Arxiv

Posts Tagged ‘qrant’

Qrant qalmaqalı Media Mərkəzində keçirilən debatda tərəfləri üz-üzə gətirib

Aprel 9, 2009 Bir şərh yazın

Bu gün Azərbaycan Media Mərkəzində Qafqaz Media Tədqiqatlar Mərkəzi və Kanal 13 İnternet TV Azərbaycan Media Mərkəzi ilə birlikdə debat keçirib. Açıq Cəmiyyət İnstitutu YF-nun dəstəyi ilə baş tutan debatda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quluyev və Demokratik Jurnalistlər liqasının sədri Yadigar Məmmədli üz-üzə gəliblər. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

YAZARLAR QRANTLARI SƏMƏRƏSİZ XƏRCLƏYƏN QHT-lərin ADLARINI GÖSTƏRMƏYİ PLANLAŞDIRIRLAR

Yanvar 26, 2009 Bir şərh yazın

Media layihələrinə ayrılan qrantların dayandırılmasını istəyən yazarlar yeni tədbirlər görməyi planlaşdırırlar. Qrantların dayandırılması üçün beynəlxalq təşkilatlara və səfirliklərə ünvanlanan müraciəti imzalamış yazarlardan Seymur Baycan «Media forum» saytına deyib ki, həmin müraciətdə onlar məsələni qısa şəkildə əks etdirmişdilər: «Səfirliklərdə adətən geniş məktubları oxumurlar, ona görə biz qısa müraciət mətni hazırlamışdıq. Yaxın vaxtlarda bir araya gəlib yeni müraciət yazmağı, media layihələrinə ayrılan qrantları səmərəsiz xərcləyən qeyri-hökumət təşkilatlarının adlarını göstərməyi planlaşdırırıq». Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,