Əsas səhifə > Xəbər > Arzu Abdullayeva Zakir Qaralova müraciət etdi

Arzu Abdullayeva Zakir Qaralova müraciət etdi

26 iyun 2009-cu il, Bakı. Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının həmsədri, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin (HVA AMK) sədri Arzu Abdullayeva “Yüksəliş Naminə” və “Mühakimə” qəzetlərinin müxbiri Elçin Yusif oğlu Həsənovun döyülməsi ilə əlaqədar respublikanın baş prokuroru Zakir Qaralova müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, müxbir 10 may 2009-cu il tarixdə Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində olmuş və bu zaman 20 nəfərə yaxın polis işçisi tərəfindən heç bir səbəb olmadan döyülmüş, yerə itələnmiş və çoxsaylı bədən xəsarətləri almışdır. O, Neft Akademiyasında baş vermiş faciəli hadisədə həlak olan insanların yadetmə mərasimində iştirak edən bir qrup gəncin həbsi ilə bağlı məlumat əldə etmək üçün bölməyə gedibmiş. A.Abdullayeva müraciətdə E.Həsənovun döyüldüyünün şahidi olduğunu da diqqətə çatdırıb: “ Hörmətli Zakir müəllim! Şəxsən özüm həmin hadisələri monitorinq kecirdiyim zaman müşahidə etmişəm və təsdiq edirəm. E.Həsənov aldığı bədən xəsarətləri ilə bağlı həkimə müraciət etmiş və həkim onun qaraciyərinin və dalağının şişməsini müəyyən etmişdir. O, hal-hazırda aldığı bədən xəsarətlərindən müalicə olunur. Müxbir Elçin Yusif oğlu Həsənova işgəncə verilməsi faktının araşdırılması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanması barədə Baş Prokurorluğun müvafiq idarəsinə göstəriş verməyinizi xahiş edirəm. Həmçinin xahiş edirəm ki, görülən tədbirlər barədə bizim komitəyə də məlumat verilməsinə dair göstəriş verəsiniz”.
Qeyd edək ki, sabah, yəni 26 iyun 2009-cu il tarixdə, saat 16.00-da Söz Azadlığı Müdafiə Komitəsinin İşçi Qrupu növbəti iclasını keçirəcək. Toplantıda medianın son durumu müzakirə olunacaq.

HVA AMK-nın mətbuat katibliyi

  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: