“Titanik”in sirri nədir?
1912-ci ilin aprelin 14-dən 15-nə keçən gecə faciə baş verdi. Əsrarəngiz gəmi “Titanik” aysberqə dəyməsi nəticəsində məhv oldu. Gəmidə 2223 nəfərdən 891 nəfəri işçi, qalan 1316-sı isə səyahətə çıxan insanlar olub. 2223 insandan cəmi 706 nəfəri sağ qalıb. Heç bir problem olmadan yol gedən əfsanəvi gəmi aprelin 14-də saat 23:40-da aysberqlə toqquşur. Kapitan bunun əhəmiyyətsiz bir şey olduğunu düşünərək yoluna davam edir. Ancaq get-gedə gəminin batmasından aydın olur ki, aysberq “Titanik”də “sağalmaz yara” qoyub. “Titanik” maksimal sürətlə getdiyi üçün aysberqə çatan zaman yolu dəyişmək və dayanmaq mümkün olmayıb. Artıq saat 00:15-də gəmi kömək istəyirdi. Gecə yarısı saat 02:20-də isə gəmi Atlantik okeanının Yeni Foundland adlanan ərazisində tədricən batmağa başlayıb. Gəmidə xilasedici geyimlərin az olması nəticəsində adamların əksəriyyəti ölüb.
Gəmini ilk dəfə 1985-ci il sentyabrın 1-də Massaçusest ştatının Okeanologiya Universitetinin professoru Robert D.Ballardın rəhbərlik etdiyi ekspodisiya aşkarlayıb. İlk kəşfindən 19 il sonra Ballard yenidən okeana baş vurub. Bu zaman isə gördüklərinə inanmayıb. Gəmidə olan əşyaların çoxu olduğu kimi okeanın dibində imiş.
Sən demə, 1898-ci ildə yazıçı Morgen Robertson “Titanik” gəmisinin taleyi kimi faciə yaşayan bir gəmi haqda roman yazıb. Əsərin adı “Titan”dır.
Robertsonun romanındakı gəmi də Southampton adlanan ərazidə yola çıxıb, 14 il sonra baş verən “Titanik” gəmisi də. Romandakı gəmi ilə “Titanik” arasındakı metr fərqi cəmi dörddür. “Titan” – 248 m, “Titanik” isə 252 m.
Gəmilərin ağırlığında da oxşarlıq çoxdur. “Titan” 70.000 ton, “Titanik” 66.000 ton ağırlığında olub.
Hər iki gəminin 3 pərvanəsi və içində 3000-ə yaxın adam olub. Gəmilərin ikisinin də həm varlı, adlı-sanlı zadəgan ailələri, həm də kasıb təbəqənin insanları səyahətə çıxıblar.
Və ən əsası, Robertsonun romanındakı “Titan” da Yeni Foundland adlanan ərazidə batıb, 14 il sonra batan “Titanik” gəmisi də.
Hər iki gəmidə 1500-ə yaxın insan həlak olub.
Hər ikisinə “batmaz gəmi” deyirdilər.
Hər iki gəmi faciəsi eyni tarixdə (14-15 apreldə) baş verib.
Hətta hər iki gəmi batan zaman orkestr bir dəqiqə belə dayanmadan öz işini davam etdirirdi.
1912- ci ildə baş verən əfsanəvi gəmi “Titanik”in batmasından artıq 85 il keçir.
ŞƏRHLƏR