Kosmonavtika gününün 48 yaşı oldu
1961-ci il aprelin 12-si. Bütün dünya bu qeyri-adi, uzun müddətdir gözlədiyi hadisəni nəhayət, real şəkildə görə bildi. Ilk dəfə olaraq, kosmosa adam göndərildi. Kosmosun “ilk sakini” Sovet vətəndaşı 1934-cü il təvəllüdlü Yuri Alekseyeviç Qaqarin idi. Bu uçuş dünya sivilizasiyasında insanın ulduzlara yolunu açılışının başlanğıcı idi.
Bütün dünya bu hadisədən və Qaqarinin qəhrəmanlığından danışdı. Kiçik yaşlarında Yuri çərpələng uçurdanda “Kaş ki, mən də onun kimi göylərə uça biləydim” deyərmiş.
Zaman keçdikcə süni peyklər, kosmik raketlər yaranırdı. Bu da kosmosa uçmağı daha da yaxınlaşdırırdı.
Kosmosa uçmazdan əvvəl kosmonavtlar bir sıra sınaqlardan keçirdilər. Hər dəfə bu sınaqlardan uğurla çıxan Qaqarin – “Ola bilər ki, kosmosa ilk uçuşu mən edim” soruşurmuş. Tezliklə Dövlət Komissiyası onun arzusunun real olacağını bildirdi. Və kosmosa uçmağa icazə verdi. Kosmosda olan zaman Yuri “Uçuş normal gedir. Yerin üfüqünü görürəm. Çox gözəldir!” sözlərini deyirdi. O, saat 10:45-də Saratov rayonunun Smelov kəndində yerə enib. Maraqlısı budur ki, haradan səmaya qalxmışdısa, elə oradaca yerə enib. Ilk öncə isə onu həyat yoldaşı Anna Akimovna Tarxanova və digər yaxınları qarşılayıb. O isə qarşılayanlara tərəf irəliləyərək “Salam, mən təyyarəçi-kosmonavt Yuri Qaqarin” deyib.
Qaqarin bu uçuşu ilə sübut etdi ki, insan kosmosda işləyə, yeyə, fikirləşə, yaza bilər. Kosmosda olduğu vaxt vərəqə çəkdiyi imza hələ də qorunub saxlanılır, pozulmayıb.
27 yaşlı “ilk kosmos sakini” olan Qaqarinin elə bu uşaqlıq arzusu həyatına son qoydu. Ilk uçuşdan 7 il sonra, yəni 1968-ci ildə növbəti uçuşların birində kosmik gəminin partlaması nəticəsində Yuri Qaqarin dünyasını dəyişdi.
1961-ci il aprelin 12-dən sonra hər ilin bu günü “Kosmonavtika günü” kimi qeyd edilməyə başlayıb. Bu il “Kosmonavtika günü”nün 48 ili tamam oldu.
ŞƏRHLƏR