Balta kəsərini itirib yoxsa bu balta o, balta deyil ?
Ümumiyyətlə televizora baxmıram. Hakimiyyətin ikinci fiqurunun məqaləsindən sonra izləməyə başladım. Bayağı verişlərin azalacağına ümüdli idim. Axı əmr ağadan gəlmişdi. Xoş sözlər eşitdim. Güya, bir neçə bayağı verlişləri bağlayıblar. Amma eşitdim, görmədim. Yenə eyni verlişlər, eyni aparıcılar, eyni müğənnilər.
Nə olub belə ? Balta kəsərini itirib ? Azərbaycanda bu insanın yuxusuna da girə bilməz. Bu yazı çox güman ki, söz azadlığının sıxışdırılması üçün görüləcək tədbirlərin xəbərçisidir. Tv rəhərlərini toplayıb onların nəyi necə yayımlayacaqlarını hökümət tapşırır.
Bu haqqda media mütəxəssislərindən biri ilə söhbət edəndə o, mənə Ramiz Mehdiyyevin bundan qabaq da media haqqında məqalə yazdığını ve bundan sonra medianın ciddi problemlerinin yaranmasını xatırlatdı.
Bəli, balta koralmayıb. Sadəcə bu balta başqadı. Yaşayarıq, bu baltanın necəliyini və hara vurulduğunu görərik.
Hamısı boş şeydi. Hamısı şoudu, 1-2 verlişi bağlamaqla isə sadəcə gözdən pərdə asmaq istədilər.
Bu balta hələ bundan sonrada illərcə belə qalacaq.
yox sadec olaraq bu baltanin gosterilmesidir. baltani gosterdiler ki, yeni ozunuz yaxshi aparin keserik haaa sizi:)