Əsas səhifə > Xəbər > Qərib Azərə cavab

Qərib Azərə cavab

Disput.az saytında Azərbaycanın ən yeyib içən, ən çox səyahət edən kişisi Qərib Azər  Adnan  və Emin haqqda fikirlərini bildirib. Eşşək videosunu təhlil edib. Videoda  xalqın təhqir  oldunduğunu, onun eşşək adlandırıldığını deyir. Burada  blogerləri müxalif mövqedən və ya tənqidi yazılar yazan jurnalistlərlə müqayisə edir. Belə bir  nəticəyə gəlir ki, Emin və Adnan onlar qədər təhlükəli deyil.  Daha sonra Emininin işləməməsini, çoxlu xarici uçuşlar etməsini, qrantlar alması ilə nəyəsə işarə edir.

Daha sonra  10 may aksiyalarından da danışır, daha doğrusu danışmır,  üstündən keçir.
Bütün  bu hadisələrin  hakimiyyətə lazım olmadığını, uşaqlara  reklam olduğunu yazır.

Roliki beyni ilə deyil, başqa yeri ilə başa düşənlərə

Rolikin harasında xalqı təhqir edirlər?  Rolikdə ən əsas  məqam eşşəyin Azərbaycanda  eşşək kimi doğulmasını istəməsidir. Çünki Azərbaycanda  irəli getmək, uğur qazanmaq  üçün eşşək olmaq lazımdır. Bunun xalqa nə aiddiyyatı var. Bu roliki xalqa təhqir  kimi başa düşən  zəkaya təəccüb edirəm.  “XıXı əsir” deyən məmuru, fəhləlikən başqa  bir  iş görməyən, heç bir ali təhsili olmayan insanı müdir, praravı icra hakimi qoyulan bir ölkədə kimlərin irəli getməyindən danışmağa ehtiyac varmı ?

Emin və Adnan  niyə təhlükəlidir

Bəli, Qərib Azərin sadaladığı insanlar həqiqətən güclü  qələm sahibi və ictimai təsir gücü  olan  insanlardır. Amma  Emin və Adnan  daha  təhlükəlidilər. Nə üçün ? Çünki gəncdilər. Təkcə yazmırlar, həm də təşkilatlanırlar. Ətraflarına  gənc, ağıllı insanları  toplayırlar.  Onlar savadlıdılar, bacarıqlıdılar. Özləri qazana bilirlər. Çətin ki, onları pul ilə  şirnikləndirmək olsun. Hə, bir də çox  hörmətli Qərib Azər  söhbətini elədiyinin, 20 min dolların Emin və Adnana  heç bir aidiyyatı yoxdur. Onlara qəpik də çatmayıb.  O  pul vətəndaş jurnalistikası ilə məşğul olanlara ayrılıb, nə Eminin, nə də Adnanın bu pulnan heç bir əlaqəsi yoxdur.
Emini mən çox da yaxşı tanımıram. Xarici uçuşlarını dəqiq deyə bilmərəm nə ilə ödəyirdi. Amma onu bilirəm ki, tərcümə işi ilə məşğul olurdu. Və bir çox xarici qonaqların tərcüməçiliyini o edirdi.
Gəldik 10 may aksiyalarına. Siz bunun üstündən ötəri keçdiniz. Və yazınızda nə hökumətin, nə də prezidentin  uşaqların həbsizndə maraqlı olmadığını bildirirsiniz. Sizcə, prezidentin atasının ad günündə bu cür tədbir edən insanları asanlıqla unutmaq olar?? Siz gül bayramı adlandırırsınız ona görə unudqan kimi gorünür. Unutmadılar.
Emin və Adnana  reklam oldu ? Onlar  reklam olmadı, Azərbaycandakı vəziyyətin nə yerdə  olduğu  bütün dünyaya  bəlli oldu.
Mən  bilmirəm sizi  bu cür  yazmağa nə vadar edib. Bəlkə hakimiyyətə olan məhəbbətiniz, bəlkə də bizim jurnalistlər kimi şaiyələrdən belə nəticəyə gəlmisiniz. Ümid edirəm bu, sadəcə peşəkarlığın aşağı  olması ilə bağlıdır.

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,
  1. Ruslan
    Dekabr 1, 2009 tarixində, saat 11:33

    Qerib Azerin süjetləri Azərbaycan xalqına təhqirdir əslində.O qədər pulu bu cür mənasız verlişə sərf etmək isə cinayətdir.

  2. Noyabr 23, 2009 tarixində, saat 19:07

    men inanmiram ki dunyada QERIB AZERIN shousu qeder “bezdarni” seyahet proqrami olsun. Mezmunu berbaddir – adam ancaq ozunun eylencelerinden behs edir ve her proqrama mutleq erotik terkib yerleshdirir.

  3. Noyabr 16, 2009 tarixində, saat 23:50

    не знаю как там Гериб Азер, но ребят очень жалко, но что можно сделать, они хотели пойти против течения, а против течения идти невозможно

  1. No trackbacks yet.

Bir şərh yazın