Arxiv
Hind kinosi ve hakimiyyetin ssenarisi ! 2 ay həbs
Bir hind kinosu yadıma düşdü. Çoxunuz bəlkə uşaq vaxtı baxmısınız. Varlı bir hind kişisi fağır hind qadınını zorlayır. Məhkəmə olur. Məhkəmədə kişi çıxış edərək hadisəni təsvir edir. Olanları əksinə danışmağa başlayır. Kinoda kişinin sözləri canlandırılır. Hind kişisi deyir:
” Mən istəmirdim. Onun mənə çoxdan gözü düşmüşdü. Mənim isə ondan xoşum gəlmirdi. Həmin gün o, mənə ilişməyə başladı. Mən isə dedim: “Xahiş edirəm eləmə, lazım deyil. Yox, eləmə, istəmirəm”. O isə mənə fikir vermirdi, məni zorladı.” Ətraflı…
Yal itləri fəaliyyətdə !
Çox təəssüf, amma deyəsən yal itləri də fəaliyyətı başladı. Bu gün Adnan Hacızadə və Emin Milli restoranların birində oturarkən, iki nəfər onlara yaxınlaşıb nə üçün “dövlətin tənqidi söhbətini edirsiniz” deyə irad tutmağa başlayıblar. Dəmirlərlə yaxşıca məşq etməyə öyrəşmiş bu iki gənc Adnan və Emini cəzalandırmağa başlayıb. Hər ikisini ağır vəziyyətə salıb qaçıblar.
Hal-hazırda hadisəni törədənlər və zərərçəkənlər Səbayel Rayon Polis İdarəsindədirlər. Zərərçəkmişlərin vəkillərini, hətta polis bölməsinə gələn Hikmət Hacızadəni də (Adnanın valideyni) içəri buraxmayıblar. Zərərçəkmişləri də bayıra buraxmırlar.
Görünür ki, drujina dövrü başlayır. Yal itləri fəaliyyətdədir.
Rererendumda qanunsuzluqlar -2
Press-reliz
“Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurasının Quba bürosundan verilən məlumata görə, əhali arasında aktivlik müşahidə olunmur. Səsvermədə iştirak edənlərin əksəriyyəti nəyə səs verdiklərini dəqiq bilmirlər. Ətraflı…
ŞƏRHLƏR