Əsas səhifə > Xəbər > İtkinlərin anım mərasimində vətəndaşlarla polis arasında qarşıdurma oldu

İtkinlərin anım mərasimində vətəndaşlarla polis arasında qarşıdurma oldu

3008200919430082009192

Bu gün Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyində Beynəlxalq İtkin Günü ilə bağlı tədbir keçirildi. Ancaq tədbirdə gərgin anlar yaşandı. Komitənin keçirmək istədiyi anım mərasimi demək olar ki, baş tutmadı. Çünki itkin düşənlərin ailələri, doğmaları nə üçün çağrıldıqlarını öyrənmək istəyirdilər. Onlar tək Bakıdan deyil, rayonlardan, kəndlərdən itkin düşən yaxınları ilə bağlı bir xəbər eşidəcəklərinə ümid edib gəlmişdilər. Ancaq bura anım mərasiminə görə çağırılmaqları onların ümidini yenidən yarımçıq kəsdi.

Qızıl Xaç Komitəsinin rəsmisi tədbirin keçirilməsi ilə bağlı danışmağa başlayırdı ki, əsəbləri tarıma çəkilmiş itkin düşmüş insanların doğmaları sözün sona qədər olmasına imkan vermədilər. Onları əsas pis təsir edən məsələlərdən biri heç bir dövlət rəsmisinin tədbirə gəlməməsi idi. Onlar da ürəklərində olan sözləri burda deməyə başladılar. Və artıq anım mərasimi tədbir olmaqdan çıxdı. Əsəbi tarıma çəkilmiş insanlar sakitləşmək bilmirdi. Əslində onları qınamaq olmaz, 15 ildən çoxdur ki, itkin düşmüş doğmalarından cavab gözləyirlər, ümid edirlər. Amma nə faydası? Tədbirdə çıxış edənlərdən biri maşın yolunu kəsməyi məsləhət gördü və bununla da qarışıqlıq başladı. Maşın yolunu kəsən vətəndaşlarla polis arasında qarşıdurma baş verdi. Ancaq Nərimanov rayon Polis İdarəsi aksiyaçıları sakitləşdirdi. Tədbirdə jurnalistlərdən Aynur Elgünəş və fotojurnalist Əhməd Muxtar iştirak edirdi. Ancaq polislə qarşıdurma zamanı Xəzər televiziyasından da çəkilişə gəldilər.

Məqsəd başqa idi – Beynəlxalq İtkin Günü ilə bağlı anım mərasimi keçirmək, ancaq təəssüf ki, istək baş tutmadı…

30 avqust bütün dünyada Beynəlxalq İtkin Günü qeyd edilir!

Photo by Ahmed Muxtar

Kateqoriyalar: Xəbər
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: