Arxiv

Posts Tagged ‘qurban’

Ölüm və siyasət ! ! !

May 1, 2009 1 şərh

Bir çox gənc kimi mən də bu gün vətəndaş  və insani borcumu yerinə yetirmək üçün 28 maya yollanmışdım. Günün birinci yarısı alınmadığı üçün ikinci yarısı getdim. Tək deyildim.  Ele bu bloga yazan Günay, Elçin, Nahid də mənimlə idilər. Bizdən başqa DALĞA, OL , Gənc Müsavatçılar və başqa qrup gənclər də var idi.  Yığışanlar qara lent bağlamış, əllərində qərənfil qətlə yetirilmiş tələbələri anmaq  məqsədi ilə Akademiyaya tərəf getdik.  Çevik polislərimiz hadisənin qarşısını ala bilməsə də  gənclərin qarşısını ala bildi. Onlar bizi akadamiyanın qarşısına getməyə qoymadılar.
Sonda gülləri və şamları Akademiyanın birinci binasına qoymaq qərarına gəldik.  Daha sonra Azərbaycan Respublikasının Himnini oxuduq. Sonra isə dağılışmağa başladıq.  Sonra kimlərsə qışqırmağa başladılar – Terrora yox  və sairə.
Terrora yox demək lazımdır.  Amma mən gördüyüm qədərilə kimlərsə bu tədbirdən öz məqsədi üçün istifafə etmək istəyirdi. İnsanlar  oraya ölənləri yad eləməyə, hadisəyə etiraz etməyə gəlmişdilər. Onların nifrətini, kədərini öz  siyasi məqsədinə görə yönləndirmək alçaqlıqdır, ölülərin ruhuna hörmətsizlikdir.
Mən Ramin Hacılıya təşəkkür etmək istərdim.  Aksiyanın istiqamətinin dəyişməməsi üçün insaları səhv etməməyə çağırır, onları  yönləndirməyə çalışanların isə qarşısını aldı.
Bir də onu demək istərdim ki, aksiyanın keçirilməsi 0 səviyyədə idi. İnsanlar heç nəyi nəzərə almamışdılar.  Hər halda  bu cür aksiyalar hərtərəfli düşünülməlidir.
Amma  nəticə olaraq  mən məmnunam ki, gəncliyimiz  öz münasibətini  bildirməyə çəkinmədilər.  Müəyyən mənada birləşdilər  !

Kateqoriyalar: Xəbər Etiketlər: , , , , ,

Müharibə vеtеranı hərbi bilеt ala bilmir

Müharibə vеtеranı hərbi bilеt ala bilmir

1970-cı ildə Laçın rayоnuni Pircahan kəndində anadan оlmuş Qarabağ döyüşçüsü Qurban Nоvruzоv rеdaksiyamıza məktubla müraciət еdib. О məktubunda yazır ki, 1992-ci ildən Laçın rayоn özünü müdafiə batalyоnunun tərkibində bir çох ağır döyüşlərdə iştirak еdib. (kеçmiş .№-811-li hərbi hissədə) Q. Nоvruzоv 8 ildən çох hərbi хidmətdə оlduğu baradə Müdafiə Nazirliyindən və Daхili Işlər Nazirliyindən sənəd ala bilmədiyi üçün şikayətlənir. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,