BİZ İŞLƏYƏ BİLMİRİK YOXSA İŞLƏMƏYİMİZİ İSTƏMİRLƏR ?
Dünən dostum Əhmədlə(ahmedphoto.wordpress.com blogunun sahibi) Baksovet tərəfə gedirdik. Mən irəlidə Əhməd də arxada şəkil çəkə-çəkə gəlirdi. Qarşıdan gələn bir oğlan düz gözümün içinə baxırdı, mən də baxışımı ondan yayındırmadım. Gözünü məndən çəkmirdi. Sanki tanış idi, nə isə demək istəyirdi.
“Diyəsən tanış gəlirəm?” oğlandan soruşdum.
“Yox, sən baxdın elə bildim nə isə soruşmaq istəyirsən” oğlan cavab verdi.
Yanından keçib getdim. Əhmədə yaxınlaşan oğlan dedi: “Binaları niyə çəkirsən, məni çək e, işsiz gücsü qalmışam. İş axtarıram tapa bilmirəm”. Mənə niyə belə baxdığı aydın oldu. Dərdli idi, dərdini bölüşmək üstəyirdi. Dərdləşdik. 23 yaşı var idi. Dediyinə görə axrana işləyirdi ama çox az maaş alırdı. Təəsüf ki, kömək edə bilmədik.
Bu oğlan kimiləri ölkəmizdə çoxdur. Fəhlə bazarları günü gündən insanlarla dolur. Azərbaycanda bu qədər iş gedir niyə işsizlər günü-gündən artır.
İş yerləri var. Bu iş yerlərində hətta xaricilər də işləyir. Uzaq Çindən qonşu Türkiyədən və daha haralardan. Çinliləri eşitmişdik və görmüşdük. Bu yaxınlarda Şəmkirdə oldum. Orda da yol və bərabərində su çəkirdilər. Sevindim. Heç olmasa müəyyən müddətdə də olsa yaxında yaşayanlar işləyib pul qazana bilər. Məlum oldu ki, bu tikintidə rəhbərindən tutmuş fəhləsinə kimi xaricilərdir, türkiyəlilərdi.
Halbuki bu cür işlərə azərbaycanlılar cəlb olunsa bir qrup insanın vəziyyəti yaxşılaşar. Çox pul qazana bilməsə də, qazandığını işə qoyub bir qədər yaxşı dolana bilər. Bəs nə üçün xarici işçilərə üstünlük verməyə başlayıblar ? Bizim fəhlələr işləməyi bacarmır, yoxsa, işləməyimizi istəmirlər ? İstəmirlər ki, kasıb azərbaycanlıların əlinə imkan düşsün vəziyyəti yaxşlılaşsın ??
🙂 ne bilim vallah ama herden bilerekden bele edildiyini dushunurem. Qesdnen bele eleyirlerki xalq ancaq ish corek paltar haqqinda dushunsun gozu acilmasin ! !
Rəşad niyə belə deyirsən, biz ki, qonaqpərvər millətik bunu hər şeydə sübut etməliyik, nə olsun ki, millətimizin nə qədər insanı ac qalıb, işsiz qalıb. Əhəmiyyəti yoxdu əsas odur ki, xaricdən ölkəmizə təşrif buyuran qonaqlarımızı işlə təmin edək ki, ac qalmasınlar. Sonra birdən öz ölkələrində gedib deyərlər ki, azərbaycanlılar xəsis millətdi. Bu söz bizim millətə yaraşmaz, ona görə hamımız əlbirliyilə çalışıb xaricdən gələnlərə iş tapmalıyıq, özümüz işləməsək də olar, hərçənd ki, bu ölkəyə öz millətimiz qədər heç kimin canı yanmaz. Qonaqpərvərlik lazımdı bizə, yoxsa öz millətimizi işlə təmin etmək:)