Arxiv
Nə üçün qorxduq
Dünən axşam metro ilə gedirdim. Sahat təxminən 7-nin yarısı olardı. Qatar əzizbəyov metrosunda dayandı. Əks tərəfdə orta yaşlı bir kişinin yıxıldığını gördüm. Ətrafında 8-9 nəfər müxtəlif yaşlı insan var idi. İkisi qadın idi. Kişi yıxıldı. Hamı yerdə uzanan bu kişiyə baxırdı. Heç kəs də ona yaxınlaşıb kömək eləməyə cəhd etmirdi. Niyə ləngiyirdilər ? Kişi qatar relsərinə yıxıla bilərdi. Ətrafdakılar bir xeyli bu kişiyə baxa baxa diyanmışdılar. Nədən qorxmuşdular? ? Əyyaş olduğunu düşündülər ? Yoluxucu olduğunundan ? öldüyündən? Sonra polis gələr sorğu sual edər deyə ? Nəyimə lazimdi fikiləşirdilər deyə? Nəhayət elə yıxılanla təxmini eyni yaşda olan bir kişi yerdə uzanana yaxınlaşıb onu qaldırdı. Onu qaldırıb Qatara və sərnişinlərə nəzarət edən qadının oturduğu yerdə əyləşdirdi. Kişi özünə gəlməmişdir. Əyyaşa da oxşamırdır. Ya özündən getmişdi ya da infarkd olmuşdu. Niyə belə qorxaqlıq elədik? Axı bəzən vaxt hər şeyi həll edir. Tez kömək etsən həyat qurtarmış olarsan . Biz isə durub baxırdıq. Ne üçün qorxmuşduq ?
ŞƏRHLƏR