Əsas səhifə > Sosial > Mətbuat azadlığı və Azərbaycan

Mətbuat azadlığı və Azərbaycan

…Cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə və onları ata-babasının və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa..məcbur edərsə…bu halda onlar dəyirman atlarına bənzərlər…  (M.F.Axundzadə )

      Əslində mövzunun adı belə qüsurludu. Çünki mətbuat azadlığı və Azərbaycan sözlərinin eyni sərlövhə altında görmək belə Afrika səhralarında aysberq axtarmağa bənzəyir.

  Cumhuriyyətimizin banisi M. Ə. Rəsulzadə mətbuatın əsl mətbuat kimi formalaşmasının üç şərtdən asılı olduğunu xüsusi qeyd edirdi. Azad mətbuat ilk olaraq yazmalı,ümumi mənafeyə xidmət etməli və geniş şəkildə yayılmalıdır. Bu üç şərtin zəncirvari şəkildə bir-birilə bağlı olduğunu yazan Rəsulzadə bunlardan birinin pozulması ilə mətbuat azadlığının da pozulacağına işarə edirdi.Ona görə yazılan, ümumi mənafeyə xidmət edən və yayılan mətbuat sırf azad mətbuatın əsas məğzini təşkil edir. Bu gün bizim KİV-də  üç dəyər varmı ? Varsa ona həqiqətən əməl olunurmu? Yoxdusa niyə yoxdu?

  1991-ci ilin oktyabrın 18-də müstəqilliyimizi yenidən bərpa etdik və fəal demokratik cəmiyyət qurmağa başladıq. O zamanlarda AXCP-nin insan hüquq və azadlıqları sənədində mətbuat azadlığına xüsusi önəm verilirdi. Lakin çox təəsüflər olsun ki,  bir qrup insanlar repressiya aparatı qurub ölkədə doğru sözü yazan əlləri sındırmağa, azad mətbuat qışqıran ağızlara güllə atmağa başladılar. Fəaliyyət göstərən televiziya, radio və informasiya agentliklərini öz nəzarətlərinə götürdülər və həmin KİV-lərdə öz piar kampaniyalarını apararaq, düz sözün insanlara çatmasına əngəl yaratdılar. Faktiki olaraq, siyasi hakimiyət azad mətbuatı sıxışdırmağa başladı. Bütün informasiya imkanları əlindən alınan azad mətbuat sadəcə olaraq iki-üç qəzetin timsalında var oldu. Televiziya və radiolar isə azad sözün üzünə bağlı qaldı. Demokratiyanın boğulduğu Azərbaycanda “ANS” telekanalı istisna olmaqla bütün telekanallar hakimiyyətin ifa etdiyi havaya uyğun olaraq rəqs edirlər. ”ANS” isə digərlərindən fərqlənərək cəmiyyət üçün dəqiq, qərəzsiz və vicdanlı informasiyalar verdiyinə görə tezliyi bir müddət əlindən alındı və onların da siyasətini digərlərinə yaxınlaşdırmaq şərtilə tezlik “ANS”-çilərə qaytarıldı.

  Bu gün hakimiyyət ancaq öz işinə yarayacaq səviyyədə olan qəzetləri maaliyələşdirir. Həmin bu qəzetlərin yayılma səviyyəsi isə demək olar ki, yox dərəcəsindədir. Bu qəzetlər yalnız dövlət orqanlarına zorla göndərilir. Təbii ki, burada həmçinin ümumi mənafe prinsipi kobud şəkildə pozulur. Bu tip qəzetlərdə hər şey olduğundan çox başqa formada təqdim olunur. Azad mətbuatın üzqarası olan bu qəzetlər: ”Yeni Azərbaycan”, ”Azərbaycan”, ”Xalq”, ”Respublika”, ”Bakinskiy Raboçi”. Həmin qəzetlərin səhifələrində hər bir hadisəyə ağ don geyindirilir. Satış səviyyələri isə demək olar ki, sıfra bərabərdir. Hazırda ABŞ-da və Avropa ölkələrində hakimiyyət və jurnalist qarşılığının konsepsiyaları hazırlanmış və mətbuat iqtidarın işinə cavabdeh olan “Keşik köpəyi” olaraq xarakterizə edilir və xalqdan, ”Sadiq dostdan” hakimiyyətin,  ”Mehriban düşmənin” gizlətdiyi bütün faktların üzə çıxartmasını tələb edir. M. Ə. Rəsulzadənin bir əsr bundan əvvəl söylədiyi fikirlər artıq bir konsepsiya halında dünyada tətbiq olunur. Amma  Azərbaycan hakimiyyəti hələ də XIII-XIV əsr mətbuat mühitinin eyforiyası ilə yaşayır. 2006-cı ilin sonlarında “AXCP”-nin, ”Azadlıq” və “Bizim Yol” qəzetlərinin yerləşdikləri binadan zorla çıxarılması buna ən bariz nümunə ola bilər. Bütün bunlar isə öz növbəsində Azərbaycan   Konstitusiyasinda fikir və söz azadlığının dolayısı ilə kağız üzərində olduğunu təsdiq edir və insanları fikrinə və azad söz söyləməsinə görə həbsini dəstəkləyir. Buna misal olaraq həbsdəki jurnalistləri göstərmək olar. 

  Hətta 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarı ilə yaradılan və ictimaiyyətə xidmət etməli olan “İctimai” televiziyanı “Aztv 2”-yə çevirdilər.

  Ölkəmizdə fəaliyyət göstərən xarici radiostansiyalar: ”Azadlıq”, “Amerikanın səsi”, “BBS” ölkəmizdə yayımlanan tezliklərindən məhrum edildilər. 1990-cı il 20 yanvar hadisələrini Mirzə Xəzərin titrək səsiylə dünya ictimaiyyətinə çatdıran “Azadlıq” radiosuna Azərbaycanda FM tezliyi çox görüldü. Burada da səbəb aydındır. Müxalif fikirli insanlar məhz bu radiolar vasitəsilə fikirlərini ictimaiyyətə çatdırırdılar. Bunlar da öz növbəsində bir çoxlarını narahat etdi. Bunun da nəticəsidir ki, radionu açanda həmin tezliklərdə sadəcə olaraq xışıltı səslənir.

  Bütün reallıqları qiymətləndirdikdən sopnra məlum olur ki, söz azadlığının  durumu belədir: 0:0.

Kateqoriyalar: Sosial
  1. Ferqane
    Avqust 14, 2009 tarixində, saat 14:33

    Maraqlıdı! Yazılanlar ise teessüfler olsun ki, heqiqetdir. Hər bir ölkenin metbuat mühiti hemin ölkenin aynasıdır. Hemçinin de bizde.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: