Arxiv
Azərbaycanın FM radio məkanı haqqında
Günü gündən inkişaf edən cəmiyyətdə insanların ən çox ehtiyac duyduqları şeylərdən biri də informasiya və maraqlı, ürəkaçan verilişlərdir. Bütün bunlara isə radio və televiziya vasitəsilə nail oluruq. Gəlin qısaca da olsa bu sahədə radiolarımızın fəaliyyətinə nəzər salaq.
XX əsrdə televiziyanın yaranması ilə cəmiyyətimizdə radionun sərhədləri daraldı. Lakin, müasir dövrdə radionun da öz dinləyici auditoriyası var. Sovet rejimi dağıldıqdan sonra ölkəmizdə fəaliyyət göstərən milli radiodan əlavə kommersiya radioları da meydana gəlməyə başladı. Bu sahədə özəl radiolar klassik modeldən uzaqlaşaraq Avropa dəyərlərinə doğru istiqamətləndi. Hər ölkədən bir adət götürən radiolarımız həftəbecər formasında öz fəaliyyət istiqamətini formalaşdırmış oldu. Ölkəmizdə olan özəl radioların proqram siyasətini əsasən sms cəlb edən bayağı verilişlər təşkil edir. Bütün bunların nəticəsidir ki, radiolarımızda mövzu seçimi tərbiyələndirmə, maarifləndirmə deyil, sms gəlir məqsədi güdür. Belə olan təqdirdə isə radiolarımızın nə vəziyyətdə olması yəqin ki, çoxlarına məlumdur. Ətraflı…
ŞƏRHLƏR