Bir röyanın dəhşəti
Elçin Həsənov
Üç gün əvvəl Bakının mərkəzi küçələrinin birində yerləşən 40 otaqlı, geniş, işıqlı, güllə keçirməz villanın (lap prezidentin yeni iqamətgahı kimi) uzun dəhlizi ilə addımlayırdım. Hələ binaya girməmişdən öncə dollar işarəsini müasir standartlara uyğun inşa edilmiş bu binanın fasadında gördüyümdən məndə belə bir təəssürat yaratdı ki, yəqin analoqu olmayan villanın sahibi haçansa ünlü biznes adamı olub.
Dəhliz boyu yerləşən otaqların bağlı olan qapılarından səs-küy gəlirdi. Tək-tük açıq olan qapılardan isə adamların hansısa çertyojlar üzərində işlədiyi görünürdü. Hamısı da demək olar ki, eyni sözləri dayanmadan təkrar edirdi. O qədər səs-küy idi ki, mən təkcə “hər şey??” sözünü güclə başa düşə bilirdim. Nəhayət ki, dəhlizin sonunda üzərində qızıl hərflərlə “Dahi siyasətçi” yazılmış qapını açıb, içəri keçdim. Otağın demək olar ki, yarısını tutan rəflərdə çoxlu sayda la-yihələr, tikinti çertyojları, sökülən məscidlərin yerində tikilmiş müasir tipli binaların şəkilləri var idi. Bunları divarlarda, hətta döşəmə və stol-stulun qırağında da müşahidə etmək olurdu. Otaq-da heç kim olmadığından, həm də maraq məni bürüdüyündən, rəflərə bir az əl gəzdirməli ol-dum. Elə ilk baxışdan maraqlı göründüyü qədər məni dəhşət bürüdü.
Burada nələrin, haraların söküntüsü ilə bağlı planlar yox idi ki!? Rəflərdə Azadlıq meyda-nı, Sahil bağı, Cümə məscidinin, hətta Hökümət Evinin, ən dəhşətlisi isə Şəhidlər Xiyabanının yerində hündür mərtəbəli binaların tikilməsinə işarə edən layihələr qərar tuturdu. Öz-özümə “Bu ki, dəhşətdir, bunu hansı ağılsız hazırlayıb” demək istəyirdim ki, arxadan kimsə gülə-gülə “Bunu hansı dahi düşünüb, demək istəyirdiniz, hə” sual edib məni qabaqladı. Səsə arxaya çev-rildim. Orta yaşlı, iri qarınlı, gözləri hərisliklə parıldayan, uzun qara geyimli birisi qızıldan olan dişlərini mənə göstərərək hırıldayırdı. Yanında da özünə bənzər iki nəfər əlaltısı vardı. “Bütün bunlar bizim həyata keçirmək istədiyimiz layihələrin bir hissəsidir”-deyərək stolun üstünə daha bir lahiyəni tulladı və təklif etdi ki, götürüb baxım. Baxarkən tüklərim biz-biz oldu. Burada Qız qalasının indiki görüntüsü, sonra isə onun sökülməsi, daha sonra isə yerində hündür mərtəbəli binanın tikilməsi planı öz əksini tapırdı. Gördüklərimdən özümü saxlaya bilmədim. “Siz kimsi-niz, başınız xarab olub nədir, elə bilirsiniz bunların hamısını həyata keçirə bilərsiniz? Onu da bi-lin, bu hökümətlə hökümətlik etmək olmaz. Ən azı bunlara görə dövlətin, xalqın, son olaraq vicdanınız qarşısında cavab verməli olacaqsınız”-deyib kağızları bir kənara atdım. Aralarında bığı olan kişi gülməkdən az qala qəşş eləyərək dedi: “Biznes, var-dövlət, hərislik qurban tələb edir, ay Allahın yazıq, küt bəndəsi. Hər şey biznes üçündür. Biz hakimiyyətik, xalqın ağasıyıq, nə istəsək onu da edirik. İstədik, məscidləri bağladıq, universitetə girib onlarla tələbəni al-qana boyadıq, əsgərləri güllələdik və s. Gələcəkdə bu torpaqları bundan betər zəbt edəcəyik».
«Siz düz demirsiniz, bu ölkənin yiyəsi var. O da xalqımızdır, onlar qan töküb, can verib bu ölkənin müstəqilliyini qazanmayıb ki, sizin kimilər hazırına nazir olsun. Şəhidlər Xiyabanı, Qız Qalası bizim tariximizdir, namusumuzdur, qismət simvolumuzdur. Sizin kimilərin bunu et-məyə gücü çatmayacaq»-deyə etiraz etməyə başlayanda adamın bir işarəsi ilə yanındakı qoçu-ların hərəsi məni bir tərəfdən tutub, dəhlizlə sürüyərək çölə doğru aparmağa başladılar: «Get, ay patriot oğlan, əlindən gələni min qaba çək. Bu ölkənin yiyəsi biz olmuşuq və olacağıq da. Hakimiyyətə qanla gəlmişik və qansız bu yağlı vəzifələrdən əl çəkəsi deyilik. Lap minlərlə azər-baycanlının qanı Bakının küçələrində sel kimi axsın, xeyri yoxdur, dinc yolla bizi kimsə durdu-ra bilməz».
Səs-küyə, qəh-qəhəyə, həm də öz qışqırığıma yuxudan hövlənək oyandım. Bir an içimdə bütün bunların yuxu olmasına inana bilmədim. Hətta bunların həqiqət olacağına yuxuda da inanmaq istəmədim. Bəs siz necə, ay mənim səbirli, dözümlü xalqım?!
SALAM ELCIN DEYESEN NOVELLA COX OXUMUSAN. PATRIOTLUQLLA IS BITMIR. ANCAQ YAZI YAXSI IDI. ELLERINE SAGLIQ