Əsas səhifə > Xəbər > Demoktariyaya həbs, köləliyə dəstək

Demoktariyaya həbs, köləliyə dəstək

Emin və Adnanın məhkəməsi bitdi. Məhkəmə Eminə 2 il 6 ay, Adnana  isə 2 il həbs cəzası kəsdi. Məhkəmənin lap əvvəlindən komediyadan başqa bir  şey olmadığı, prosesin necə bitəcəyi məlum idi. Bütün sübutlar bu işin qurama olduğunu göstərirdi. Polislərin belə yalan şahidlik etdiyi açıq görünürdü. Amma bizim məhkəmə ölkəmizə xas qərar çıxardı. Sübut  elədi ki, bizdə demokratiyaya həbs, kölələrə isə dəstək var.

Məhkəmədən

Bu gün mən də məhkəmənin qarşısında idim. Əvvəlkindən çox az adam var idi. Nə baş verir? Yoxsa insanlar inamını itirib? Öz yoluna, məqsədlərinə şübhə ilə baxırlar?  Bu cür hallarla çox rastlaşmışam. Yaxın keçmişdə söz azadlığı, demokratiya uğrunda aktiv fəaliyyət göstərmiş, yazılar  yazmış bəzi tanışlarım  indi  keçmişə baxanda deyirlər: “Boş şeylərdi hamısı. Saf olmuşam, ağılsız olmuşam, indiki ağlım olsaydı başımı aşağı salıb öz həyatımı qurardım”. Görəsən məhkəmə qarşısına gəlməyən gənclərdə də həmin ümüdsülük yaranır? Ümid edirəm ki, bu, ümidsizlik işarəsi deyil.

Məhkəmə bitdikdən sonra uşaqların çıxmasını gözlədim. Həbsə gedən insan, azadlığını itirən insan xoşbəxt ola bilməz. Amma onlar  xoşbəxt görünürdülər. Həbsə getdikləri üçün yox. Azad  olduqları üçün. Azadlıqda məhbus, kölə olmaqdansa, həbsxanada azad insan olmağı üstün tutduqları  üçün.

Demokratiya. . .

Bütün bunlar  “demokratiya  qururuq”  deyilən, televiziyalarında daha çox demokratiyadan danışılan, hökümət nümayəndələrinin qətiyyətlə demokratik bir dövlətik dedikləri Azərbaycanda baş verir. Deməyin ki, onlar olmayan şeydən danışırlar. Bəli, onlar demokratiya qururlar və qurublar.   Amma  bu demokratiya Fələstin zooparkında olan,  zehli rənglənmiş uzunqulağın zebra kimi nümayişə çıxarılması kimi bir şeydi. Onları qane  edən demokratiyadır. Estetik demokratiya.

Demokratiyanı həbsxanalarda axtarın

Demokratiya bizim ölkədə həbsə məhkumdur. Onu həbsxanada axtarın.  Azad söz, vicdan sahiblərini orda axtarın. Azadlıqda olanların da yolu oradır. Estetik demokratiyamızın qaydalarına görə. ..

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,
  1. Guler shahin
    Noyabr 20, 2009 tarixində, saat 11:51

    Hmm. Maraqlidi Reshad chox sag ol!

  2. Noyabr 12, 2009 tarixində, saat 04:45

    yaziya gore teshekkurler

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: