Arxiv
Qar niyə yağır ?
Yenə qar yağdı. Səhər lap tezdən heç kəs oyanmamış qarın yağışını seyr elədim. Hər yanı qar örtmüşdü. Bütün eyibləri, küçədəki zibilləri, tozu,torpağı palçığı örtmüşdü. Həttda sanki binaların eyiblərini rəngbə-rəng qəncərələrini də örtmüşdü. Yəqin qar elə bunun üçün yağır. Fəsillər yaranandan bunun üçündür, təbiətin eyibini örtmək üçün. Yazda da, yayda da, hətda payızda da təbiət rəngbə rəng olur. Payız qurtaracağı, yayın əvvəli ağaclar soyunur, lütləşir, bitkilər ölür, təbiət ölür. Ölür ki, yeni dən dirilsin. Ölüm kimə lazımdı? Ölüm heç təbiətəə də lazım deyil. Buna görə də yəgin qar yağır. Yağır ki, bu lüt təbiəti, ölümünü örtsün.
Bakıya da hər il daha çox qar yağır. Yağır ki, eyibləri lütləşmiş, təniəti ölmüş Bakını örtsün, gözəlləşdirsin. Bir necə gün qabaq da yağmışdı. Yağdı amma eyibimizi örtməyə gücü çatmadı. Yenə qayıtdı. Görəsən bu qarın bizim, bakının eyiblərini örtməyə gücü çatacaq ? Və yaxud bu qar neyisə dəyişməyə kömək olacaq ?
ŞƏRHLƏR