıq illəri çox keşməkeşli olub. Hələ uşaqkən Mahmudda qonşuluğunda olan ermənilərə qarşı böyük nifrət olub. Onlarla mübahisə və dava etməklə eləbil ki, öz gələcəyini qabaqcadan görmüşdü. Elə bil hiss etmişdi ki, böyüyəndə namərd erməni gülləsinə tuş gələcək.

Mahmud Qarabağda savaş başlayanda ilk könüllü özünü müdafiə batalyonunda döyüşən əsgərlərimizdən biri olub. Onun döyüş yolu 1991-ci ilin noyabr ayından 1992-ci ilin dekabrına qədər davam edib. İlk dəfə olaraq 21 yaşında əlinə silah alaraq Laçında erməni ilə döyüşə atılıb. Dəfələrlə ağır döyüşlərdə iştirak edib və bir neçə dəfə yaralanıb. Amma erməniyə olan nifrəti onu döyüşdən-döyüşə şücaətləndirib.

1992-ci ildə o zaman yaranan Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul olunub. Ondan şəxsən mərhum Milli Qəhraman Məhəmməd Əsədov imtahan götürərək XTPD-ə qəbul edib. Bu batalyon 1993-cü ildə artıq sayı 3000 (üç min) nəfərə çatan, OMON-çular adı ilə məşhur olan Xüsusi Təyinatlı Milis Dəstəsinə çevrildi və müharibənin ən qaynar nöqtələrində daim ön cəbhədə olaraq böyük şücaətlər göstərdi.

Mahmud o zaman XTPD-də Qarabağın ən qaynar nöqtələrində Kərcihan, Daşaltı, Nəbilər, Xocalı, Ağdərə, Horadiz, Fizuli, Ağdam, Zəngilan, Şuşa kimi çətin döyüş yolu keçib. O, həmişə öndə olardı və döyüşçülər deyəndə ki, biz torpaq uğrunda ölməyə gedirik, deyərdi “yox, biz ölməyə deyil, öldürməyə gedirik”. Əsl qəhrəman idi, ancaq heç vaxt dildə vətəni, xalqı sevməsindən, onlar üçün hər şeyə hazır olmasından danışmazdı, hər şeyi əməliylə göstərərdi.

Hər bir əsgər yoldaşının üstündə əsir, onlara böyük qayğıyla yanaşırdı. Döyüşçü yoldaşları üçün kişilik, qeyrət rəmzi olan bu mərd insan torpaq itkisinə dözməz, Şuşanın, Laçının adı gələndə kövrələrmiş.

Mahmud həddindən artıq sadə və təvazökar insan idi. İnanmıram ki, onun çatdığı mərtəbəyə yüksələn kimsə onun kimi sadəliyini saxlaya bilsin. Həm də çox duyğulu, səmimi bir insan idi, hər şey onun içindən gəlirdi.

Bir dəfə heç yadımdan çıxmaz, 1992-ci ilin iyul-avqust ayları, “Ağdərə əməliyyatı”na başladığımız vaxt idi. Çaldıran düzünə çıxmışdıq, ordan Şuşa, Laçın görünürdü. Həmin vaxt artıq onlar işğal altında idi. O, əli ilə Şuşanı, Laçını göstərib birdən uşaq kimi ağlamağa başladı. Həmişə Şuşanın, Laçının adı gələndə kövrələr, ancaq bunu bizdən gizlətməyə çalışardı. Deyirdi ki, döyüşçü bir işi görən zaman nəticəsini bəri başdan fikirləşsə, qəhrəman ola bilməz, şəraitin tələb etdiyini vaxtında görmək lazımdır.

1992-ci ilin aprel ayında Şuşadan-Laçına uçan helikopterlə hökümət nümayəndələrinin mühafizəsini təşkil edərkən erməni tərəfdən atılan raket atəşinə tuş gəlsə də, öz cəsarəti və həmin helikopterin pilotunun peşəkarlığı ilə birgə sərnişinləri mənzil başına – Turşsu kəndində olan qaz qurğularının yerləşdiyi meydançaya sağ-salamat çatdırib.

Mahmud döyüşdə bir necə dəfə (ayağından, qolundan və başından) yaralansa da, Allah onu qorumuşdu. Amma 1992-ci ildə Zəngilanda gedən ağır döyüş onun son döyüşü oldu. Onunla xidmət edən əsgərlər danışır ki, ayağından yaralı olsa da o, hamıdan birinci döyüşə atılmışdı.

Mahmudun canından çox sevdiyi vətənə olan sevgisi onun döyüşdən kənarda qalmasına imkan verməmişdi.

Düşmənin snayperdən açdıgı güllə onun ürəyini susdurdu. Mahmud şəhid olarkən torpağı bərk-bərk bağrına başmışdı.

Amma düşmən heç də sevinməsin. İndi Mahmudun adını daşıyan bir oğul boyüyür Abbasovlar ailəsində. Hal-hazırda balaca Mahmud Heydər Əliyev adına litseyin 3-cü sinfində əla qiymətlərlə oxuyur. Nənəsinə söz verib ki, əmisi kimi qəhrəman olacaq. 18 ildir Abbasovlar ailəsi Bakıda müvəqqəti köçkün həyatı yaşayır. Vətən, el-oba həsrəti bu ailənin belini əysə də onlar o xoş günü, Qarabağda qələbə gününü gözləyirlər.

Mahmudun doğum və şəhid oldugu günü ailəsi Şəhidlər Xiyabanında ziyarət etməklə anırlar. Hər il Yanvarın 30-də ahıl ana Fəridə xanım onun adını daşıyan Mahmudla birgə Şəhidlər Xiyabanında şəhid Mahmudun qəbrini ziyarət edirlər. Heç boynunu bükmə, Fəridə xanım, sizin oğlunuz vətən uğrunda şəhid olduğundan o, hamımızın qardaşı, əmisi, dayısı və oğludur.

 

Kateqoriyalar: Düşüncə
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: