Əsas səhifə > Düşüncə > Hind kinosi ve hakimiyyetin ssenarisi ! 2 ay həbs

Hind kinosi ve hakimiyyetin ssenarisi ! 2 ay həbs

Bir hind kinosu yadıma düşdü. Çoxunuz bəlkə uşaq vaxtı baxmısınız. Varlı bir hind kişisi fağır hind qadınını zorlayır. Məhkəmə olur. Məhkəmədə kişi çıxış edərək  hadisəni təsvir edir. Olanları əksinə danışmağa başlayır. Kinoda kişinin sözləri canlandırılır. Hind kişisi deyir:

” Mən istəmirdim. Onun mənə çoxdan gözü düşmüşdü. Mənim isə ondan xoşum gəlmirdi. Həmin gün o, mənə ilişməyə başladı. Mən isə dedim: “Xahiş edirəm eləmə, lazım deyil. Yox, eləmə, istəmirəm”.  O isə mənə fikir vermirdi, məni zorladı.”

Bu səhnələrdə nə qədər gülmüşdüm. Qadın kişi kimi, kişi isə qadın kimi davranırdı. Təsəvvürünüzə gətirə bildinizsə, əminəm, siz də gülürsünüz. “Kor kor gör gör” – deyə bir şey var.  Qadın silahlı olmayıb, kişi də dünya gözəli deyil, qadının heç fiziki gücü də çatmır ki, kişini zorlasın.  Yer üzündə elə insan tapılmaz ki, bu məsələyə inansın. Amma o kinoda hind məhkəməsi ona inanır.

Bax, hakimiyyət də bu hind kinosundakı kimi bir ssenari hazırlayıb.  İki qolu zorbanı salırlar uşaqların dalına, onlar da gəlib otururlar restoranda.  Söz atırlar cavab  gəlmir, yaxınlaşıb bir də ilişirlər. Cavab kobud olmasa da, kələni atır, sonra o birisinə (?).  Yerə uzanan kimi hər ikisini əzişdirirlər. Yoxa çıxırlar. Zərərçəkənlər 9-cu şöbəyə şikayətə gedir. Onları ordan 39-a göndərirlər. Zərərçəkmişlər 39-da olanda 9-cu şöbə necə olursa zorakıları tutur.

KOR KOR, GÖR GÖR

Hakimiyyətin ssenarisi

İki  mədəni insan gəlir restaranda mədəni istirahətə.( İkisi də məcburi köçkün, yataqxanada yaşayırlar özü də. Halbuki bir çoxumuz o bahalı restorana indiyə qədər getməmişik). Baxıb görürlər ki, mədəniyyətsiz, agzının danışığını bilməyən 7-8 gənc hay-küy salıb hamını narahat edirlər. İdmançılar cəmiyyət arasına çıxmamış gənclərə yaxınlaşıb mədəni şəkildə deyirlər: “Üzr istəyirəm, siz çox yüksəkdən danşırsınız. Narahat oluruq, zəhmət olmasa yavaş danışın”. Bunun qarşılığında cəmiyyətin utanc nümunəsi olan bu gənclər mədəni istirahət edən iki idmançı gənci söyməyə başlayır, idmançılara kəllə yumruq atırlar. Dildən qoçaq olan bu gənclər fiziki zəif olduqları üçün vurduqları hər zərbədən öz başları, bədənləri, burunları əzilməyə başlayır.  İdmançılar restorandan çıxıb polis bölməsinə şikayət edirlər. Asayış qoruqçuları isə qısa müddətdə zorakıları yaxalayırlar.

KOR KOR, GÖR GÖR

Ay başına dönüm, necə olur ki, Adnan və Emin o iki idmançını döyə bilib ??  Axı, onlar həm Adnandan, həm də Emindən bədəncə və güc baxımında xeyli üstün olublar. Bədənləri əzələli olub. Yaxşı, bəs 9-cu bölmə necə tutub bunları? Şəkillərimi var idi ?

Hind kinosunda güldüyüm Hind Məhkəməsi real oldu. Bizim Milli Azərbaycan Məhkəməsi Emin və Adnana 2 aylıq həbs cəzası verib.

Hakimiyyətə sözüm var.  Zəhmət olmasa, gələn səfər daha keyfiyyətli ssenaristlə işləyin. Hollywooda müraciət edin, kömək edərlər. Qoy neft pulundan bir iki yüz min də bura xərclənsin. Dədə pulu deyil ki, dövlətdən gedir də onsuz da!

  1. Gunay Kerimova
    İyul 11, 2009 tarixində, saat 00:38

    Rəşad sağ ol, əla bənzətmə etmisən. Çünki belə gülünc hal ancaq hind kinosunda görünə bilərdi. Yəqin ki, bu planı quranlar da elə birinci sən dediyin o filmə baxıblar. Necə də ədalətli, demokratik bir dövlətdə yaşayırıq. Azərbaycanda gənclərin fəal olması hamını qorxudur nədənsə.
    Artur sənin qaçqınlar haqqında fikirlərin düzgün deyil, yəni o idmançılar qaçqın yox başqa bir yerdən olsaydı onda da onu yazacaqdın hə?

  2. Narmin
    İyul 11, 2009 tarixində, saat 00:29

    Ay millet, siz ne danishirsiz? bu hele yaxshi haldi..5-6 il evvel prezident kartecinden olan bir mashin 8 yashli qiz ushagini vurmushdu, ushaq nece zedelene biler, tesevvurunuze getirin, amma polis ictimaiyyete achiqladiki, piyada mashina agir zerer vurub, neyinise ezib:) bu bilirsiz ne demekdi? ay millet, ay xalq biz siznen mezelenirik.. bunun bashqa adi yoxdu.

  3. Elshan Ganjavi
    İyul 10, 2009 tarixində, saat 23:44

    indi anladimki millet dediyimiz insanlar millet deyilmish sadece bu olke nece rusiyanin kolesi olub, bizim dirnaq arasinda adlandirdigimiz millet hokumetin kolesi olub! ve sadece hemin 2 azeri vetendashi(idmancilar) nece kole oldularsa bu dirnaq arasi millet hokumetin kolesi oldugunu bildirdi!
    Emin ve Adnan BIZ gencler sizlerleyik!

  4. İyul 10, 2009 tarixində, saat 23:09

    artur mence umumi danishmagi yeri yoxdu…Her kesin oz aile terbiyesi, exlaqi, namusu var… O ograshlara, namussuzlara, exlaqsizlara kutbeyinlere gore butun qachqin mecburi kochkunu gunahlandirmaq ve tehqir etmek duzgun deyil…basha dushurem, her birimizi yandirir bu olay…Sebirli olmaq lazimdi…

  5. vugarilla
    İyul 10, 2009 tarixində, saat 23:04

    xalqin gucu (POWER OF IDP’S) :)))

  6. İyul 10, 2009 tarixində, saat 23:04

    Chox sagol, Resh Ali…Ureyimden tikan chixartdin…Sherefsizlere meydan olan olkemiz…

  7. vugarilla
    İyul 10, 2009 tarixində, saat 23:03

    good article – krassavchik!!!

  8. Ali Resh
    İyul 10, 2009 tarixində, saat 23:01

    Lap “Gündəlik Azərbaycan” qəzetinin bağlanması, Eynulla Fətullayevin məhkəməsi yadıma düşdü. O vaxtlar da məcburi köçkünlərdən istifadə edilmişdi.

  9. vugarilla
    İyul 10, 2009 tarixində, saat 23:00

    indi realliqla uz-uze geldik. beynelxalq teshkilatlarin , sefirliklerin gucu VS hokumet.
    Hokumet gorsetdiki gucludur.

  10. artur
    İyul 10, 2009 tarixində, saat 22:57

    bu olkede hamkimiyyetin kirli ishlerin mecburi kochkunler gorur cox vaxt.torpagin itirenler bashqa sheylerin de itirmeye baslhiyir nese

  11. Leyla Karimova
    İyul 10, 2009 tarixində, saat 22:17

    yag kimi suyun ustune chixmagi yaxshi bacariblar… Guluncdu ve o derecede de iyrencdi!

  12. L-chin
    İyul 10, 2009 tarixində, saat 21:55

    ela yazmisan,bura Bolliwood yox Azerwood oldu,dogurdanda cox guluncdu,gor ozlerrini ne yerine qoyublar,yenede Azadliqradiosunda dediyim kimi bu fikirleri fikirlewenlerin fikirlerini fikir cantasina qoyub Xezer denizinin dibine atmaq lazimdi,hormetli hakimiyyet ozunuze bir bawqa fikir ustasi tapinki bele komediya tekrarlanmasin,her halda ozumuzunkuler oyrewib hec olmasa xarici qonaqlarimizdan utanin,biz axi cox qonaqperver xalqiq,Emin ve Adnanin yaxinlarina sebr dileyirem,mohken olun

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: