SƏFİRLİKLƏRİMİZİN İNTERNET SƏHİFƏLƏRİ
Müasir dövrdə internetin önəmini heç kəs dana bilməz. Təbliğat baxımından da, xidmət baxımından da internetin önəmi çox böyükdür.Bu önəmini nəzərə alaraq xarici ölkələrdəki səfirliklərimizin saytalrını araşdırmağı qərara aldıq.
Fransa, Mərakeş, Belarusiya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Dubay, İran, Niderland və Yaponiyada səfiliklərimizin olmasına baxmayaraq onların ümumiyyətlə internetdə səhifələri yoxdur.
Koreya və Türkiyənin web səhifələri hələ ki düzəldilir.
İnternet səhifəni yaratdıqda da xala xətri qalmasın deyə qurmaq olmaz. Bu cür saytların ziyarətçiləri intelektual səviyyəli, siyəsət və ya bizneslə məşqul olan şəxslər olur. Bu baxımdan da səfirliklərimizin internet səhifələrini gözdən keçirdik. Kanada, Ruminya, Türkmənistan və İstanbuldakı Baş Konsulluğumuzun internet səhifəsi həddinən artıq zəif quraşdırılıb. Bu saytların tərtibatındakı keyfiyyəsizlik, informasıyanın yox dərəcədə qıt olması ilk dəfədən nəzərə çarpır.
Çexiya, ABŞ, İngiltərə, Belçika, Almanıya və sairə səfirliklərin internet səhifələrindən Azrəbaycan haqda kifayət qədər geniş məlumat almaq mümkündür.
yaxsidi bunu yazmagin..:)