Əsas səhifə > Düşüncə > Yalnızlıq

Yalnızlıq

  Bəli, səbirsizliklə gözlədiyim bayram da keçdi. Neçə qəlbləri sevindirdi bu yeni il. Küsənləri barışdırdı, ayrılanları qovuşdurdu. Tortağın çoxdan gözlədiyi qar da ağ gəlinliyi hədiyyə gətirdi ona. Bu şəhər bir az da gözəlləşdi. Sevənlər əl-ələ, göz-gözə sevgilərini bəxş etdilər aləmə.

  Bir rəfiqəm iki il ayrılıqdan sonra qovuşdu sevdiyinə.

  Qəmdən, kədərdən dərin iz buraxmış köhnə ili yola salıb gələn yeni ilə başlamağa çalışdım amma necə? Səhər açılandan dostlar, tanışlar mənə, mən də onlara təbrik və arzularımı yetirdim. Və…bir zaman oldu ki, telefonum susdu. Gözlədim, yenə də gözlədim…Nəfsim məni bir yana, qürurum o biri yana çəkdi. Sevgi qürura baxmır deyirlər. Mən də elə etdim, zəng vurdum. Telefonu söndürdü. Ardından ürəyimdən gələn sözləri inci kimi, mesaj xanalarına düzüb o laqeydə göndərdim. Axı nə edərdim? Bilsəydim…bilsəydim ki, o andan qəlbimin dərinliklərində bir qılınc yarası açılacaq və elə həmin gündən ayrılıq yarası göynəməyə başlayacaq…barmaqlarımı da düymələrə toxundurmazdım. Yenə də xəyallarımla yaşayardım, inanardım qurub yaratdığım süni yuvaya.

  Artıq anladım, anladım ki, qəlbim yalnızdır. Romantik bir gecədə, hələ bu bayram günü özünə yer tapmırsansa, yalnızsan. Şaxtalı havalarda üşüyərkən sığınmağa bir kəsin yoxdursa deməli, yalnızsan. Kədərli gözlərini hər kəsdən qaçırıb qaranlıq otağına çəkilirsənsə, yalnızsan. Eh! Lirik mahnını dinlədikdən sonra gücünü qələmə verib nə isə yazmağa başlayırsansa deməli, yalnızsan.

  Dostların niyə fikirli olduğunu soruşduğu anda ürəyin dolu olsa belə, susursan, danışıb sirrini bildirməkdən qorxursan. Birdən nə isə sarsaqlayarsan deyə. Yenə də deyim ki, dostum yalnızsan. Acını da çək. darıxmağa da öyrən. Ey aynadakı dost! Hər səhəri yeni bir ümidlə başlayıb günün sonunda qırıq xəyallarınla yuxuya getməyə çalışırsansa o zaman bil ki, yalnızsan. Metroda, avtobusda, küçədə, dayanacaqda sevən cütlükləri görərkən dərin “ah!” çəkirsənsə yalnızsan. Mobil telefonun mesaj xanasını tez-tez səni düşündürən suallarla doldurub sonra da hirslənib silirsənsə, deməli yalnızsan. Yağışlı havada qağayıların səsi, damlardan axan suyun şırıltısı qəlbində həzin xatirələr oyadırsa, yalnızsan    

 

Kateqoriyalar: Düşüncə
  1. Ali Resh
    Avqust 13, 2009 tarixində, saat 10:57

    Bu menim blogumdur ama basqa istifadeciler de var🙂
    bu temada yazida muellif gorunmur ona gore bilinmir kim yazib

  2. Gülər
    Avqust 11, 2009 tarixində, saat 08:58

    Siz düz bilirsiz. Amma bu o demek deyil ki, bütün yazilar ona mexsusdur!Odur ki şerh yazmağı da normaldi.

  3. Avqust 10, 2009 tarixində, saat 23:49

    🙂 mən elı bilirəm ki bu bloq Ali Resh-indir…yox?

  4. Gülər
    Avqust 10, 2009 tarixində, saat 20:15

    Yazini Ferqane xanim yazib. Sizin ise niye bu yazini Reşadin yazdiğini ve niye onun özü özüne şerh yazdiğini düşünmenizi anlamadim. Mence ela yazidi. Yeqin sizcede elediki müellifi ile maraqlandiniz!

  5. Avqust 10, 2009 tarixində, saat 18:00

    bu yazını kim yazıb ki ? yoxsa özünüz özünüzə şərh yazlrsınız?

  6. Ali Resh
    Avqust 9, 2009 tarixində, saat 01:04

    gozeldi🙂 men de bele yazilar yazmaq isterdim amma alinmir:)

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: