Arxiv

Posts Tagged ‘emin’

Qərib Azərə cavab

Noyabr 13, 2009 3 şərh

Disput.az saytında Azərbaycanın ən yeyib içən, ən çox səyahət edən kişisi Qərib Azər  Adnan  və Emin haqqda fikirlərini bildirib. Eşşək videosunu təhlil edib. Videoda  xalqın təhqir  oldunduğunu, onun eşşək adlandırıldığını deyir. Burada  blogerləri müxalif mövqedən və ya tənqidi yazılar yazan jurnalistlərlə müqayisə edir. Belə bir  nəticəyə gəlir ki, Emin və Adnan onlar qədər təhlükəli deyil.  Daha sonra Emininin işləməməsini, çoxlu xarici uçuşlar etməsini, qrantlar alması ilə nəyəsə işarə edir. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

Demoktariyaya həbs, köləliyə dəstək

Noyabr 11, 2009 2 şərh

Emin və Adnanın məhkəməsi bitdi. Məhkəmə Eminə 2 il 6 ay, Adnana  isə 2 il həbs cəzası kəsdi. Məhkəmənin lap əvvəlindən komediyadan başqa bir  şey olmadığı, prosesin necə bitəcəyi məlum idi. Bütün sübutlar bu işin qurama olduğunu göstərirdi. Polislərin belə yalan şahidlik etdiyi açıq görünürdü. Amma bizim məhkəmə ölkəmizə xas qərar çıxardı. Sübut  elədi ki, bizdə demokratiyaya həbs, kölələrə isə dəstək var. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

Adnan ve Emili ittiham edenlerin muracieti

İyul 20, 2009 1 şərh

“Hörmətli media işçiləri!

Bizi sizə müraciət etməyə iyulun 8-də başımıza gələn hadisə vadar edib.

Həmin gün biz “Sahil” metrosunun qarşısında görüşüb, Fəvvarələr meydanına getdik. Sonra “Livan” restoranına gəlib, yemək sifariş verdik. Bu zaman zalda qonşu masada 7-8 nəfər əyləşib yemək yeyir, içki içirdi. Bir az sonra həmin adamların uca səslə söyüş söydüklərini eşitdik. Bundan narahat olub onlara iradımızı bildirdik. Lakin onlar bizim iradımıza məhəl qomadılar. Dedik ki, söyüş söyməyin, biz burda istirahət edirik. Onlardan bir-iki nəfəri “Əcəb edirik, siz bizə ağıl öyrətməyin” dedi. Sonra mübahisə qızışdı. Biz dalaşmaq istəməsək də, onlar bizim üstümüzə cumdular. Biz özümüzü müdafiə edirdik. Onlardan iki nəfər bizə xüsusi qəddarlıqla zərbə vururdu. Nəticədə biz çoxsaylı zədə aldıq. İndiyə kimi xəstəxanada müalicə olunuruq. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

Emini ve Adnanı nokauta salan hakimiyyət

İyul 11, 2009 3 şərh

Həşəmətli Yap hakimiyyəti növbəti repressiv addımını əzələ nümayiş etdirərək atdı və Azərbaycan gəncliyinin yerinin məhbəs olduğunu sübuta yetirdi. Emin Milli və Adnan Hacızadə qəsdən və qərəzli şəkildə həbs olundular. Əcəba niyə bu iki gənc? Sualımızıın cavabıda onların həbsi qədər çox sadədir. 30 apreldə Dövlət Neft Akademiyasındakı qırğında ölən insanların ruhuna hörmət əlaməti olaraq hakimiyyətin boş və mənasız Gül bayramına etiraz edən gənclərə rəhbərlik edən də məhz Emin və Adnangil idilər. Cavab atəşi gec də olsa gəldi. Həmişəki kimi pusquda dayanan hərbi xunta rejimi iyrənc metodları ilə bu iki gənc fəalı həbs etdi. Ən maraqlı açıqlama isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis-polkovniki Sadiq Gözəlovdan gəldi:” İyulun 8-də saat 19.30 radələrində “Livan” restoran-barında Emin Abdullayev, Adnan Hacızadə və onların ətrafında olan beş-altı nəfər yeyib-içirmişlər. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: ,

Hind kinosi ve hakimiyyetin ssenarisi ! 2 ay həbs

İyul 10, 2009 12 şərh

Bir hind kinosu yadıma düşdü. Çoxunuz bəlkə uşaq vaxtı baxmısınız. Varlı bir hind kişisi fağır hind qadınını zorlayır. Məhkəmə olur. Məhkəmədə kişi çıxış edərək  hadisəni təsvir edir. Olanları əksinə danışmağa başlayır. Kinoda kişinin sözləri canlandırılır. Hind kişisi deyir:

” Mən istəmirdim. Onun mənə çoxdan gözü düşmüşdü. Mənim isə ondan xoşum gəlmirdi. Həmin gün o, mənə ilişməyə başladı. Mən isə dedim: “Xahiş edirəm eləmə, lazım deyil. Yox, eləmə, istəmirəm”.  O isə mənə fikir vermirdi, məni zorladı.” Ətraflı…