Arxiv

Posts Tagged ‘real hadisə’

Günümüzün qəhrəmanı olmuş hadisə

Fevral 25, 2009 6 şərh

Bərk qar yağırdı. Əsgərlər  yemək yeyə-yeyə yeməkxanadan bayıra baxırdılar. “Görəsən bu qarlı havada da bizi işə aparacaqlar?” deyə düşünürdülər. Yay-qış demədən bizim sərhəd  bölgəsindəki əskərlər tez-tez səngər qazmağa, blindaj (post əsgərlərinin  yaşadığı yer) tikməyə aparırdılar.

“Nə oldu hazır deyil əsgərlər?” rəisin səsi gəldi. Komandir içəri girib əsgərlərə tələsməyi tapşırdı. Yenə də iş. Qar da onları işdən saxlaya bilmədi. Hər  kəs  tələsik yeməyə  başladı. Əsgər Abbasov qaşığı tullayıb ordunu orduya  daş qoyanı  güllələməyə başladı.  Abbasov el arasında  necə deyərlər prikol oğlan idi. Həmişə əsgər yoldaşları ilə zarafat eləyir, onları  güldürürdü.

Yeməyi bitirib əsgərlər iş paltarlarını  geyinməyə başladılar. Budur maşın da  gəldi. Hər kəs maşına  doluşdu. Soyuqdan hamı bir-birinə qısılmışdı. Maşın tərpəndi. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Maraqlı, Xəbər Etiketlər: , , ,