Saxta bayraqdarlara
Protokollar imzalandı. Türkiyə-Ermenistan maçında bayraq hadisəsi. Azərbaycanda kontr bayraq hadisəsi. Bu barədə çox yazdılar.
Nə baş verir ? Qardaş ölkə, bir millət iki dövlət deyənlər niyə birdən belə aqressiv oldular ? Qafqazlı qanı qaynadı ? Bəli bu bizə xas olan xüsusiyyətdir. Biz rahatlıqda hörmət etdiyimiz insanları, uşaqlıqdan birgə olduğumuz dostlarımız;, bizə daim yaxşılıq edən xeyirxah insanları, birgə ömür sürdüyümüz həyat yoldaşımızı axmaq bir səbəbdən silib ata bilirik.
Protokol mənasında da belə oldu. Axı gözləməyə, düşünməyə, baş verənləri sağlam analiz etməyə nə mane olur? Gör neçə il keçib atəşkəsdən. Konfliktin həll olunması üçün nə etmişik. Ancaq başqalarının yardım etməsini, kimlərinsə gəlib, Qarabağı bizə verməsini istəmişik. İlk addım atılmalı idi. Bunu bizim hökümət görməli idi. Bizimkilərdə ümid qırıldığı üçün başqası addımı atdı. Bəlkə indi bizimkilər nəsə real iş görsünlər.
Qayıdaq bayrağa.
Nədir bu “Hoydu, hoydu”, Bu qədər insan niyə özünə əl atıb? Belə bayraq sevdalısıdırlar ? Boş sözlərdi. Saxta bayraqdarlardılar. Saxtakarlardılar. Ömür boyu boynubükük, səsi çıxmayan insanlar nə oldu birdən belə aqressivləşdilər? Bəs əvvəllər niyə belə aqressiv çıxış eləmirdilər? Hüquqları pozulan insanlar üçün, şərlənib həbsə salınanlar üçün, azad toplaşmaq, etiraz etmək hüququ pozulub döyülən insanlar haqqında niyə belə aqressiv reaksiya vermirlər? Bu cür hadisələrdə azmı bayraq cırılıb? Həm də özmüzkülər tərəfindən. Bayrağı bayraq edən bu ölkənin vətəndaşlarıdır. Bu insanlar bayraq üçün şəhid olacaq. Onlara qiymət verməyənlər bayrağın qədrini necə bilir ?
Bundan sonra da sözü olan saxta bayraqdarlardan soruşuram, hansınızın oğlu döyüş bölgəsində qulluq edib? Əgər edibsə ! Hansınız öz övladını bayrağa bükülü görməkdən şərəf duyar?
Belə bayraq sevadsındasınız adama deyərlər gedin döyüşündəəə,gedin düşmən işğalında olan torpaqları azad ediində.Məndə oturduğum yerdən çox şey deyə bilərəm çox şeyə etiraz edə bilərəm.Əslində iş dildə deyil hərəkətdə olmalıdır.Yalandan çıxıb bağırmaqla vətən torpaq qorumaq olmuar.
“lady.a.canli.az”
Ortaya düshüb aqressivlik gösterenler ,Azerbaycan bayragina türklerden heqaret oldu deyenler—Iranda,Rusiyada,Ermenistanda bayragimiz defelerle tehqir olunanda hardaydiniz göresen?
Bir nece il bundan öncə Xəzər dənizində üzən gəmilərin birində hadisə baş vermişdi. Xarici vətəndaş bizim bayraqla ayaqqabısını silmişdi…
Nəticə nə oldu. Məhkəmədə şikayətçini tutub cəzalandırdılar…
Bəs onda cəmiyyət niyə susdu… Höküməty niyə susdu… Sizlər…
Yanız bir şey deyə bilərəm… Лжепaтриоты…
Bizdə sadəcə təsirə düşmək var, bir adam bir addım atsın hamı ona əsasən qərar verir bu yaxşıdı, ya pis. Əslində bunun necə olduğunu heç kim öz-özlüyündə düşünüb, analiz etmək istəmir. Sabahısı gün, televiziyada, məybuatda deyilsə ki, bu sadəcə xarici dövlətlərin bir planı idi, Azərbaycan-Türkiyə dostdur, qardaşdır, bu gün aqressiv olanlar indi də başqa təsirə düşəcəklər.