Arxiv

Posts Tagged ‘referendum’

Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurasının “ yekun rəyi

Mart 18, 2009 Bir şərh yazın

Yekun rəy

2009-cu ilin 18 mart referendumunu müşahidə edən Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurasının “qaynar xətt”inə daxil olan məlumatlar əsasında belə qənaətə gəlmək olar ki, əhalinin mütləq əksəriyyəti referenduma tam biganə qalmışdır. Referendumla bağlı keçirilmiş təşviqat seçiciləri maraqlandırmamışdır. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

Referendumda qanunsuzluq

Mart 18, 2009 Bir şərh yazın

Press-reliz

93 saylı Bərdə şəhər Seçki Dairəsinin poliklinikada yerləşən məntəqəsinin nümayəndələri 105 saylı peşə məktəbində məskunlaşan məcburi köçkünləri seçkiyə aparmaq məqsədilə avtobusla həmin əraziyə gəliblər. Məcburi köçkünlər siyahıda adlarının olmadığını əsas gətirərək, seçkiyə getmək istəməyiblər. Məntəqə üzvləri bunun önəmli olmadığını, seçkilərdə iştirakın vacib olduğunu desələr də, məcburi köçkünlər qeydiyyatda olmadıqları məntəqədə səs verməkdən imtina ediblər. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

Qatarla seyyahet !

Fevral 19, 2009 7 şərh

indice vaqona mindim. Yarim saat tez gelmisem. Men birinci deyilem. Bilete goz gezdirdim. Kassada isleyen xanim mene 3manat 90qepiye satmisdi bu bileti. Indi gorurem meni efelleyibler. Biletde yazilan qiymetden ne az ne cox 1 manat. Resmi qiymet 2manat 90qepikdir. Efellenmek nece duygudur? Menim hec xoshuma gelmedi. 1qepik de olsa efellenmek istemirem.
Tanislari olanlar qruplasib sohbet eleyir. Men tek oldugum ucun qulaq asmaqla yetinirem. Lehcelerinden Qazax-Agstafa bolgesinden olduqlari aydin gorunur. Yerlilerimdir. Ziyali insanlara da oxsamirlar. Danisdiqlari movzu mene gulmeli gelir. Maraqlidi neden danisirlar? 🙂 deyirler:”Bush prezidentlikden getdi, bes ona niye 200000 ABS dollari pul verdiler?” xanim oz qulaqlari ile eshidib:). Niye gulmelidi? Ne bilim belke de men sehvem. Azerbaycanin hel olunmali meseleleri qurtarib. Insanlar neise muzakire elemelidiler axi. Deyeceksiz bes referendum? Yeqin bunlar artiq referendumu tam basha dushubler de!
Seyyahet davam edir. . .

Kateqoriyalar: Düşüncə, Maraqlı Etiketlər: , , ,

REFERENDUMDA TƏKLİF OLUNAN MADDƏLƏR

Fevral 10, 2009 Bir şərh yazın

1.

12-ci maddənin I-ci hissəsinə “azadlıqlarının”  sözündən sonra, “Azərbaycan respublikasının vətədaşlarına layiqli həyat səviyyəsinin” sözləri əlavə edilsin.

2.

15-ci maddənin I-ci hissəsinə “əsasında”  sözündən sonra, “sosial yönümlü” sözləri əlavə edilsin.

3.

17-ci maddə “Ailə,  uşaqlar və dövlət” adlandırılsın, maddəyə aşağıdakı məzmunda III-cü, IV-cü, V-ci və VI-cı hissələr əlavə edilsin:” III.  Valideynləri və ya qəyyumları olmayan, valideyn qyağısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.IV.  Uşaqları  onların həyatına, saglamlığın və ya mənəviyyatına təhlükə törədə  bilən fəaliyyətə cəlb etmək qadağandır.V.    15 yaşına çatmamış uşaqlar  işə götürülə bilməz.VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “

4.

18-ci maddənin II hissəsində “dinlərin” sözündən sonra  “(dini cərəyanların)”  sözləri əlavə edilsin.

5.

19-cu maddənin II hissəsində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz  edilsin.95-ci maddənin 15-ci bəndində “Milli” sözü “Mərkəzi” szöü  ilə əvəz edilsin.109-cu maddəinn I hissəsinin 10-cu bəndində “Milli” sözü “Mərkəzi” sözü iləz əvəz edilsin, bəndə aşağıdakı sözlər eləavə edilsin:”Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin təyin edir.”.

ardı . . .

Ətraflı…