Əsas səhifə > Düşüncə, Maraqlı, Sosial, Xəbər > Kimsəsiz uşaqların sığınacaq yeri

Kimsəsiz uşaqların sığınacaq yeri

İstədik, ya istəmədik, xoşumuza gəldi ya gəlmədi fərqi yoxdu, demək olar ki, dünyanın hər bir ölkəsində uşaq evləri var. Dünyanın hər bir ölkəsində övladsız olan, həyatı boyunva övlad sevgisi ilə alışıb-yanan valideynlər də var. Bir tərəfdə də Allahın bu gözəl nemətinə xor baxıb, aparıb öz körpəsini uşaqlar evinə atan vicdansız ata-ana da. Hərçənd ki, bəzi uşaqlar kimsəsizlər evinə hər hansı qəza nəticəsində valideynlərini itirdiyi üçün düşüblər, amma bu o qədər də deyil.

Əvvəllər uşaq evinə getmək nədi, yanından belə keçə bilmirdim. Fikirləşirdim ki, ora getsəm pis olaram, yəni ağlamaq tutar uşaqların da qəlbinə dəyər. Ona görə qorxub getmirdim. Amma sonra bütün cəsaritimi toplayıb Nizami rayonunda yerləşən 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evinə getdim. Tək getmədim rəfiqəmlə birlikdə.Birinci 1 saylı uşaq evinə getdik. Gözlədiyimizin əksinə olaraq, orada bizi qapıçı yox, iki məktəbyaşlı uşaq qarşıladı. Təəccübləndik, bunun səbəbini öyrənmək istədik. Uşaq evinin tərbiyəçi-psixoloqu Nərgiz Ağayeva bildirdi ki, hər gün 2 məktəbli oğlan uşağı növbə ilə qapıda növbətçilik edirlər… Və elə oradaca dərslərini oxuyub, yazırlar. Bu uşaq evi 100-dən çox uşağın sığınacaq yerinə çevrilib. Onların içində məktəbə qədər yaşlı uşaqlar da var. Uşaqlar yaş hədlərinə görə 5 qrupa bölünüblər. Bura qəbul olunan uşaqlar 3 yaşdan yuxarı olmalıdır. Məktəblilər yaxınlıqdakı 220 saylı məktəbdə təhsil alırlar. Onların günləri isə belə başlayır: saat 7-də yuxudan dururlar. Saat 8-ə kimi yeməklərini yeyib, hazırlaşıb dərsə gedirlər. İkinci növbə saat 10-un yarısına kimi təmizlik işlərini görürlər. Uşaqlar boş vaxtlarında müxtəlif məşğələlərdə olurlar. Məsələn, televizora baxırlar (“Kurtlar Vadisi”ni xüsusilə sevirlər), idmanla məşğul olur, oyun oynayırlar. Burada rəqs, ingilis dili, kompyuter, idman, musiqi, bacarıqlı əllər, bədii naxış və başqa dərnəklər var. Hər bazar günü isə valideynlərlə görüş olur.
Getdiyimiz digər uşaq evi isə Xətai rayonunda yerləşən “Günəş evi” adı ilə tanınan 3 saylı uşaq evi oldu. Bu uşaq evinin 90-dan çox sakini var. Onlardan 12 nəfəri peşə məktəbi və kollecdə, 51-i orta məktəbdə oxuyur. 20-yə yaxın uşaq isə məktəbəqədər yaşlıdır. Uşaqlar 3-yaşdan 18 yaşa qədər qəbul olunurlar. Ancaq elə yeniyetmələr var ki, 18 yaşı tamam olsa da getməyə yeri olmadığı üçün burada qalır. “Günəş evi”nin uşaqları 4 qrupa bölünürlər.
Məktəb yaşlı uşaqlar Xətai rayonunda yerləşən 29 saylı orta məktəbdə təhsil alırlar. “Günəş evi”nin təlim-tərbiyə işləri üzrə direktor müavini Məhbubə Hüseynova bildirdi ki, əsas məqsəd burdakı uşaqların cəmiyyət içinə çıxması, kənardakı insanlarla ünsiyyətdə olmalarıdır: “Biz əsas fikrimizi tərbiyəyə yönəldirik, təhsilə isə məktəb cavabdehdir”. Məktəbi bitirənlərdən müxtəlif ali məktəblərdə təhsil alanları var. Əsgərlik yaşına çatan oğlanlar hərbi xidmətdən qayıtdıqdan sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda 6 aylıq kurs keçir, sonra iş və yataqxana ilə təmin olunurlar. Buradakı uşaqlar da dərslərindən əlavə müxtəlif məşğələlərdə iştirak edirlər. Uşaq Evlərində olan balacalar, bəzən öz ailələrinə qaytarılır, amma ailələrini istəməyərək yenidən uşaq evlərinə geri dönürlər.
Hər iki Uşaq Evi bu günədək bir çox uğurlar göstərib, Azərbaycanı digər ölkələrdə bacardıqları qədər təmsil ediblər.
Bu Uşaq Evlərində gələcəyin həkimləri, müəllimləri, hüquqşünasları, rəssamları, rəqqasları, idmançıları və s. yetişir. Onların gələcəkdə öz bilik və bacarıqları ilə Azərbaycanı dünyada layiqincə təmsil edəcəklərinə, gələcəkdə cəmiyyətin müstəqil üzvü kimi formalaşacaqlarına inanıram.
Uşaq evlərində olarkən diqqətimi bir şey çəkdi, burdakı uşaqlar üçün gələn qonaqlar çox zaman əhəmiyyət kəsb etmir. Ancaq onları qınamaq olmaz. Çünki gələnlər onlara nə doğma ata olacaq, nə də ki, həsrətini çəkdikləri ana…

  1. Elcan
    Avqust 26, 2022 tarixində, saat 23:39

    Meni alem özlerinden uzaqlaşdırır apariri nenem ile qala bilmirəm zornam saxliyirlar xahiss mene kömək edin 15 yaşım meni uşaqlar evi siginacagina götürün

  2. Oktyabr 9, 2021 tarixində, saat 09:22

    salam. dunen usaglarnan zarafat edib bura yazi yazmiwam sile bilmirem sizden xaiw edirem o, yazini silesz.

  3. Oktyabr 8, 2021 tarixində, saat 23:55

    salam men qizm Nezrin Ekperzadeni kimsesiz uwaglar evine qoymag qerarina gelmiwem. xais edirem bu barede mene komeyliy edesiz. adi soyadi Ekperzade Nezrin Resad qizi.
    26.09.2012.
    AA0935509.
    6Dcp54x

  4. azerbaycan
    Aprel 23, 2021 tarixində, saat 11:10

    men usaqlar evine getmek isteyirem nece ede bilerem

  5. Elşad Hüseynov
    Oktyabr 27, 2020 tarixində, saat 16:34

    Salam mən kimsəsiz uşaqlar evinə kömək etmək istəyirəm bərbərəm baxaram var 17 yaşma ver isdəyirəmki kimsəsiz uşaqların pulsuz yardım məqsədi ilə saçların kəsib onları sevindirəm ehdiyac olarsa 050-607-42-79 bu nömrəyə zəng etməyinizi xahiş edirəm

  6. Tural
    İyun 11, 2019 tarixində, saat 15:04

    Salam. 10 il bundan qabaq yazmisiz. Maraqli galdi.

  7. İyun 2, 2019 tarixində, saat 00:33

    Salam.Bir xaişim var mene yolun izah edesiniz .Kim kömek edecekse.Men bir oqlan uşaqi övladliqa qötürüb saxlamaq isdeyirem 6 ayliqdan 1,5 yaş (bir yaş yarimina kimi).Bu fikirle baqli men kime müraçiet ede bilerem ve yaxudda hansi adrese qede bilerem ki,menim fikrime isdediyime çiddi yanaşsinlar.oxuyub fikir bildrenlere öz minnetdarliqimi bildirirem.cox sağolun.

  8. Aprel 15, 2019 tarixində, saat 07:47

    Salam. Mən uşaq evində işləmək istəyirəm.hara muraciyət etməliyəm.Özüm melliməyəm.

  9. Dekabr 30, 2018 tarixində, saat 16:27

    Salam menim 13 yasim var ailemden imtina etmek isteyirem meni ailede cox doyuller atamnan anam ayri yasiyir dayim meni 1defe hardasa1ay bundan evvel pis gune qoymuwdu doyerek anam ise bunlara hecne demir atamda ki issiz hec bizi vecinede almir xais edirem meni bu evden goturun

  10. kamil
    Avqust 10, 2018 tarixində, saat 01:36

    salam men 5 ve 6 ayliq usaq goturub saxlamaq isdirem nece goturub saxlamaq olar ve hara muraciyet elim

  11. tergul
    May 19, 2018 tarixində, saat 10:50

    salam men eqli cehhetden zeyf ve ya ferdi tehsil alan usaqlara muellime kimi veya terbiyeci kimi islemek isteyrem nece maraqlana elaqe saxlaya bilerem diplomumda var maiüin onemi yoxdu esas isteyim olara yardimci olmaqdir xais edrem komeklik ederdiz

  12. Elnare
    May 18, 2018 tarixində, saat 16:23

    Biz ise hemin korpeler evine isle bagli muraciet etmek istesek hara nece muraciet ede bilerik?

  13. Sebine
    Yanvar 28, 2018 tarixində, saat 19:50

    Salam bura getmek ucun hansısa bir kagıza,icaze vereqine ehtiyac var?men 18 yaşınnan azdı yaşım amma oz zehmetimle pul qazanıram ve istiyirem ki bu maaşımnan da uşaqlara heddiye edim onları sevindirim onlarla vaxt keçirib derdlerine şerik olmaq istiyirem😞😊😇

  14. Arzu
    Noyabr 12, 2017 tarixində, saat 14:55

    Salam mende kimsesiz uwaqlar evi olan uwaq evinde boyumuwem Gence seherindeki uwaq evinde boyumuwem hardasa 3. Ya 4 yawimda qoyulmuwam pplis terefinden 18 yawimda ordan esgerliye getmiwem 1. Il 6 ay Nazcivanda herbi xidmetde olmuwam ordan qayitdim uwaq evinden meni buraxdilar cole tek insan idim taniwim yox qohumum yox ne edeceyimi bilmirdim coox pis gunler kecirdim yadima duwende bele deli oluram … indi wukr allaha bakida yawiyiram ve burda wirketde iwdiyirem kirayede yawayiram artiq 26 yawim var ve mende her bir gecn kimi aile qurmaq isteyirem ama evim yoxdu bele aile qurmaq olar ?? Axi mende istemirem menim uwaqlarim meni kimi kimsesiz qalmasin , bunlari demekle sebebim odurki dyirler dovletimiz uwaq evinde. Boyuyenlerin qaygisina qalir ne lazimdirsa edir ev verir . Men hecne istemirem 1 evim olsun fiso mende aile qurum menimde oz siginacaqim olsun. Siz qerar verin men pis bir wey istyirem beyem ?? Axi men ne oqurluq etmiwem nede cinayetkar olmuwam wukr allaha pis yolada
    duwmemiwem. Oz kalal zehmetim ile iwliyib dolaniram. Arzu 055.461.65.65

  15. Nata
    Aprel 11, 2017 tarixində, saat 15:18

    mən uşaqlar evində işləmək istərdim buna görə hara müraciət etməliyəm bilmirm

  16. Mart 16, 2017 tarixində, saat 17:21

    Ele isterdimki uwaq evlerinde iwleyim .. onlarla bir yerde olum onlarin derdini birazda olsa azaldim

  17. elmir
    Dekabr 12, 2016 tarixində, saat 18:41

    skim
    skim

  18. ramal
    Dekabr 8, 2016 tarixində, saat 21:29

    cok ela aglamagim geldi

  19. anja
    İyun 22, 2016 tarixində, saat 15:42

    men ogulluga kotyrmek ycyn 3 jasindan 5 jasina geder oglan usagi axtariram,jaxsi olar ki usag jetim olsun.xaricde jasajiram. xahis edirem komek edin ,hara myraciet etmek lazimdir?

  20. Gunay Elizade
    Dekabr 5, 2014 tarixində, saat 19:37

    Cemiyyetde olan vehsiliklere goz yumuruq. Yalandan usaqlara coxusu yazigi geldiyi kimi gosterir. Menim refiqelerim de daxil olmaqla tanidigim cox insan usaqlardan qorxdugunu deyirler. Bele hiss edenlere seslenirem (Ey insanlar. Siz o usaqlarda qorxursunuz. Inkar etseniz de etmeseniz de bu beledi. Ama bir fikirlesin gorum o usaqlardan qorxmaq lazimdi yoxsa onlari bu heyati yasamaga mehkum eden valideynlerden? Bunu fikirlesin ve aglinizi basiniza yigib bir seyler ucun calisin.) Cavablarinizda etikadan kenara cixmayin xahissss. Diqqetiniz ucun tesekkurler..

  21. Aprel 20, 2014 tarixində, saat 16:27

    MEN BURDAN OZUMU HEMDE OGLAN TAPMAQ ISTITEM KIM GORDU AVAB YAZSIN

  22. Aprel 20, 2014 tarixində, saat 16:25

    Usaq evi hec yaxsi deyil cunki , orda usaqlar insafcasina doyuller

    ora getmeyin. Ay valideyinler usaqlari ordaN cixardin

  23. sahile
    Avqust 25, 2013 tarixində, saat 13:12

    Salam Sumqayit sheherinde hec bir ushaq evi yoxdur ozum cox arashdirma aparmisham orda internat mektebleri var.7 sayli sarayda yerleshen ushaq evinin telefon nomresi 0123441180 gecde olsa melumatlandirmaqi ozume borc bildim.Allah komeyiniz olsun!

  24. Aprel 14, 2013 tarixində, saat 21:18

    əvvəlcədən hamini salamliyiram. bilmək istəyirəm Sumgayıt şəhərində kimsəsiz uşaqların sığınacaq yeri varmı?varsa harada yerləşir.

  25. lela
    İyul 14, 2012 tarixində, saat 15:03

    salam.zehmet olmasa mene 7 sali ushaq evinin nomresini yazasiz.burda olan nomreler duzqun deyil. ve birde daun sindromlu ushaq evi harda yerleshir.cavab versez chox sevinerem.

  26. Gulnar
    İyun 25, 2011 tarixində, saat 13:09

    Biz de kollektivlə usaq evlerinden birine getmek istirrik amma adresini bilmirik bize komek edin xahis edikir.

  27. ayka
    Dekabr 28, 2009 tarixində, saat 00:43

    men bu yazilanlari ozum yawamiwam ozumde 1 ne4e defe uwaqlar evine getmiwem.indide ehd etmiwem getmeliyem sadece ele uwaqlar evine istirem ki ora HEYDER ELIYEV FONDU baxmasin.wukur Allaha o fondun baxdigi uwaqlar evi sevgiden bawqa he4 neye mohtac deyiller.eger bilen varsaki bu fondun baxmadigi uwaqlar evi harada yerlewir xaiw olunur mene xeber verin.emailim qruzinka@mail.ru evvelceden 4ox sagolun

  28. SB
    Dekabr 23, 2009 tarixində, saat 00:17

    Salam!
    mende 220 sayli mektebin sagirdiyem!duzdukii 1 sayli usag evinin usaglari burda tehsil alir!usag evinde (1saylo)deusunduyunnuzdenn ferqli onlarla cox gozel mesgul olurlar!verilen her seydende usaglarin xeberi olur!
    lakin usaglarin maksimum 20 neferi oxuyur orta seviyeli!
    oglanlarininda yarisi siqaret cekir (((((co0x tesuf ama men onlarin hamisini cox istireeem!sevgilimde usag evinin usagidi!
    kenan seni seviremmmm!

  29. jale
    Noyabr 28, 2009 tarixində, saat 17:48

    men de usaq evine gedib onlarla unsiyyetde olmagi cox sevirem.onlara maddi cehetden cox komek ola bilmesemde menevi komeyim cox deyer.amma esitmisem qoymurlar iceri

  30. Peygember_Ashiqi
    Sentyabr 12, 2009 tarixində, saat 18:52

    Salamun Aleykum.Men de hami kimi uwaqlarin atilmasina chox pis baxiram,ele buna gore de tez-tez uwaqlar evine gedib onlarla maraqlaniram ve elimizden gelen yardimi onlara edirik.Bu gun yeni 12.09.2009-cu il tarixinde Ramazan ayinda refiqelerimle birlikde NEFTCHILERDE YERLEWEN 1 SAYLI UWAQ EVI-ne getdik,amma gozlediyimizin eksi ile qarwilawdiq,chox pis olduq.Uwaqlar uchun apardigimiz erzaqlarla (meyve ve wirniyyat) bizi geri qaytardilar.Biz uwaqlara ozumuz ikramda bulunmaq ve onlarla sohbet etmek istedik,amma bize ozunu mudir adlandiran Allahin bir nawukur bendesi ile rastlawdiq.O uwaqlarla goruwmeyimize imkan vermedi ve dedi:”Uwaqlar indi yeyibler,erzaqlari bufete tehvil verin gedin!” Indi siz mene deyin gorum uwaq evinde iwleyen bezi bele iwchilere arxayin olmaq olarmi?! Apardigimiz wirniyyatin ve meyvelerin uzunu uwaqlar gore bileceklermi,onlardan dada bileceklermi?! Neyse…. AWKARDA VE GIZLINDE OLANLARIN HER BIRINI DEQIQLILE BILEN ALLAHDIR.Chox teessuf edirem ki,bile-bile oz uwagini atan vicdansiz valideynler var bu dunyada,onlari ALLAH-A TAPWIRIRAM!

  31. Mart 25, 2009 tarixində, saat 20:37

    əvvəla təşəkkür edirəm, belə bir mövzuya toxunduğunuza görə minnətdaram. Orada yaşayan uşaqlardan biri ilə müsahibe aparsanız daha yaxşı olardı.Gələcəiyimizin sərvətləri olan uşaqlarımızı qoruyaq və onlara qayğı göstərək. Bunlar bizim cəmiyyətin güzgüsüdür. Bu güzgünü təmizləməsən və silməsən çirklənəcək və hər şey bu güzgüdə çirkli görsənək. Ümumiyyətlə, çox gözəl mövzuya toxunmusunuz. Təşəkkür edirəm.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: