Arxiv

Posts Tagged ‘taksi’

Ey, taksi!

Fevral 20, 2009 5 şərh

Taksi şəhərdə və ya kənddə yaşamağından asılı olmayaraq, hər bir insana məlumdur. Hər hansı bir yerə gedəndə, işə gecikəndə, kiminləsə görüşə tələsəndə çox zaman taksidən istifadə edirik. O, bir çox iri şəhərlərin imicində xüsusi rol oynayır.
Taksilərin tarixi qədim vaxtlara gedib çıxır. Əvvəllər taksiləri at qoşulmuş arabalar əvəz edirdi. Belə formada olan arabalar 1639-cu ildə Böyük Britaniyada, sonralar isə Fransada görünməyə başladı. Onlara “fiakra”deyilirdi. Bu, bütün dünyada ictimai nəqliyyatın ilk nümunəsi idi. “Fiakra”da sürücü rulun arxasında və arabanın açıq olan hissəsində əyləşirdi. Sürücü havanın şıltaqlığından (yağışdan, qardan və s.) qorunmaq üçün uzun, su keçirməyən dəridən olan plaş geyinirdi. Sərnişin isə arxada, qapalı karetdə otururdu. Bu arabalar açıq rəngi ilə seçilirdi. Sonuncu dəfə at qoşulmuş arabalar Londonda 1947-ci ildə lisenziya alıb. 1867-ci ildə Almaniyanın “Thurn and Taxis” ailə şirkətinin taksiləri hökümətin məktub və ya paketlərini istənilən yerə çatdırırdılar. Şirkət arabaları daha sonra məktub və ya paketlərlə yanaşı, sərnişin də daşımağa başladı. Deyilənə görə, bu cür nəqliyyat vasitəsinə taksi deyilməsi elə bu ailənin soyadı ilə bağlıdır. Fransızca “taxi”, latınca “taxo” – “qiymətini müəyyən edirəm” deməkdir. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Xəbər Etiketlər: , ,