Arxiv
Müdafiə nazirliyindən müsbət addım !
Müdafiə Nazirliyi rüşvətxorluğa qarşı müsbət addım atıb. Bu ildən çağırışçıları hərbi hissələrə Hərbi Komissarlıq yox Müdafiə Nazirliyi bölüşdürəcək. Bu qərardan sonra saldırma məsələsində rüşvətin 20-30%-ə qədər enəcəyini təxmin etmək olar.
Bununla yanaşı görüləsi iş çoxdur. Mətbuatda çıxan məlumatlardan və şəxsi təcrübəmdən onu deyə bilərəm ki, hərbidə saldırmaq məsələsi ilə ən sıx məşğul olan komissarlıq idi. Hərbi hissəyə düşən çağırışçının işi bitmiş hesab olunmur. Hərbi hissənin özündə də rahat yerlərə saldırmaq məsələsi var. Nazirliyin yeni qərarından sonra komissarlığın saldırmaq imkanları daraldı. (İndi nazirlikdə yaxın tanışları, qohumları olan insanlar saldırma əməliyyatına girişəcəklər). İndi nazirlik gərək Hərbi Hissələrdə saldırma əməliyyatının qarşısını almaq haqqında baş sındırsın. (Oranın da kadr məsələsinə nazirlik baxsın?)
NEFT SƏLTƏNƏTİNDƏ DİLƏNÇİLİK
,,AZƏRBAYCAN : XƏZƏRIN ŞƏRQ SAHILINDƏ YERLƏŞƏN ƏMIRLIK,,
,,LE MONDE,,QƏZETI
Neft adlanan təbii sərvət bir çox ölkələri xoşbəxt, bir çoxlarını isə bədbəxt vəziyyətə salıb. Reallıqlar bunu tam şəkildə diqtə edir. Konkret götürsək bir çox ekspertlərə görə, neft ölkələri iki fərqli qrupa bölünür: Xalqın olan nefti xalqın arasında ədalətli şəkildə paylayan ölkələr, Məs: BƏƏ, SƏUDİYYƏ ƏRƏBISTANI, KÜVEYT, QATAR və s., digərləri isə xalqın olan nefti hakimiyyət təmsilçiləri arasında bölən, yəni neftdən öz diktaturalarını möhkəmlətmək üçün istifadə edən ölkələr, Məs: Səddamın Iraqı, Qəddafinin Liviyası, Nigeriya və BIZIM AZƏRBAYCAN. Bəli, təəcüblənməyə dəyməz. Bu məsələ barədə bir qədər sonra. Ancaq bu iki qrup neft ölkələri ikisi də çox geridə qalmış hesab olunmalıdırlar. Deyə bilərsiniz ki, niyə BƏƏ-də əhali neftin hesabına yağ-bal içində yaşayır. Lakin yaşamasalar ondan yaxşıdılar. Ətraflı…
Rüşvət alan binamus deyil rüşvət alandan rüşvət alan binamusdu ! !
Bu gün söhbət zamanı belə bir sual verildi ki, nəyə görə rüşvət verən şəxs onu yoxlamaq üçün gələn və ondan pul istəyən şəxsə alçaq, vicdansız, şərəfsiz və sairə yazmağı uyğun saymadığım söyüşlərə layiq görür. Nəticədə hər ikisi də rüşvət alır. Rüşvət almaq şərəfsizlikdirsə rüşvət alan da, rüşvət alandan rüşvət alan da vicdansızdır.
Sumqayıt Dövlət Universitetində görünməmiş özbaşınalıq
Sumqayıt Dövlət Universitetində görünməmiş özbaşınalıq
“Yetər” şadlıq evi, 100 min dollara “Toyota”, ikinci kursa birbaşa qəbul…
Sumqayıt Dövlət Universiteti ülkəmizin ən iri ali təhsil müəssisələrindən biri-dir. 1961-ci ildən fəaliyyət güstərən Azərbaycan Sənaye Institutunun bazasında yaradılmış bu ali təhsil ocağında 6 minə yaxın tələbə müxtəlif ixtisaslar üzrə təhsil alır. Hələ 2000-ci ildə burada baş verən üzbaşınalıqlar, rüşvətxorluq, maliyyə yeyin-tiləri, Təhsil Nazirliyini qəti tədbirlərə əl atmağa məcbur etdi. Rektor dəyişdirildi, hətta bir qrup müəllim, əlaqədar digər səlahiyyətlilər müxtəlif sahələrdə qanunsuz-luqlara görə təqsirləndirilərək barələrində cinayət işləri açıldı, bir çoxları isə həbs edildi. Ətraflı…
ŞƏRHLƏR