Əsas səhifə > Xəbər > Yal itləri fəaliyyətdə !

Yal itləri fəaliyyətdə !

Çox təəssüf, amma deyəsən yal itləri də fəaliyyətı başladı. Bu gün Adnan Hacızadə və Emin Milli restoranların birində oturarkən, iki nəfər onlara yaxınlaşıb nə üçün “dövlətin tənqidi söhbətini edirsiniz” deyə irad tutmağa başlayıblar. Dəmirlərlə yaxşıca məşq etməyə öyrəşmiş bu iki gənc Adnan və Emini cəzalandırmağa başlayıb. Hər ikisini ağır vəziyyətə salıb qaçıblar.

Hal-hazırda hadisəni törədənlər və zərərçəkənlər Səbayel Rayon Polis İdarəsindədirlər.  Zərərçəkmişlərin vəkillərini, hətta polis bölməsinə gələn Hikmət Hacızadəni də (Adnanın valideyni) içəri buraxmayıblar.  Zərərçəkmişləri də bayıra buraxmırlar.

Görünür ki, drujina dövrü başlayır. Yal itləri fəaliyyətdədir.

  1. Ali Resh
    İyul 9, 2009 tarixində, saat 14:35

    Bu gün Azərbaycan Media Mərkızində Emin və Adnanın tutulması ilə bağlı görüş keçirildi. Leyla Yunus, Rəşid Hacılı, İsa Qəmbər və digər QHT və partiya nümayəndələr ilə jurnalistlər iştirak edirdi.
    Şahidlərdən məlum oldu ki, onlar restaranda olarkən siyasi mövzudan danışmayıblar. Onlar söhbət edərkən yan stolda oturanlar onlara söz atıblar. Heç kim reaksiya verməyib. Bunu görəndə söz atanlar Eminə yaxınlaşıb Emin onlara aid bir şey olmadığını dyib. Hündür boy idmançı bədən quruluşu olan oğlan Eminə kəllə zərbəsi vurub. Adnan müdafiə etmək istədikdə onu da vurubblar. Emin və Adnan yerdə uzanıli qalarkən onları yerdə təpikləməyə başlayıblar.

    Adnan və Emin şübhəli şəxs kimi təcridxanada saxlayırlar. Onları saxlayanlar isə Elçin Behbudov bildirdi ki, 9 saylı polis bölməsinin istintaq şöbəsindən Ziya adlı polis işçisindən bəs hadisəni törədənlər niyə saxlanılmadığını soruşanda , ” Onlar səs küy olduğu üçün etirazlarını bildiriblər. Qanuna görə isə belə olanda onlar saxlanılmır.

  2. Ali Resh
    İyul 9, 2009 tarixində, saat 01:22

    Orxan qafarlini da buraxiblar. Orxan Qafarlinin verdiyi melumata gore onlar 7 nefer olublar. yemek yedikleri yerde iki idmanci icheri girib Emini doymeye baslayib. Adnan Emine komek etmek isteyende onu da vurublar.
    Idmancilar Shobede uzr isteyenden sonra onlari buraxiblar.
    Adnani ise 2 sutka saxlayacaqlarini ve sonra da xuliqanliga gore hebs vereceklerini deyibler. Emin de Adnanla birlikde qalacagini deyib. Onlari muveqqeti tecridxanasiya apariblar.

    MENIM POLISIM MENI QORUYUR.

  3. Ali Resh
    İyul 9, 2009 tarixində, saat 00:56

    onlarla birlikde Orxan Qafarlini da apariblarmish. Orxan hele de shahid kimi shobede saxlayirlar, buraxmayiblar

  4. Ali Resh
    İyul 9, 2009 tarixində, saat 00:52

    Adnanla Emini qollu qandallı shubheli shexs qisminde saxlamaq uchun bolmeden apardilar.
    Doyulesen ve seni shubheli shexs kimi saxlayalar. zorakilari da buraxalar.
    MENİM POLİSİM MENİ QORUYUR ! ! !

  5. Ali Resh
    İyul 9, 2009 tarixində, saat 00:22

    idmancilari mashinla polis shobesinden apariblar. Adnana ise 48 saat vermek isteyirler. Onun vekil telebini ise temin elemirler. Yanina hec kesi buraxmirlar

  1. İyul 18, 2009 tarixində, saat 13:26
  2. İyul 15, 2009 tarixində, saat 12:06
  3. İyul 14, 2009 tarixində, saat 15:06
  4. İyul 9, 2009 tarixində, saat 09:55
  5. İyul 9, 2009 tarixində, saat 03:11

Bir şərh yazın